Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

“Azəravtoyol” rəhbərliyi sözünü tutmadı:1 km yolun təmiri 8 aydır bitmir

“Azəravtoyol” rəhbərliyi sözünü tutmadı:

 

Xeberinfo.com:  Bakı-Quba yolunun Saray-Ceyranbatan hissəsində 1 km yolun təmiri bitmir ki, bitmir... Zamanında bu yolun çəkilişi ilə bağlı müxtəlif söz-söhbətlər də dolanırdı. Başlıcası isə nəqliyyat naziri Ziya Məmmədovla məşhur bir Alman şirkəti arasında yaşanan problemlə bağlı xəbərlər oldu. O zaman belə bir xəbər yayılmışdır ki, nəqliyyat naziri bu yolun çəkilişini həyata keçirməli olan məşhur bir Alman şirkəti ilə “anlaşa bilməyib”. Bu səbəbdən də şirkət yolun çəkilişindən kənarlaşdırılır və Ziya Məmmədovun sayəsində Bakı-Quba beton yolu yerli təşkilatların ümüdünə qalır...

30 il qarantiya verilmiş yolda 8 aydır ki, yenidənqurma işlərinə başlanılıb. Xatırladaq ki, bu işin sifarişçisi “Azəravtoyol” ASC, icraçısı isə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası " ASC-dir.

Ötən ilin iyunun 1-dən başlayan təmir-tikinti işi isə hələ də yekunlaşmır. Bxmayaraq ki, ötən ilin sonuncu ayında “Azəravtoyol” ASC-nin rəsmiləri bu il yanvarın sonunadək yolun istifadəyə veriləcəyini bildirmişdilər. Bugün isə artıq deyilən vaxtdan 3 gün ötür. Göründüyü kimi, “Azəravtoyol” rəhbərliyi bu dəfə də sözünü tutmadı. Xeberinfo.com-un əldə etdiyi məlumatlardan və apardığımız araşdırmalardan belə məlum olur ki, yaxın günlərdə də yolun açılışı gözlənilmir. Torpaqbərkitmə işləri bitsə də, son tamamlama mərhələsinin hələ də zamana ehtiyacı var.

 Bakı-Sumqayıt yolu yenə də alt-üst olacaq: Ziya Məmmədov niyə sorğulanmır? FOTOLARBakı-Sumqayıt yolu yenə də alt-üst olacaq: Ziya Məmmədov niyə sorğulanmır? FOTOLAR

İnformasiya şöbəsi       

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam