Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yorğun hiss etdiyimiz zamanlar özümüzü motivasiya etməyin 9 yolu

 

Hamımızın özümüzü çox yorğun hiss etdiyi zamanlar olmuşdur. Çox vaxt gecə yaxşı yata bilmədiyimiz və ya gec saatlara qədər işləmək məcburiyyətində olduğumuz zamanlarda bu yorğunluğu hiss edirik. Bəzən də heç bir şey etmədən üzərimizə yorğunluq çökür. Bu çox şişirdiləcək bir vəziyyət deyil. Yəni hər zaman enerjili olmalıyıq deyə bir qanun yoxdur


Yenixeber.org:  Enerjili olduğumuz dövrlərdə məhsuldar oluruq və iş görmək bizə çox çətin gəlmir, amma özümüzü yorğun hiss etdiyimiz zamanlarda etdiyimiz hər şey işgəncəyə çevrilir və çox vaxt da heç bir şey etməməyi qərara almağımıza səbəb olur. Belə zamanlarda özümüzü motivasiya edə biləcək tək adam isə özümüzük.
Ona görə bu yorğun dövrlərimizdə özümüzü motivasiya etməyimizə kömək edə biləcək 9 addıma baxaq.
Sadəcə başlayın
Bir işə başlayarkən bəzən yalnız işin böyüklüyü belə bizi yora bilir. Yəni bu işi necə edərik, bunu necə həyata keçirərik deyə düşünərkən nəticə olaraq heç başlaya bilmirik. Bunu aşmaq üçün də atıla biləcək ən kiçik addımı atın, gerisi onsuz da gələcəkdir.
Bir siyahı hazırlayın ya da varsa yeniləyin
Enerjiniz aşağı olanda, hər şeyi beyninizdə planlaşdırmaq çətin olur. Ona görə sizi hərəkətə keçirə biləcək, sizi motivasiya edəcək bir siyahı hazırlayın və buna bağlı qalın. Hətta əgər mümkündürsə hər günə yeni bir siyahı hazırlamaq daha yaxşı olacaqdır.
Yerinizi dəyişdirin
Bir marketdə edilən araşdırmaya görə su rəfləri kassirə daha yaxın bir yerə gətirildikdən sonra su satışlarında 28% bir artım olduğu müəyyən olunmuşdur. İnsanların motivasiya olması da əslində eyni vəziyyətə əsaslanır. Vərdişləri bir az dəyişdirərək motivasiyamızı artırmaq çox gözəl bir üsuldur. Yəni yataqda yatırıq, masada çalışırıq, mətbəxdə yemək yeyirik. Bu vərdişləri biraz dəyişdirərək, motivasiyamızın hansında daha çox olduğunu tapa bilərik.
Hərəkətli musiqilər dinləyin
İdman salonuna gedən insanların böyük əksəriyyəti hərəkətli musiqi dinləyir. Bunun səbəbi hərəkətli musiqinin zehni olaraq enerjili hiss etdirməsidir. Musiqiyə həm psixi, həm də fiziki olaraq reaksiya veririk.
Meditasiya edin
Qolumuzu yarım dəqiqəlik yuxarı qaldırdığımız zaman belə dərhal endirib dincəldirik. Bəs eyni vəziyyət beynimiz üçün də keçərli deyilmi?.. Saatlarla çalışan beyni istirahət etdirməyin ən gözəl yolu da meditasiya etməkdən keçir.
İş yoldaşlarınızla danışın
Özünüzü çox yorğun və ya gərgin hiss etdiyiniz zamanlarda bir az fasilə verin və iş yoldaşlarınızla bir qəhvə için. Başqalarıyla danışmaq sizi stressdən uzaq tutacaq və hərəkətə keçirəcəkdir.
Enerji verici yeməklər yeyin
Beynin yanacağı qlyukozadır. Yediyimiz şeylər birbaşa olaraq performansımıza təsir göstərdiyi üçün enerji verici yeməklər yemək, motivasiyamızın artmasına faydalı olacaqdır.
Fiziki hərəkət edin
İdman salonuna gedib idman edərək ya da qısa gəzintilərlə iş stresindən bir anlıq da olsa uzaqlaşa bilərsiniz. Belə zamanlarda enerji səviyyəniz yüksələr və iş qabiliyyətiniz də artar.
Şirniyyat yeyin
İndiyə qədər edilən bir çox araşdırma şirniyyatların beyni rahatlatdığını sübut edir. Burda diqqət etməli olduğumuz nöqtə isə günün hansı saatında nə qədər şirniyyat yediyimizdir

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam