Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nəsimi rayonunda qanunsuz tikintilərə Zahid Xəlilov icazə verir?! -DETALLAR

media-ness

Xəbər verdiyimiz kimi  Nəsimi rayon İcra Hakimiyyəti vəzifəli məmurları yenidən qanunsuz tikintilərə “yaşıl işıq” yandırıb.

Yenixeber.org: Nəsimi rayonunda növbəti qanunsuz tikinti 4-cü mik. 20 yanvar küçəsində inşa edilir.

Bildirilir ki, hazırda Nəsimi RİH, 4-cü mikrorayon deyilən ərazinin 20 Yanvar küçəsində aparılan qanunsuz tikinti işlərinə İH-nin vəzifəliləri nədənsə müdaxilə etmirlər. Çünki, başqa qanunsuz tikililər kimi 20 yanvar küçəsində də qanunsuz obyektin tikintisinə dırnaqarası icazənin verilməsi yüksək vəzifəli məmurun himayə etdiyindən xəbər verir.

Yerli sakinlər isə səsdən, küydən və qanunsuz tikintinin yaratdığı fəsadlardan dəfələrlə aidiyyatı orqanlara müraciət etdiklərini, lakin heç bir qurum ciddi reaksiya vermədiyini və ərazidə olan yaş ağacların kəsildiyini, yaşayış binalarının arasında olan kiçik həyətlər sahibkar tərəfindən zəbt edildiyi də sakinlərin iddialarında deyilir. “şikayətimizə baxan, sözümüzü dinləyən yoxdu” – deyən sakinlər başçısız qalan rayonda kimdən kömək istəyəcəklərini bilmədiklərini deyir.

Sosial platformada və mətbuatda mütəmadi Nəsimi rayonu ərazisində yaşıl ağacların kəsilməsi və qanunsuz obyektlərin tikintisi ilə bağlı yazılar dərc olunur. Lakin belə məsələlərə aidiyyatı qurumlar heç bir lazımi tədbir görmür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi məlumat bazasında Nəsimi rayonu 4-cü mikrarayon adlanan ərazinin 20 Yanvar küçəsində hər hansı bir tikinti barədə rəsmi qeyd və məlumatın olması göstərilməyib.

Məlumata görə, Nəsimi rayon İcra Hakimiyyəti məsuliyyətdən yaxasını qurtarmağa çalışır, həmçinin qanunsuz tikinti ilə bağlı nədənsə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi məsələ ilə bağlı açıqlama vermək istəməyib.

Qeyd edək ki, zəhmətsiz gəlir yeri sayılan bu tikinti işlərinə nəzarət edən və hər kvadrat metrə görə yüksək yüklü mənfəət əldə etdiyi deyilən Nəsimi RİHB-nın müavinlərindən biri Zahid Xəlilovdur. Xəlilovun bu sahədə ona yaxınlığı ilə seçilən ikinci güclərdən biri RİH-nin memarı Ələsgər Rüstəmovdur. İddialara görə bu iki bürokratın işləri, rayona xeyir verməkdən çox qanunsuz tikililəri aparan şəxslərə “bizi görün” deməkdən və qanunsuzluqlara göz yummaqdan ibarət olduğu deyilir.(paytaxt.org)

Video Player



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam