Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Beyinin GPS-i və ya bizi məqsədlərimizə doğru aparan yol xəritəsi –neyronaviqator

 

Yer üzündə məqsədi olan və olmayan insanlar yaşayır. Insanların çox hissəsi həyatın axarı ilə yaşayır;onlar demək olar ki, qarşılarına heç bir məqsəd qoymadan yollarına davam edirlər. Çox vaxt elə də olur ki, qarşımıza müxtəlif səbəblərdən əldə edilə bilməyən məqsədlər qoyuruq. Belə ki, bu məqsədin yerinə yetirilməsi üçün hazırda heç nə etmək istəmirsən, sonra diqqətin dağılır, bəzən də məqsəd yaddan çıxır.

Yenixeber.org: Daha sonra düşünürsən ki, bu məqsədin həyata keçməsi üçün daha da yaxşı hazırlaşmalısan və məsələni arxa plana atmalısan, yəni gözləməlisən. Bu hadisəyə elmi dildə prokastinasiya deyilir. Yəni, lazım olan işi həll etmək əvəzinə sonraya saxlamaq.

Bu yazıda məqsədlərimizə çatmaq üçün özümüzü necə düzgün motivasiya etmək, yolumuzda hansı maneələrlə qarşılaşdığımız və onlarla necə mübarizə aparacağımız barədə danışmaq istərdik. Hər bir yolda uğurla irəliləmək üçün qarşıda duran vəzifələr sırasında birincisi və ən başlıcası məqsəddir. Məqsədsiz insan yaşayacaq, amma, onu yelkənsiz gəmi kimi küləklər idarə edəcək. Məqsədə doğru irəliləmək üçün əsas şərt hərəkətdir, insan məqsədinə çatmaq üçün hərəkət üsulunu bilməlidir, çünki, hər məqsədə aparan yolun uzunluğu və çətinliyi eyni deyil. Hərəkətə başlamazdan əvvəl insan öz resurslarını dəqiq bilməli, ehtimallara az yer verməlidir. Əgər resursları dəqiqləşdirib onlardan diqqətlə və yerində istifadə edə bilməsən, məğlubiyyətin baş verməsi labüddür. Məqsədə çatmaq üçün əziyyətli, məsuliyyətli yolları keçmək asan deyil, buna görə də məqsədə çatmaq üçün hər kəs çalışa bilmir, özünə təsəlli verib prokastinasiya edir, yəni sonraya saxlayır.

Bu yolda 100% məsuliyyəti öz üzərinə götürmək istəməməkdə haqlı ola bilərik, axı həyat qısadır, bizə verilən ömrü mübarizəyə həsr etmək çox çətindir. Bilirsiniz ki, indi psixoloqlar reytinq üçün və ya müstəri yığmaq üçün o qədər üsul və metod göstərir ki, bunlar sonda heç bir əhəmiyyət daşımır. Çünki, hər şey insanın beynindən başlayır, beyin məqsədə gedən yolu özü tapır, amma, beynin quruluşunu və iş prinsipini bilmədən bunları izah etmək mümkün deyil.

Orta beyin qapağının dərinliyində gözü hərəkətə gətirən sinir, qırmızı nüvə (hərəkətin tonusunu və koordi­nasiyasını idarəetmə mərkəzlərindən biri) və qara maddə (substansiya) retikulyar formasiya (səmtləşmə) mərkəzi yerləşir. İnsan beynində retikulyar formasiya (latınca reticulum-tor, şəbəkə, formatio-əmələ gəlmə, formalaşma) beyinin oxu boyunca uzanan formalaşmadır. Çox mürəkkəb əlaqələri olan sinir hüceyrələrinin meydana gətirdiyi şəbəkə quruluşuna görə belə adlanır. Retikulyar formasiya mərkəzi sinir sisteminin müxtəlif strukturlarına aktivləşdirici və ya tormozlayıcı təsir göstərən, bununla da onların refleks fəaliyyətini idarə edən müxtəlif neyronların toplusudur. Yəni, beynimizin və sinir sistemimizin strukturlarına enerji verən, onların işini aktivləşdirən və dəstəkləyən srtuktur retikulyar formasiyadır. Bu quruluş oyaqlıq vəziyyətinin, beyin funksiyasının, şüurun və diqqətin formalaşmasında əsas rol oynayır.

Həmçinin, retikulyar formasiya hiss orqanlarının (eşitmə, görmə, toxunma) kəskinliyini tənzimləyir, hərəkətlərin tənzimlənməsində iştirak edir, həmçinin bir çox başqa funksiyaları yerinə yetirir. Məsələn, yaxınlıqda sərt və gözlənilməz, təhlükəli bir səs eşitsək, retikulyar formasiya bu siqnalı insanı qorumaq üçün vacib hesab edir. Başımızı və bütün bədəni reflektiv olaraq səs mənbəyinə çeviririk. Bu zaman ürək döyüntülərimiz sürətlənəcək, görmə və eşitmə qabiliyyətimiz kəskinləşəcək, əzələlərimiz hərəkətə hazır olacaq. Beyin vəziyyəti qiymətləndirmək və ona reaksiya vermək üçün enerji alacaq. Bədən artıq ya hücuma, ya da qaçmağa hazır olmaqla bərabər, beyin təhlükəni minimal və ya maksimal olaraq qiymətləndiriləcək.

Retikulyar formasiya həm beyin üçün enerji mənbəyidir, həm də bu enerjinin hara yönəldildiyini təyin edən filtrdir. Çox vaxt retikulyar formasiyanın aktivləşdirici təsiri həyati enerji, sinir enerjisi və sinir sisteminin enerjisi kimi anlayışlarla əlaqələndirilir. Retikulyar formasiyanın funksiyasının tədqiq edən alimlər iş adamlarının, yaradıcı insanların anadangəlmə aktiv retikulyar formasiyaya malik olduğunu qeyd edirlər.

Məhz bu mərkəz məqsədlərə çatmaq üçün naviqator rolunu oynayır. Bu sahədə tədqiqat aparan alimlər və biznes tədqiqatçılar insanın paradiqmasının məhz bu mərkəz tərəfindən idarə olunduğunu kəşf etmişlər. Göstərilir ki, insan öz məqsədlərini yazmalıdır və hər gün heç olmasa beş dəqiqə bu yazını oxuyub özünü məqsədinə çatmış kimi təsəvvür etməlidir. Bu prosesi ən azı 21 gün davam etdirmək lazımdır ki, beyin bu yolu axtarıb tapsın və insana bu məqsədə aparan yolu göstərsin. Əlbəttə, bu çoxdan məlum olan məsələdir, lakin insanlar öz məqsədlərini düzgün formalaşdıra bilmədiyindən, məqsədə aparan yolu tapmaq beyin üçün çətin olur. Bilirsiniz ki, naviqasiya üçün gediləcək yerlər dəqiq göstərilməlidir. Gəmilər və təyyarələr məhz naviqasiya yolu ilə hərəkət edirlər.

1.Məqsəd mənalı, konkret, açıq-aydın başa düşülən plan formasında olmalıdır. Sonra dəqiq ifadə etmək lazımdır: bu məqsədə çatmaq sizin üçün həqiqətən vacibdir, yoxsa kimsə tərəfindən məsləhət görülmüşdür.     

2.Məqsəd konkret olmaqla bərabər, tarixi dəqiq olmalıdır. Biz tez-tez “çalışacam yaxşı bir iş tapım”, “dieta saxlamaq istəyirəm”, “ingilis dilini öyrənəcəm” və s. kimi məqsədlər qoyuruq və bunun üçün son tarixləri göstərməyi unuduruq (mən də 3 ildir ingilis dilini öyrənmək məqsədini qeyd edirəm, amma sonraya saxlayıram). Bu məqsədlərin konkretliyi yoxdur. Çünki, beynimiz təsvirlərlə işləyir, onun sizi hara aparacağının dəqiq təsvirinə ehtiyacı vardır. Aydın bir mənzərə olmadıqda, beyin bu mənzərəi görmədikdə, sizi heç bir yerə aparmır, apara bilmir. Çünki, beyinin əsas  vəzifəsi insanın  təhlükəsizliyini təmin etmək, mövcud vəziyyəti qorumaqdır.

3.Məqsəd onun həyata keçirilməsinin reallığı mümkün olmadıqda, heç bir nəticə verməyəcək, əgər insan öz məqsədinin real olduğuna tam inanmırsa, demək həyata keçməyəcək.

4.Məqsəd kifayət qədər böyük miqsaylı olmalıdır ki, nail olmaq üçün əlavə səy tələb olunsun və bir qədər narahatçılıq gətirsin. Bu, rahatlıq (komfort) zonanızdan çıxmağa və onu həyata keçirmək üçün çox güc sərf etməyə imkan verəcəkdir. Belə məqsədləri həyata keçirmək üçün onu kiçik hissələrə bölüb, az-az yerinə yetirmək lazımdır. Pillə-pillə, hər gün bir az irəliləmək daha inandırıcıdır.

Hər şeyin elmi əsası vardır. Öz üzərində işləməklə  insan çox şeyə nail ola bilər, sadəcə dəyişmək, qazanmaq istədiyin şeylər inandırıcı olmalıdır.  Öz üzərində işləməklə, məqsədinə ciddi yanaşmaqla həyatında cərəyan edən hadisələri dəyişə bilərsən. Həyatını dəyişdirmək insan üçün əlçatmaz bir şey deyil, bu insanın qarşısına qoyuduğu məqsədə çatmaq üçün hansı yollardan və necə istifadə etməsindən asılıdır. Şəxsiyyətin potensial imkanlarını araşdıran Brayan Treysiyə görə məqsəd qoymağın qaydaları vardır:

Addım 1: Nə istədiyinizi dəqiqləşdirin.

Addım 2: Məqsədinizi kağıza yazın.

Addım 3: Məqsədinizə çatmaq üçün son tarix təyin edin.

Addım 4: Məqsədinizə çatmağınıza kömək edəcək hər şeyi sadalayın.

Məqsəd qoyarkən insan  fiziki xüsusiyyətlərini mütləq nəzərə almalıdır. Retikulyar sistem həmişə beyinə siqnal göndərərək işləyir. Bizi yaxınlıqdakı kəskin səsdən, sarsıntıdan və ya ətrafdakı hər hansı digər əhəmiyyətli dəyişiklikdən oyandıran odur. Retikulyar formasiyanın enerjisi sayəsində biz oyaq, aktiv oluruq. Təcrübələr göstərmişdir ki, retikulyar formasiya zədələnərsə, insan komaya düşür. “Retikulyar formasiyanın gücü” termininin özünə elmi ədəbiyyatda rast gəlinmir, lakin tez-tez motivasiya proseslərində, videolarda və “insan hər şeyə qadırdir” seriyasından olan kitablarda rast gəlinir.

Bəs yorğunluq, stress və kədərdən qaçmaq üçün nə etmək lazımdır? Və ya daha sadə desək, məqsəd olmadıqda yaşamaq və işləmək niyə çətin olur?. Məqsəd olana qədər pis əhval-ruhiyyə mövcud olacaqdır. Həyatında, fəaliyyətində məna görməyən insan depressiv olaraq həyatına davam edir.

Hamı “biz nə üçün yaşayırıq?” “mən nə üçün işləyirəm?”  sualına cavab axtarır. Cavabı olan da var, olmayan da. Əgər cavab varsa,  biz həyat enerjisi ilə dolu olacağıq. Cavab yoxsa, deməli məqsəd yoxdur.

 

Növbəti gündə, yeni ildə həyatının hansı pilləsinə qədəm qoyacağını bilən insan, növbəti hədəfini görən, gələcəklə bağlı yeni hərəkətlərini dərk edən insan bütün diqqətini hədəflərə çatmağa yönəldəcək və xoşbəxt olacaq. Həm işdə, həm də həyatda. Düzdür, pozitiv düşünməklə məqsədə çatmaq olmaz, əlbəttə, hərəkət əsasdır, bununla belə, “pozitiv düşünən insan görünməyəni görür, qeyri-maddi olanı hiss edir və qeyri-mümkünə nail olur” ifadəsi artıq bir epitet olaraq özünü təsdiq etmişdir.

Alimlər retikulyar formasiyanın varlığını ilk dəfə 1949-cu ildə, Elektrosefaloqrafiya və klinik neyrofiziologiya elmi jurnalının ilk sayında sübut etdilər. Fizioloji cəhətdən beynin məqsədə çatmaq üçün xəritəsi kimi retikulyar formasiyanın varlığı təsdiq olunmuşdur. İstifadə etmək və ya etməmək hər kəsin öz ixtiyarındadır.

 

  Amaliya Murad, ADPU-nun dosenti,

İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının  araşdırmaçısı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam