Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Minsk və Moskva arasında münaqişə kəskinləşir-Bundan sonra nə olacaq?

 

 

Son zamanlar müttəfiq Minsklə Moskva arasındakı münasibətlərdə nəinki "qığılcımlanmanın", hətta partlayışın da baş verə biləcəyi təhlükəsini sezməmək mümkün deyil.

Yenixeber.org: Belarusun Minsk yaxınlığında "ÇVK Vaqner"-dən olan Rusiya vətəndaşlarını "rusiyalı muzdlular" adlandıraraq həbs etdirməsi ilə bağlı qalmaqal belə düşünməyə əsas verir.

Bu arada isə Kreml sakitlik göstərərək təkrar edir ki, hazırda belarusların "prezident seçkiləri" adlı öz daxili işləri var.

Belarusda prezident seçkiləri avqustun 9-da altıncı dəfə keçiriləcək və hər dəfə bu ölkədə seçki keçiriləndə orada "Moskvanın əli" axtarılır.

Əvvəllər bu "əli" Aleksandr Lukaşenkonun sonsuz prezidentliyinin Kreml tərəfindən dəstəkləndiyini iddia edən müxalifət ifşa etmək istəyirdisə, indi vəziyyət kökündən dəyişib.

Bu dəfə "Moskvanın əli" məfhumu ilə həm Qərbi, həm də öz elektoratını altıncı prezidentlik müddətinə seçilməyə qərar vermiş Aleksandr Lukaşenko qorxudur.

                       Belgazprombank-ı "ifşa etdilər". Qaza görə borc isə böyüyür

Seçki kampaniyasının əvvəlində rəsmi Minsk Moskvanın Belarusdakı sabitliyə qarşı qəsd etdiyini bildirərək, izlərin "Qazprom"-a və “bəlkə də daha yuxarıya” gedib çıxdığını bildirib. Bu bəyanatlar Belgazprombank-ın rəhbəri Viktor Babariko namizədliyini Belarus prezidentliyinə irəli sürmək qərarına gəldikdən sonra səsləndirilib.

Babariko iyunun 18-də KQB-nin istintaq təcridxanasına salınıb, o, vergidən yayınmada, rüşvət verməkdə və çirkli pulların yuyulmasında ittiham olunur.

Viktor Babariko ilə birgə həbs olunan oğlu Eduardı və Babarikonun mərhum həyat yoldaşının rəfiqəsi Svetlana Kupreyevanı insan haqları təşkilatları "siyasi məhbus" adlandırıb.

Bankın və bankla əməkdaşlıq edən şirkətlərin ümumilikdə 20-yə yaxın əməkdaşı həbs olunub.

Az qala 100 faiz Rusiyanın "Qazprom" və "Qazprombank" strukturlarına məxsus olan "Belgazprombank" da vergi fırıldaqçılığı və cinayət yolu ilə çirkli pulların yuyulmasında ittiham olunur.

Bu arada, Belarusun Rusiyadan aldığı qaza görə borcu bank ətrafında münaqişə başlayandan bəri, mayın sonundakı 165,6 milyon dollardan iyunun sonuna 273 milyon dollara çatıb. Bir ildən çoxdur ki, Rusiya borcları bağışlamağa tələsmir və kömək də vəd etmir.

Maliyyə Nazirliyinin bildirdiyinə görə, Belarusun dövlət borcu ilin birinci yarısında 17,5 faiz artaraq 52,6 milyard Belarus rubluna bərabər olub. Büdcə kəsiri kəskin şəkildə artıb - 2020-ci ilin yanvar-iyun aylarında xərclər gəliri 1,8 milyard rubl həcmində üstələyib.

Belarusiya büdcəsi 6 ildə ilk dəfə olaraq kəsirlə formalaşıb. Kəsirin 1 milyard rubldan artıq olmayacağı güman edilirdi.

Minskdəki analitiklər Lukaşenkonın iqtisadi problemlərdən narahat olmuş elektoratı sakitləşdirməyə pulunun çatmadığını qeyd edirlər.

"Seçkidə qələbə qazanmaq üçün Lukaşenko indi xarici qüvvələrdən qorunmalı olduğunu dilə gətirir," - Minskdəki analitik mərkəzin rəhbəri Yaroslav Romançuk deyir.

                                 

                                                  Kreml niyə düşmən oldu?

2018-ci ilin sonunda Vladimir Putin və Aleksandr Lukashenko arasında ciddi bir küsülülük yaşandı, Belarus Təhlükəsizlik Bloqu-nun rəhbəri Andrey Porotnikov qeyd edir.

Porotnikov hesab edir ki, Sankt-Peterburqdakı sammitdə Rusiya Prezidentinin səbr kasası daşıb, orada Lukaşenko və Putinin Belarusa verilən qazın qiyməti ətrafında başlamış mübahisəsindən sonra Putin media nümayəndələrindən zalı tərk etməyi xahiş edib.

Danışıqların mətbuatsız keçən hissəsindən sonra Lukaşenko salondan çıxaraq jurnalistlərə bütün məsələlərin həll olunduğunu və Putindən üzr istədiyini söyləyib.

Sonra Belarus Prezidenti izah etməyə başlayıb ki, üzr istəyən o deyil, Ermənistanın Baş naziri Nikol Paşinyan olub. Evdə, Minskdə isə, o, hamının bir-birindən üzr istədiyini deyib.

"Postsovet məkanında siyasət fərdlərin kimliyindən asılıdır. Dövlətlər arasındakı münasibətlər xalqlar arasındakı münasibətlər demək deyil. Bu, dövlət rəhbərləri arasındakı münasibətlərdir," - Andrey Porotnikov izah edir. - "2018-ci ilin sonunda Lukaşenko ilə Putinin arası pozuldu. Həmin ana qədər münasibətlər pis olmayıb, işgüzar münasibətlər olub. Lukaşenko çox vaxt Putindən Belarus üçün vacib olan məsələləri həll etməyə yönəlmiş qərarlara nail ola bilib. İlk növbədə, ticari-iqtisadi əməkdaşlıq sahəsi, siyasi və maliyyə dəstəyi kimi məsələlərdə. 2018-ci ilin sonundan bəri isə bu, mümkün olmayıb".

 

                  Alternativ namizəd Svetlana Tixanovskayanın mitinqlərinə minlərlə adam toplaşır.

Porotnikov xatırladır ki, ildə iki dəfə keçirilməli olan Belarus və Rusiya ittifaq dövlətinin Ali Dövlət Şurası 2018-ci ilin iyun ayından bəri heç bir iclas keçirməyib.

"Lukaşenko həmin müddətdən bəri Putinlə münasibətləri bərpa etmək üçün səy göstərib. Ancaq, görünür, onun bu səyləri uğursuz olub. Belarus rəhbərliyi Belarus-Rusiya münasibətlərinin yeni reallığının indi fərqinə varıb. Odur ki, hazırda bir tərəfdən Lukaşenkonın belə hala qarşı qəzəb və əsəbilik nümayiş etdirdiyini görürük, digər tərəfdən isə həm daxili Belarus ictimai fikri, həm də Qərbin ictimai rəyinə təsir göstərilməsinin şahidi oluruq,” - Porotnikov deyir.

Lukaşenko indi Rusiya təhdidindən bəhs edərək Belarus elektoratını öz ətrafında birləşdirməyə çalışır. Məsələnin qoyuluşu belədir: ya Lukashenko, ya da Rusiya tərəfindən təcavüz. Ekspert xatırladır ki, belaruslar üçün müstəqillik milləti birləşdirən əsas dəyərlərdəndir.

Qərbə mesaj ölkədəki siyasi repressiyaları əsaslandırmaq cəhdidir, Porotnikovun fikrincə, indiki seçki kampaniyası bunsuz ötüşə bilməz və ötüşmür də.

"Belarus cəmiyyətinin siyasiləşməsi ilə artıq etiraz əhval-ruhiyyəsi genişlənir. Görünür, rejim etirazları yatırtmağa hazırlaşır. Ancaq indi Rusiya ilə münasibətlərdə yaranmış parçalanmaya görə, rəsmi Minsk, eyni zamanda Qərblə də münasibətləri poza bilmir. Odur ki, Lukaşenko Qərbin sanksiyalar tətbiq etməməsi üçün repressiyalar üçün əsas tapmalıdır. Bu, Qərbi qorxutmaq cəhdidir: əgər Belarusda Lukaşenko ilə danışmaq istəmirsinizsə, onda burada Putinlə danışmalı olacaqsınız,” - Andrey Porotnikov qeyd edir.

                                                     Silahlarla "kömək"

İyulun 28-dən 29-na keçən gecə 32 nəfər Minsk yaxınlığındakı bir sanatoriyada saxlanıb, daha bir nəfər isə - ölkənin cənubunda tutulub. Onların hamısı Rusiya vətəndaşıdır.

Belarus dövlət mətbuatı bildirib ki, onlar "ÇVK Wagner"-in döyüşçüləridirlər.

Media hüquq-mühafizə orqanlarına istinadən bildirib ki, "seçki kampaniyası zamanı vəziyyəti gərginləşdirmək üçün" 200-dən çox hərbçi ölkə ərazisinə gəlib.

Təcili yığılmış prezidentliyə namizədlər qarşısında Mərkəzi Seçki Komissiyasında çıxış edən Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Andrey Ravkov yaraqlıların təxribatçı və snayper olduqlarını və Rusiya ərazisindəki Pskov və Nevel yaxınlığında bir sıra digər qrupların yaradıldığını söyləyib.

Təhlükəsizlik Şurasının dövlət katibi tutulanların terror hücumları hazırlamaqda şübhəli bilindiyini qeyd edib.

Dövlətin nəzarətində olan mətbuat xəbər verib ki, silahlılar Belarusda ictimai asayişi kobud şəkildə pozmaq niyyətində olublar.

Lukaşenko Rusiyanı "çirkli niyyətlərdə" günahlandırıb və Rusiya mətbuatına məsələni anlamadan "nə gəldi yazmamağı" təklif edib.

Belarus Xarici İşlər Nazirliyi saxlanan şəxslərin siyahısını Ukraynaya verib – onların arasında Donbasda vuruşanlar da ola bilər.

Ukrayna onsuz da Belarusda saxlananlardan 28 nəfərinin təhvil verilməsini tələb edir.

 

Belarusda hər dəfə prezident seçkiləri keçiriləndə - növbəti seçki avqustun 9-da keçiriləcək - Minskdə "Moskvanın əli" axtarılır.

Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasını çağıraraq, rusiyalıların Belarusda saxlanmasını əsassız adlandırıb və onların tezliklə azad olunacağına ümidlərini bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov tutulanların Minsk üzərindən tranzit olaraq İstanbula getdiklərini və qanunsuz bir şey etmədiklərini söyləyib.

"Bu, seçki öncəsi bir klounluq və sirkdir," - o deyib.

İstefada olan FSB general-mayoru Aleksandr Mixaylov BBC ilə söhbətində Belarus hakimiyyətinin versiyasını "ağılasığmaz" adlandırıb.

"Bu insanları nəyin üstündə tutublar? Lap olsunlar hərbi şirkətin əməkdaşları. Heç bir şey etməyiblər, silah, təbliği ədəbiyyat, xüsusi vasitə yoxdur. Onlara qarşı irəli sürülən ittihamları təsdiqləyəcək dəlil yoxdur. Bunlar hamısı sözdən başqa bir şey deyil," - o deyib.

                                               Bundan sonra nə olacaq? Moskvadan baxış

Rusiyanın Belarusla inteqrasiyanı sürətləndirmək cəhdləri ikitərəfli münasibətləri pisləşdirib, Moskvadakı ekspertlər etiraf edirlər. "Hərbçi muzdlular" əhvalatı vəziyyəti daha da gərginləşdirir.

Dövlət Dumasının MDB ölkələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin BBC ilə söhbətində Belarus rəsmilərinin muzdlular barədə dediklərini cəfəngiyyat sayır.

"Lukaşenko öz kürsüsündə həddindən çox oturub, geniş xalq etirazları ilə qarşılaşıb və indi axmaq hərəkətlər edir. Rusiya vəziyyəti sakitləşdirməyə çalışır, lakin Xarici İşlər Nazirliyinin açıqlamalarına görə, Lukaşenkonın bu illər ərzində ona kömək etdiyi Rusiya Federasiyasından bu cür istifadə etdiyindən razı deyil,” - o deyib.

Zatulinin fikrincə, muzdlular əhvalatı Belarus Prezidentinə inandırıcı qələbə qazana bilməyəcəyi təqdirdə seçkiləri ləğv etmək imkanı verir.

"Lukaşenko iki daş arasındadır - bir tərəfdən Rusiya, digər tərəfdən isə Belarusdakı orta təbəqə. Orta təbəqə ondan bezib və bu onun üçün manevr imkanını çətinləşdirir, nəticədə oyun daha sərt keçir," - politoloq Aleksey Makarkin qeyd edir. - "Rusiya Lukaşenkonu devirmək istəsə, növbəti Belarus Prezidenti Rusiyadan daha da uzaqlaşacaq".

Lukaşenko hökumətinin illəri ərzində ilk dəfədir ki, onun qələbə çalacağına tam əmin olmadığı bir vəziyyət yaranıb, “Rusiya Qlobal Siyasətdə" jurnalının baş redaktoru Fyodor Lukyanov qeyd edir. Belarus Prezidenti birbaşa və dolayı yolla bildirmək istəyir ki, ölkə müstəqilliyini itirə bilər, bu müstəqilliyi isə Lukaşenkodan başqa heç kim qoruya bilməz.

"Lukaşenko Prezident vəzifəsində qalsa, İttifaq Dövləti mövzusuna qayıtmalı olacaq, lakin indi bu, problemli görünür, çünki ölkələr arasında etimad yoxdur," - ekspert bildirir.

 ,

                  Prezident seçkiləri başlayandan bəri ölkə boyu onlarla adam tutulub.

"İndi vəziyyəti gərginləşdirməzdim. Əminəm ki, Belarus ilə Rusiya arasında ziddiyyətlər Avropa İttifaqındakı ölkələr arasında olduğundan daha azdır. Rusiya ilə ittifaq ölkəmizin suverenliyini, hərbi təhlükəsizliyini gücləndirir. Bu, həm Belarus, həm də Rusiya üçün yaxşıdır," - Belarus Liberal Demokratik Partiyasının lideri və Aleksandr Lukaşenkonun vəkili Oleq Gaiydukevich deyir.

Gaidukevich əmindir ki, iki ölkə arasında münasibətlərdəki gərginlik müvəqqətidir.

"Mən sərt açıqlamaların tərəfdarı deyiləm. Çünki Belarus və Rusiya birliyinə alternativ yoxdur. Bəli, bərabər hüquqlu birlik olmalıdır. Belarus suveren dövlətdir. Ancaq bütün mübahisəli problemlər aradan qaldırıla bilər," - o qeyd edib.

Təhlilçi Yaroslav Romançukun fikrincə, Lukaşenko ümidlərini uzun müddətdir ki, davam edən Rusiya elitaları arasında parçalanmaya bağlayıb.

"Lukaşenko Putinlə münaqişə vəziyyətində olsa da, bu, hələ bütün Rusiya demək deyil. Minsk Rotenberqlərlə fəal şəkildə işləyir, Putinə yaxın olan bu adama işləmək imkanı yaradır; hərbi-sənaye kompleksindəki əlaqələr də öz yerindədir, davam edir. Enerji sxemləri var ki, 20 il işləyib - bunlardan faydalananların 70 faizi Rusiya oliqarxları və Kremlə yaxın olan biznesmenlər olub, - ekspert izah edir. - Lukaşenkonun Putinlə qarşıdurmada sadəlövhlük göstərməsini düşünməyə dəyməz. O, əslində bu vəziyyətdə "ayır-buyur" taktikasından istifadə edir: nüfuzlu rusiyalılarla başa düşdükləri bir dildə danışır: pul dilində".

Kreml seçkilərə qədər Minskdən eşidilən bəyanatlara rəğmən aktiv reaksiya göstərməyəcək, Belarus Təhlükəsizlik Bloqu-nun rəhbəri Andrey Porotnikov deyir.

"Ölkədəki iqtisadi vəziyyət belədir ki, sosial və iqtisadi sabitliyin açarı Rusiyadadır. Moskva bunu çox yaxşı başa düşür. Düşünürəm ki, onlar payızda Belarusdakı vəziyyətin ciddi təhlilini aparacaqlar. Və hərəkətə keçəcəklər. Sual ondan ibarətdir ki, necə? Rusiya Belarusda özü üçün xoşagəlməz nəyinsə əmələ gəlməsini istəmir.

Lukaşenko həm siyasi, həm də fiziki cəhətdən zəiflədiyi üçün hakimiyyət transferi məsələsi əməli müstəviyə keçəcək. Moskva bu məsələdə nəzarət paketinə sahib olmaq istəyir. İdeal olaraq, əlbəttə ki, nəzarət hüququnu əldə etməyə çalışacaqlar, lakin ən pis halda heç olmasa veto hüququna sahib olmaq istəyirlər," - ekspert vurğulayıb.

"Bu seçkilər Lukaşenko üçün çox çətin keçir. Likaşenko baba zəifləyir.Hər kəs bunu hiss edir. Lukaşenkoya ictimai dəstək sürətlə azalır. Bu, artıq dönməz bir prosesdir. Onun rejiminin tarixi dövrü bitməkdədir . O bunu başa düşür, o, səfeh deyil. Moskvaya isə yalnız israrla ona xitabən təkrarlamaq qalır: ay dost, getmək vaxtındır,” - Porotnikov fikrini yekunlaşdırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam