Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Azərbaycanda yeni publik hüquqi şəxs yaradılıb-Fərman

 

Azərbaycanda yeni publik hüquqi şəxs yaradılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Yenixeber.org: Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılır.

Fərmanla “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi” təsdiq edilib.

Müəyyən edilib ki, Fondun nizamnamə fondu 115 000 (yüz on beş min) manatdır və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır; Fondda 9 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır, Fondun Müşahidə Şurasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir, Fondun fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor rəhbərlik edir.

Fərmana əsasən Fond “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun balansındakı dövlət əmlakı həmin Fondun balansına veriləcək.

Fərmanla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Maliyyə nazirliyinə müvafiq tapşırıqlar verilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam