Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

“Lotu Quli” maral ovunda -Fotolar

 

Həbs xəbəri yayılan “Lotu Quli” maral ovunda - Fotolar

“Qanuni oğru” Nadir Səlifovun (“Quli”) Türkiyə hüquq-mühafizə orqanları tərəfindən həbs olunaraq Azərbaycana deportasiya edilməsi barədə məlumat təsdiqini tapmır. 

Yenixeber.org: Türkiyənin Daxili İşlər Nazirliyinin rəsmi veb-səhifəsində də bu barədə hər hansı məlumata rast gəlinmir. Bundan başqa, Nadir Səlifovun həbsi barədə nə Türkiyə, nə də onu daha çox “diqqət”də saxlayan Rusiya mediası yazıb. Digər tərəfdən Azərbaycanın rəsmi qurumları da Nadir Səlifovun həbs edilərək ölkəmizə deportasiya edilməsi barədə hər hansı açıqlama yaymayıb.

Hər halda Nadir Səlifov sıradan bir şəxs deyil. Əgər o, doğrudan da həbs edilərək Azərbaycana deportasiya edilsəydi, rəsmi qurumlar dərhal bu barədə açıqlama yayardı.

Başqa bir maraqlı məqam. Nadir Səlifovun həbs olunması barədə xəbər yanvarın 4-də yayılıb. Amma yanvarın 6-da “qanuni oğru”nun “İnstagram” səhifəsində onun maral ovundan fotoları yayılıb. Bu fakt da Nadir Səlifovun həbsi ilə bağlı məlumatın səhihliyinə şübhə ilə yanaşmağa əsas verir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam