Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Avropada yeni fond

 

Avropa Birliyi liderləri Avropada strateji investisiya fondunun yarardılmasına qərar veriblər.

"Xeberinfo.com":  Məlumata görə, fondun 386 milyard tutumu olacaq. Belə bir fondun yaradılmasında məqsəd özəl və ictimai sektorun inkişafına dəstək olmaq, infrastrukturun yenilənməsi və yeni iş yerlərinin yaradılması ilə qitədə itqisadi inkişafı sürətləndirməkdən ibarətdir.

Yeni plan 2015-ci ilin ortalarından icra olunacaq.
“Bu paket hər kəs tərəfindən razılaşdırılıb. Sammitdə xüsusilə vurğuladıq ki, qəbul olunan qərarlar tezliklə gerçəkləşdirilməlidir ki, Avropa Birliyi vətəndaşları hansı işlərin görülüdüyünü əyani şəkildə görsünlər. Bu layihə də, həmçinin, konkerkt olmalıdır” - deyə Angela Merkel qeyd edib. 
Sammitdə, eyni zamanda, Ukrayna və Krım məsələləri ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar müzakirə mövzusu olub. Avropa liderləri Ukrayna böhranı sona çatmadıqca rəsmi Moskvaya qarşı sanksiyaların ləğv olunmayacağını bildiriblər.
“Rusiyaya qarşı sanksiyalar tədbiq edən zaman bunun fayda verəcəyinə ümid edirdik. Əks halda, belə bir addım atmazdıq. Yəqin xatırlayırsız Rusiyanın Krıma müdaxiləsi necə oldu. Ona görə, bu sanksiyalar vacib idi və təsirləri də özünü göstərdi” - deyə Fransua Oland bildirib. 
Amerika Birləşmi Ştatları prezident Barak Obama Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini imzalayıb. Qanun layihəsi Obamanın Rusiyanın müdafiə müəssisələrinə qarşı qadağalar tədbiq etməsinə imkan verir. Lakin qanunda hələlik heç bir konkrekt qadağadan söhbət getmir.
Associated Press


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam