Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Neft pulları Çin valyutasında saxlanacaq

 

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) fondun valyuta səbətinə Çin yuanının daxil edilməsi məsələsini nəzərdən keçirir. 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Fondun rəhbəri Şahmar Mövsümov Trend-ə bildirib. Onun sözlərinə görə, fondun bütün aktivləri, o cümlədən investisiya portfeli xarici valyutada saxlanılır. “Dövlət Neft Fondunun aktivləri diversifikasiya məqsədilə əsasən ABŞ dolları, avro, Böyük Britaniya sterlinqin həmçinin digər valyutalarda saxlanılır. Dövlət Neft Fondu aktivlərini xarici valyutada saxladığı üçün manatın məzənnəsinin dəyişməsinin aktivlərin real dəyərinə heç bir təsiri yoxdur”,- Mövsümov deyib.
O qeyd edib ki, investisiya siyasəti çərçivəsində ARDNF-in aktivlərinin 50 faizi qədəri Amerika dollarında, 35 faizə qədəri avroda, 5 faizə qədəri Britaniya funtu ilə saxlanılır. Aktivlərin qalan 10 faizi isə digər valyutalarda – Rusiya rublu, Avstraliya dolları, Koreya vonu və Türkiyə lirəsində yerləşir. “2015-cu il ərzində biz Çin yuanının fondunun valyuta səbətinə əlavə edilməsi məsələsinə baxacağıq”- deyən Fond rəhbəri bildirib ki, gələcəkdə də Dövlət Neft Fondu maliyyə bazarında imkanlarını nəzərə alaraq valyuta səbətinin diversifikasiyasını davam etdirəcək. Qeyd edək ki, 2015-ci il yanvarın 1-nə olan vəziyyətə görə, ARDNF-in aktivləri (35 877,5 milyon dollar) 2014-cu ilin əvvəli ilə müqayisədə 3,42 faiz artaraq 37 104,1 milyon dollar təşkil edib. Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb və həmin vaxt onun aktivləri 271 milyon dollar təşkil edib.

 Fins.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam