“Böyük Ermənistan” ideoloqlarının korrupsiya işi- VİDEO
Ermənistanın ölkə daxilində və onun hüdudlarından kənardakı ən böyük ictimai-xeyriyyə təşkilatı olan “Hayastan” ümumerməni fondunun direktoru Ara Vardanyan həbs olunub.
Yenixeber.org: Bu barədə Ermənistanın milli təhlükəsizlik xidməti məlumat yayıb.

Qeyd olunub ki, Vardanyan fondun vəsaitlərinin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. İstintaq gedişində Vardanyan etiraf edib ki, fonda təqdim olunan 25 milyon dramlıq kredit kartını şəxsi xərcləri üçün istifadə edib. Həmçinin, mənimsədiyi fond vəsaitlərini qumar oyunlarına xərcləyib. Təkcə son bir həftə ərzində Vardanyan “Hayastan” ümumerməni fondunun bank hesabından onlayn kazino oyunlarına 14 milyon dram sərf edib. 2016-2018-ci illər ərzində isə onun qumara xərclədiyi məbləğ nə az, nə çox – düz 130 milyon dram olub.
Hazırda fondun daxilində digər mümkün qanun pozuntuları və korrupsiya faktlarının aşkarlanması üçün hərtərəfli araşdırma aparılır. Ehtimal olunur ki, istintaqa Ermənistanın rəhbər vəzifələrində işləmiş şəxslər də cəlb oluna bilər.
Qeyd edək ki, “Hayastan” ümumerməni fondu 1992-ci ildə Ermənistan prezidentinin fərmanına əsasən yaradılıb. Bu, yeganə ictimai təşkilatdır ki, Ermənistan və onun hüdudlarından kənar yaşayan erməniləri və “Böyük Ermənistan” ideoloqlarını birləşdirir. Fondun nizamnəməsinə uyğun olaraq, onun Qəyyumlar Şurasına Ermənistanın fəaliyyətdə olan prezidenti rəhbərlik edir. Şuranın tərkibinə isə Ermənistan katolik kilsəsinin patriarxı, ölkənin baş nazirləri, konstitusiya məhkəmsinin hakimləri, Ermənistan mərkəzi bankının və parlamentinin sədrləri, Amerikadakı erməni diaspor təşkilatları və digər birliklər, həmçinin Dağlıq Qarabağ separatçılarının liderləri daxildir. Bu yaxınlarda baş anzir Nikol Paşinyan Şuranın iclasında çıxış edərək, fondun direktoru və onun "fəaliyyətini" tərifləmişdi.
“Hayastan” ümumerməni fondunun dünyanın 19 ölkəsində 22 filialı var. Fond xüsusən də, ABŞ başda olmaqla Qərb ölkələrindəki erməni kilsələri və dispor təşkilatlarilə sıx əməkdaşlıq edir.