Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

ABŞ Putinin əleyhinə yaratdığı təşkilatı Qafqaza gətirdi

 

Tiflisdə Azad Rusiya Fondunun nümayəndəliyi açılıb.

Yenixeber.org: Fondun yerli nümayəndəliyinə Yeqor Kuroptev rəhbərlik edəcək. Jurnalistlərə açıqlama verən Kuroptev bu fondun Gürcüstanda mövcudluğu sayəsində aktual məsələlərin müzakirə ediləcəyini deyib:

“Nə qədər çox insan bizdən Rusiya haqqında məlumat öyrənəcəksə, o qədər də yaxşı olacaq. Bu faydalıdır. Moskvanı belə təşkilatın yaradılması sevindirmir, amma hələlik narahatlıq ifadə edilmir. Mən demokratik Gürcüstanda yaşayıram və hələlik Rusiyaya geri dönməyi düşünmürəm”.

Qeyd edək ki, Azad Rusiya Fondu Vaşinqtonda rusiyalı emiqrantlar tərəfindən 2015-ci ildə yaradılıb. Fondun yaradılmasında məqsəd beynəlxalq siyasətçilər, KİV-lər və ictimai liderləri Rusiyadakı real situasiya ilə bağlı məlumatlandırmaq olub. Yeni yaradılan QHT-nin Direktorlar Şurasına ABŞ Dövlət katibinin keçmiş köməkçisi Devid Kramer, ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Yan Kelli, Açıq Rusiya Hərəkatının həmsədri və Boris Nemtsov Fondunun rəhbəri kiçik Vladimir Kara Murza daxildir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam