Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Rusiyanın “U” dönüşü -müharibə bu halda dayana bilər

 

Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynanı sülh danışıqlarına çağırıb və müharibəni dayandırmağın şərtlərini açıqlayıb.

Yenixeber.org: Peskov bildirib ki, Ukrayna Rusiyanın şərtlərini yerinə yetirməyə razı olarsa, bütün hücumlar dayandırıla bilər.

“Ukrayna rəhbərliyinin vəziyyəti normallaşdırmaq və problemi Rusiya tərəfinin tələblərinə cavab verəcək şəkildə həll etmək üçün hər cür imkanları var” - Kremlin sözçüsü deyib.

Sülh danışıqlarına Rusiyanın yaxın müttəfiqi Belarusdan da çağırış gəlib.

Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanı Rusiya ilə sülh danışıqlarına başlamağa və müharibədə daha çox itki verməməyə çağırıb. Lukaşenko iddia edib ki, Ukraynanın Rusiya ilə danışıqlardan imtina etməsi “tam dağıntı” ilə nəticələnəcək.

“Hər şey Ukraynadan asılıdır. Əslində, indi hər şey Ukraynanın əlindədir. Əgər onlar öz xalqları arasında çoxlu sayda ölüm görmək istəmirlərsə, dayanmalıdırlar" - Belarus lideri bildirib.

RUSİYANIN ŞƏRTLƏRİ HANSILARDIR?

WhatsApp Image 2022-11-22 at 12.37.16 (1).jpeg (110 KB)

Bir müddət əvvəl Rusiya Ukrayna hökumətinin dəyişdirilməsi də daxil olmaqla, “xüsusi hərbi əməliyyat” kimi xarakterizə etdiyi müharibənin məqsədlərini açıqlamışdı. Bu yaxınlarda isə Rusiyadan “U” dönüşü kimi bir bəyanat gəlib və Kreml belə bir hədəflərinin olmadığını açıqlayıb.

Peskov bildirib ki, Rusiyanın “xüsusi hərbi əməliyyatı” Ukraynada hakimiyyəti dəyişmək məqsədi daşımır.

Kremlin sülh şərtlərinə Rusiyaya birləşməyə qərar verən 4 bölgənin Moskvada qalması və Krım məsələsin, ümumiyyətlə, müzakirə olunmaması daxildir.

Rusiya, həmçinin Ukraynanın “neytral” və “qeyri-nüvə” statusuna malik olmasının vacibliyini vurğulayır.

Ukrayna isə hər fürsətdə bildirir ki, rus əsgərləri işğal olunmuş ərazilərdən çəkilmədikcə Kiyev danışıqlar masasına əyləşməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam