Paşinyanın müavini: Ermənistanla Aİ arasında yüksək səviyyəli dialoq başlayıb
Ermənistanla Avropa İttifaqı arasında yüksək səviyyəli dialoq başlayıb.
Yenixeber.org xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan İrəvanda Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistan və Aİ arasında siyasi sahədə yüksək səviyyəli dialoq başlayıb.