Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Moskvanın Kiyevlə döyüşmək niyyəti yoxdur”-"Rus xalqı belə hərəkətləri dəstəkləməzdi”

Ukrayna TX generalı:    “Moskvanın Kiyevlə döyüşmək niyyəti yoxdur”   

“Qərb mediasının və siyasətçilərin Moskvanın Ukraynaya müdaxilə ssenariləri ilə bağlı təkrar iddiaları Rusiya və NATO arasında təhlükəsizlik təminatlarına dair danışıqlar fonunda sadəcə məlumat kampaniyasıdır”.
Yenixeber.org: Bu fikri şənbə günü Ukrayna Təhlükəsizlik Xidmətinin istintaq idarəsinin keçmiş rəisi, general Vasili Vovk səsləndirib.
Genral əlavə edib ki, bu gün Rusiyanın belə bir niyyəti yoxdur: "Bilmirəm niyə insanlar bütün bu ssenariləri təsvir edirlər. Nəzəri baxımdan hər şey mümkündür. Bəs niyə onları danışıqlar fonunda təsvir edirsiniz? Bu gün Rusiyanın belə bir niyyəti yoxdur. Rus xalqı belə hərəkətləri dəstəkləməzdi”.
Vasili Vovk Qərbdən belə bəyanatların tez-tez olmasına diqqət çəkib: “Məsələn, dekabrın 24-dən 25-nə keçən gecə Ukraynaya hücum olacaqdı, nə oldu bəs? ABŞ rəsmiləri, xüsusən də dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Ukraynadakı hərəkətlərinə haqq qazandırmaq üçün bu cür bəyanatlarla vəziyyəti gərginləşdirir. “Niyə elə iynələyirlər? Ukraynanı silah və partlayıcı anbara çeviririk”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam