Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Dərnəgül tikinti bazarı “Abşeron”a köçürüləcək -FOTOLAR

dernegul-tikinti-bazarinin-kocuruleceyi-yer-belli-oldu

Dərnəgül tikinti bazarında fəaliyyət göstərən sahibkarları qəbul etmək üçün “Abşeron” Ticarət Mərkəzində bütün müvafiq şərait yaradılıb.

Yenixeber.org: Məlumata görə, ticarət mərkəzində hazırda tam aktiv olan və yüksək alıcı axınına malik taxta-metal bazarının sahəsi genişləndirilərək 200 hektara çatdırılacaq.

Kompleks ərazisindəki emalatxanalar, taxta və metal materialların satışı üçün ayrılmış yerlər sahibkarlara bizneslərini rahatlıqla “Abşeron” Ticarət Mərkəzinə köçürmək imkanı verəcək.

Regionlara, Bakı şəhərinin mərkəzinə və ətraf ərazilərinə rahat və maneəsiz çıxış imkanları “Abşeron” Ticarət Mərkəzinin üstünlüklərindən biridir. Ticarət Mərkəzində həmçinin müştərilərin pulsuz və rahat parkinq etmələri üçün geniş ərazilər fəaliyyət göstərməkdədir.

“Abşeron” Ticarət Mərkəzi Dərnəgül ərazisindən köçəcək sahibkarlara təhlükəsiz, sığortalanmış biznes fəaliyyəti təmin edir. Ərazidə yerləşən bütün mağaza və anbarlar “Abşeron” Ticarət Mərkəzi tərəfindən tam şəkildə sığortalanır. 7/24 təhlükəsizlik nəzarəti ilə təmin olunan ərazidə yanğından mühafizə ilə bağlı bütün qabaqlayıcı tədbirlər görülüb.

Qeyd edək ki, Lökbatan qəsəbəsində yerləşən “Abşeron” Ticarət Mərkəzi 2022-ci ildən fəaliyyətə başlayıb. Qısa müddət ərzində alıcı və sahibkarların rəğbətini qazanan ticarət mərkəzi bu gün Azərbaycanda tikinti materiallarının satışı üzrə ixtisaslaşan ən böyük ticarət obyektidir.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam