Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Binəqədidə hərbi hissənin ərazisini kimlər hərraca çıxarıb? -VİDEO

Binəqədidə hərbi hissənin ərazisini kimlər hərraca çıxarıb? -VİDEO
Azərbaycan Ordusunun şanlı qələbəsi ilə yekunlaşan, torpaqlarımızın 30 illik işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsindən sonra Ermənistanın silahlı qüvvələrinin mənəvi deqradasiyaya uğradığını nə bir göstəricisi də bu ölkənin hərbi hissələrinin ərazilərinin satılması prosesinin tendensiyaya çevrilməsi oldu.
Yenixeber.org: İnternet resurslarında bu barədə kifayət qədər məlumatlar yer almaqdadır. Təbii ki, bu tendensiyanın dərinləşməsində artıq Ermənistan cəmiyyətinin ordunun və hərbi birliklərin heç nəyə yaramadığı həqiqəti ilə barışmasının da rolu az deyil. Başqa sözlə, orta statistik Ermənistan vətəndaşı belə düşünür ki, hərbi hissələr döyüşdə məğlub olursa, torpaq sahələrinin onların balansında qalmasındansa, elə satılması məqsədəuyğundur.
Amma Cənubi Qafqazın lideri sayılan qalib Azərbaycan üçün belə hallar qanunsuz olmaqla yanaşı, həm də ayıbdır, yolverilməzdir. Ayıb olar ona görə ki, torpağını xarici düşməndən qorumağı bacaran Azərbaycan Müdafiə Nazirliyi hərbi hissələrinin ərazisini daxili düşməndən qorumağı bacarmasın. Bəli, belə neqativ faktlara rəvac verənlərə elə daxili düşmən demək yaraşır.
Təəssüf ki, bu qəbildən olan bir fakt barədə məlumat "Nyus az" redaksiyasına daxil olmuşdur. Paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Aprel Şəhidinin adını daşıyan küçədə Müdafiə Nazirliyinin "Nə" saylı hərbi hissəsinin balansında olan ərazinin satıldığı və satılmış torpaq sahəsində qanunsuz tikinti işlərinə başlanıldığı bildirilir.
Qəribədir ki, qeyd olunan fakta Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qanunsuz, özbaşına tikililəri təsbit etmək üçün rayon ərazisini qarış - qarış gəzən emissarlarının rast gəlməmişlər. Söz yox ki, buna inanmaq sadəlövhlük olardı. Ağlabatan versiya budur ki, rast gəliblər, amma göz yumurlar. Qanunsuz tikinti gedən ərazinin bələdiyyə, Neft Şirkəti mülkiyyətində olmaması RİH mənsublarına görüb yan keçmək haqqı qazandırmır.
Redaksiya olaraq, üzərimizə düşən vəzifələri yerinə yetirəcək, ictimailəşdirdiyimiz məsələ ilə bağlı konkret aidiyyəti qurumlara - Müdafiə Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə rəsmi müraciətnamələr göndərəcəyik.(nyus.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam