Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Lotu Quli” məsciddə -Foto 

 

“Lotu Quli” məsciddə - Foto 

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun yeni fotosu yayılıb. 

Yenixeber.org: Foto məscidlərin birində çəkilib. 

21 il məhkumluq həyatı yaşayan Nadir Səlifov 2017-ci ildə azadlığa buraxılıb. O, həbsdən çıxdıqdan sonra Türkiyəyə köçüb. Bəzi ehtimallara görə, foto Türkiyədəki məscidlərin birində çəkilib. 

Lakin Nadir Səlifovun hazırda Türkiyədə olmadığı barədə də iddialar var. Onun artıq bir müddətdir ki, Qətərə köçdüyü bildirilir. Bu, onun düşmənlərinin çoxalması və həyatının təhlükədə olması ilə izah edilir. 

Nadir Səlifovun rəqibləri onun qətli üçün 1 milyon dollar mükafat ayırıblar. Bu məlumatdan sonra Nadir Səlifovun Qətərə köçməsi barədə iddia olunur. Lakin bu o qədər də inandırıcı görünmür. Əvvəla, ona görə ki, Nadir Səlifov Türkiyədə daha sərbəstdir. Türkiyə yeraltı dünyasının liderləri ilə dostluq münasibəti onun gücünə əlavə güc qatıb. 

İkincisi, kriminal dünyanın ən güclü klanları Nadir Səlifovu dəstəkləyir və həmin klanların ünlü simaları bu gün Türkiyədə məskunlaşıblar. 

Doğrudur, Nadir Səlifov hansısa işlərilə bağlı Qətərə gedə bilər. Lakin məhz rəqiblərindən qorxduğu üçün Türkiyəni tərk etməsi ağlabatan deyil.(yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam