Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Səhət Həbibbəyli ölkədən qaçmaq istədi... -SƏRHƏDDƏN GERİ QAYTARILDI

Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... - SƏHƏT HƏBİBBƏYLİ SƏRHƏDDƏN GERİ QAYTARILDI

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sabiq sədri Səhət İsa oğlu Həbibbəylinin ölkədən çıxışının qarşısı alınıb.

Yenixeber.org: Bu haqda redaksiyamıza etibarlı qaynaqlardan məlumat verilib.

Bildirilir ki, Səhət Həbibbəyli bir neçə gün əvvəl səhhətində yaranmış problemlə əlaqədar ölkəni tərk etmək istəyib. Lakin sərhəddə ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilib və geri qaytarılıb.

Mənbə deyir ki, sabiq Komitə sədri sərhədçilərə yüksək təzyiq və şəkər xəstəliyindən əziyyət çəkdiyini və xaricdə müalicəyə ehtiyacı olduğunu bildirsə də, "ölkədə müalicə alması üçün səhiyyəmizin yetərli imkanlara malik olduğu" onun diqqətinə çatıdırılıb.

Qeyd edək ki, S.Həbibbəyli Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, AMEA-nın keçmiş prezidenti, akademik İsa Həbibbəylinin oğludur.("Hurriyyet")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam