Redaktor seçimi
Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
Günün xəbəri

Fransada polislə nümayişçilər arasında toqquşmalar baş verib -saxlanılanlar var

 

Fransanın Nant şəhərində hüquq-mühafizə orqanları 1 May aksiyasında başlayan iğtişaşlar səbəbindən su şırnaqları və gözyaşardıcı qazdan istifadə ediblər.

Yenixeber.org:  Bu barədə Pei-de-la-Luar regionunun prefekturası sosial şəbəkələrdə məlumat yayıb.

"Nümayişçilər prefektura binasına ziyan vurub və hüquq-mühafizə orqanlarına əşyalar atıblar. Polis su şırnaqları və gözyaşardıcı qaz tətbiq edərək cavab verib", - məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, polis bir neçə nəfəri saxlayıb.

Bundan əlavə, Overn - Rona-Alp regionunun prefekturası Lionda polis və nümayişçilər arasında toqquşmaların baş verdiyini bildirib.

Prefekturanın məlumatına görə, Lionda 1 May nümayişində 6,5 min nəfər iştirak edib. Həmkarlar ittifaqları hesab edir ki, küçələrə 10 min nümayişçi çıxıb. Aksiya zamanı üç nəfər saxlanılıb.

Daha əvvəl bildirilmişdi ki, Fransada 1 May nümayişlərində 150 min nəfərədək insanın iştirakı gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam