Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

ABŞ Əfqanıstana qoşun yeridə bilər...

Tramp Əfqanıstana qoşun yeridəcək?

ABŞ Prezidenti Donald Trampın Baqram aviabazasına qayıtmaq planı ölkənin Əfqanıstana faktiki olaraq yenidən qoşun yeritməsi ilə nəticələnə bilər.

Yenixeber.org: Məlumata görə, Baqram bazasının yenidən fəaliyyətə başlaması üçün 10 minədək ABŞ hərbçisinin yerləşdirilməsi və müasir hava hücumundan müdafiə sistemlərinin qurulması tələb olunur.

Tramp aviabazaya qayıdışın yalnız Taliban hərəkatının razılığı ilə mümkün olacağını deyib. Lakin belə bir razılaşmanın necə əldə olunacağı hələ də məlum deyil. Bu isə Taliban üçün prinsipial mövqenin dəyişməsi demək olacaq, çünki hərəkat illərlə ABŞ qüvvələrinin ölkədən çıxarılması uğrunda mübarizə aparıb.

Ekspertlər qeyd edirlər ki, Taliban razılıq versə belə, bazanın təhlükəsizliyinin təmin edilməsi çətin olacaq. Bu, həm İŞİD və “Əl-Qaidə” kimi qruplardan gələn təhdidlər, həm də İran tərəfindən mümkün raket hücumları ilə bağlıdır.

Xatırladaq ki, 2001–2021-ci illərdə Baqram aerodromu ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Əfqanıstandakı ən böyük bazası olub. ABŞ qüvvələri 2021-ci ilin iyulunda bazanı tərk etmiş, avqustda isə Taliban oranı ələ keçirmişdi.

Tramp isə son açıqlamasında Baqramın “Çinin nüvə silahı istehsal etdiyi ərazilərdən bir saatlıq məsafədə yerləşdiyini” deyərək bu addımı “kiçik sensasiya” adlandırıb.("Reuters")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam