Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

“BALIQ BAŞDAN İYLƏNİR”


 

Xeberinfo.com:  Zəhmət insanları arasında dövlətə, hakimiyyətə hörmət, məhəbbət qazandıran, onu sevdirən düzgün idarərə etmə və onların qayğısına qalınmadır.Xüsusiylə  qayğıya möhtac olanlar təqaüdçülərdir. İş qabiliyyətlərini tam itirmiş, ömrünün son aylarını və yaxud illərini yaşayan bu insanların güvənc yeri və dayağı  düzgün idarə etməni həyata keçirən və ərzaq məhsullarının satış qiymətlərini tənzimləyən səlahiyyətli dövlət məmurlarıdır. Bəs həmin dövlət məmurları sahib olduqları vəzifələrinin öhdəsindən necə gəlir və onu yerinə yetirə bilirlərmi?

 

“AzPolitika.info” (17.08.2016-cı il) xəbər verir: “Azərbaycan əhalisinin 13 %-indən çoxu pensiyaçılardır. 2016-cı il iyulun 1-ivəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu sistemində 1 milyon 307.7 min nəfər pensiyaçı qeydə alınıb ki, bu da ölkə əhalisinin 13.6%-ni təşkil edir... Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.2 % artaraq 189.6 manat təşkil edib və orta aylıq əmək haqqının 38.8 %-nə bərabər olub.Cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1 milyard 529 milyon manat vəsait ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 97.9 milyon manat və yaxud 6.8 % çoxdur”

Pul vəsaitinin alıcılq  qabiliiyyətinin  aşağı düşməsi səbəbindən  pensiya artımlarının  əhaliyə elə bir xeyri də yoxdur. Yersiz hay-küy , gözə kül üfürmə nəyə lazımdır.Ərzaq məhsullarının satış qiymətlərinin sürətlə artması nəinki  artan pensiyanı, hətda keçmiş pensiyadan da belə ac qurd kimi kifayət  məbləğdə  qapıb apardı və aparmaqda davam edir. Gəlin bir neçə  fakta diqqət yetirək.

“BALIQ BAŞDAN İYLƏNİR” 

Şəxsi həyatımda gördüyüm vəziyyət belədir. Qısa bir müddətdir ki, mənim təqaüdüm 6.6 %həcmdə artıb. Həmin artım 13 manatı təşkil edir.Bəs ərzaq məhsullarının qiyməti hansı nisbətdə artıb? Xüsusiylə kənd təsərrüfatı məhsullarının emal edilərək sənaye məhsullarına çevrilməsindən alınan məhsulların satış qiymətlərinin artımı özünü daha qabarıq göstərir.Təqaüd artımı isə dərin bataqlığa batmış araba öküzü kimi yerindən tərpənmir.

40 il maliyyə işində və qiymət sahəsində işlədiyimdən bilirirəm və dəfələrlə də mətbuatda, saytda çıxış edərək bildirmişəm ki, zorakılıqla qiymətləri aşağı salmaq mümkünsüzdür. Dünya miqyasında yaşayış vasitələrinin dəyərinin bahalaşması səbəbindən də mümkünsüzlüyə şərait yaranır.

Zorakılıqla qiymətin aşağı salınmasının nəticəsi ona gətirib cçıxarıb ki, ərzaq məhsullarının və içməli suyun qiymətləri minimum 24 %-dən 60 %-ə və bəzi həyat əhəmiyyətli vasitələrin qiyməti isə 72.33 % bahalaşmışdır.Künc-bucaqda fəaliyyət göstərən dükanlar isə ucuz şirniyyatın qiymətini 100 % bahalaşdırıblar. “Dərə xəlvət tülkü bəydir”, kim necə istəyir eləcə də qiymət qoyub təqaüdə və əmək haqqına möhtac olanların hesabına varlanırlar.

“MAKRO MARKET”də alıcılara istədikləri kimi gələk gəlməyi də bacarırlar. Belə ki, rəflərdəki məhsulların üstünə keçmiş-ucuz qiymətlər yapışdırılır, alıcı sayqacda işləyən xanıma pulu ödəyəndə yüksək qiymətlə ödəyəsi olur. Beləliklə “MARKET”in sahibi həm hökumətə, həm də alcıya fırıldaq gəlir. Bununla da təqaüdə ümid olanları tam yoxsul-dilənçi vəziyyətinə salan sahibkar deyilən dələduz xalqla hökumət arasında qarşıdurma yaradır. Bəs hakimiyyətdə əyləşib bu işlərə nəzarət edən səlahiyyət saibləri nə işlə məşğul olur və hara baxırlar?Bunların isə gözləri qanunların necə həyata keçirilməsinə yox, dələduz “MARKET”sahiblərinin hər ay gətirəcəkləri uçot-hesabatda görünməyən rüsumun məbləğinə baxır.

Qiymətin bu sürətlə artmasının qarşısını almağın  yeganə çarəsi yerli istehsalı qaydaya salmaq, inhisarı və onunla məşğul olanları kökündən ləğv etmək və əmək haqqını və təqaüdləri ərzaq məhsullarının satış qiymətlərinin artmasına müvafiq qaydada artırmaq lazımdır.

Milli valyutanın ucuzlaşmasında,  ərzaq və yeyinti məhsullarının ağıla sığmaz səviyyədə bahalaşmasında təqsirkar olub hökumətin idarə edici vəzifələrində əyləşən şəxslər haqqında. 

“BALIQ BAŞDAN İYLƏNİR”

Vaxtı ilə Baş Nazir kürsüsünə göz tikən və şəxsi maraqları naminə Azərbaycan Beynəlxalq Bənkının tam talan olunmasına göz yuman (ABB-nın sabiq sədri Cahanğir Hacıyevin üzə durması buna əyani sübutdur), Azərbaycan Mərkəzi Bankında sədr vəzifəsini əlində saxlamaq xatirinə və ABB-nin yerli-dibli  müflis olmasına bilə-bilə imkan verən, milli valyutanın xaricdə çapından(Avstriyanın Mərkəzi Bankının banknot çap edən OeBS şirkəti-“Xeber info.com” 30.03.2014-cü il) küllü məbləğdə valyuta ələ keçirən Elman Rüstəmov, Milli Məclisin İqtisadi Siyasət Komissiyasının Sədri vəzifəsinə uzun müddət sahib olması ücün ABB-nın talanmasına laqeyd yanaşıb hakimiyyətə təriflər yağdıraraq onu aldadan iqtisad elmləri doktoru akademik Ziyad Səmədzadə kimiləri bilgilərindən “səmərə”li istifadə edərək elə bir möhtəşəm iqtisadi siyasət yeritdilər ki, bu il milli valyuta dəyərdən düşməsiylə yanaşı ərzaq məhsullarının satış qiymətləri 24 %-dən 60 %-ədək artdı.Bax bu əsl iqtisadi uçurum, iqtisadi börandır. Əhsən millətinbelə“fədailəri”nə.

“BALIQ BAŞDAN İYLƏNİR”

                                                                                             ***

Yeri gəlmişkən Qarabağ müharibəsinin iştirakçılarına verilən təqaüdlərinin həcmi və ödəniş vaxtı haqqında olan faktı səlahiyyətli şəxslərin nəzərinə çatdırmaq istəyirəm. Təqaüdçü hüquq mühafizə orqanlarının əməkdaşları təqaüdlərini ayın birində, yaşa görə və sair təqüdcülər təqaüdlərinin 10-na kimi, Qarabağ Müharibəsi Veteranları isə ayın sonunda alırlar. Bundan başqa həmin təqaüd 50 manat olmalı idi. Sonradan nə oldusa həmin məbləğ 45 manat məbləğinə kimi azaldıldı. Ən xoşagəlmz hal odur ki, saxta müharibə vetaranlarının sayı isə yüzlərlədir.Xatırlatmaq istəyirəm, yaşadığımız 110 mənzilli binadan Birinci Qarabağ Müharibəsində iştirak edən bir nəfər-o da mənim oğlum olub...Qalan gənclər isə Xətai rayon Hərbi Komissarlğının kəramətli çağırışıdan yayına biliblər.

Nöqsanların aradan qaldırılması üçün təkliflər verirəm:

1.Birinci Qarabağ Müharibə Veteranlarının həqiqiliyi müvafiq orqanlar tərəfindən araşdırılsın;

2.Birinci QBMV-larının təqaüdləri hər cari ayın birində ödənilsin;

3.Birinci QBMV-larının təqaüdləri minimum əmək haqı və yaxud respublika üzrə müəyyən edilmiş minimum təqaüd həcmində ödənilməsi rəsmiləşdirilsin.

4.Mövzudan kənar yeni təklif: DİN-in QAİ-lərinə sərəncam verilsin ki, xaricdən gətirilən avtomobillərin qabaq və arxa buferlərinə vurulan xaç nişanlarının çıxarılmasını təmin etsinlər.Biz xaricdən avtomobil alırıq, xaç yox.

5.Bzim Müstəqil Dövlətimiz, Dövlətimizin atributu- onun Gerbi..., Konstituyamız,nəhayət QURAN-ımız var.

                                                                                               ***

Keçmişdə Maliyyə Nəzirliyində idarə rəisi vəzifəsində işləmiş Səlim Müslümovun Maliyyə “qəhrəmanlığı” və bu “əməli saleh “ işindən “ilahi qüvvə” nin onu necə qurtarmasını Bəşər Hacıyev 01-07 fevral 2007-ci il tarixli MÜHAKİMƏ mətbu orqanında ətraflı işıqlandırmışdır. (Söhbət 1996-cı ildə Sənaye İnvestisiya Bankının Səbail rayon Şöbəsindən 42 milyard manatın “itməsindən”gedirdi.O vaxtkı pulla bilinməsə də İndiki pulla bu, 8,4 milyon dollar edir.) Bəs Səlim Müslümovun indi hansı yeni “qəhrəmanlığı” diqqəti  cəlb edir?

“Xeberinfo.com”saytı .01.07.2015-ci il tarixli yazısında Səlim Müslümov Hacı İbrahim Nehrəmllininə üçün qoruyur?“25min avroluq saat dil açıb, dillənəbilər” başlığı altında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə nəyi gizlətməyə çalışır? Adında iri həcmli yazı getmişdir.Həmin yazıdan bir parçanıbir daha oxucuların nəzərinə çatdırmağı lazım bilirik.

“Amma,Hacı İbrahim Nehrəmlinin, həm nazir Səlim Müslümov, həm də xidmət rəisi Fuad Əlizadə tərəfindən müdafiə olunması yalnız yuxarıda qeyd etdiyimiz amillə bağlı deyilmiş.Belə məlumatlar var ki, Hacı İbrahim Nehrəmli bu şəxslər qarşısında borclu qalmayıb, xidmət rəisi Fuad Əlizadə və nazir Səlim Müslümova dəyəri 25 min avro olan saat bağışlayıb. Məlumata görə iş adamı həm də xidmətin əməkdaşlarından birinə hər ay 300 min manat “paket” verib ki, bu müfəttiş də əsasən Hacı İbrahim Nehrəmlidən olan şikayətləri araşdırmağa məsul olub. Bütün bu məsələlərə dövlət əmək müfəttişliyi xidmətinin rəisi Fuad Əlizadəyə sorğu ilə müraciət edərək aydınlıq gətirmək istədik. Məşhur filmdə deyildiyi kimi “25 min avroluq saat dil açıb dillənə bilər”.

Nəticə olaraq  belə demək mümkündür ki,harada maliyyə fırıldağı varsa Dövlət Əmək və Əhalinin Sosial Müdafiə Naziri Səlim Müslümov orada lazımlı oyunçuya çevrilir.Səlim Müslümovu “qınamaq” olmaz. Ona görə ki, Respublikada elə bir səlahiyyətli məmur varmı ki, fırıldaq maliyyə əməliyyatları ilə məşğul olmasın? Onlar fırıldaq maliyyə əməliyyatları ilə məşğul olmasalar vəzifələrində də əyləşə bilməzlər. Bir də Səlimçik neyləyib ki? Ürüşvət almayıb ki. ABB-nın on milyard dollarlıq pul vəsaitinin axırına çıxanlarından birini müdafiə edib və bunun əvəzində 25 min avroluq dəyərində saatla “mükafatlandırılıb”. Ancaq! Ağsaqqal yazıçılarımızdan birisi vaxtı ilə dövlətin baş mətbuatının birində belə yazmışdı: “Dadanan qudurandan betər olur”.

                                                                                              ***

Dükanlardan əhaliyə satılan içməli suyun nəinki satış qiymətlərində,eyni zamanda onun istehsalında da yaramazlıqlar həddini aşıbdır. “Femida.az” saytı (19.08.2016-cı il) xəbər verir: “ FƏTÖ-nun “Azərsu”nümayəndəliyi var. Həmin nümayəndəliyə ASC sədri Qorxmaz Hüseynovun baş müşaviri təyin olunan Tofiq Coşqu rəhbərlik edib. Bu təyinatdan sonra “Azərsu”ya Gülənin kadrları yerləşdirilməyə başlanıb. Nurçuların bu qrupdakı sayı 150 nəfərə çatıb... Eyni zamanda “Azərsu”da büdcə maliyyələşməsindən sonra Gülənin şirkəti dəvət olunub. Bir sıra iri layihələr həmin şirkətlərə həvalə edilib. Həmin şirkətin ən böyüyü “Lotos” şirkətidir. Bu şirkətin prezidenti Ənvər bəy ölkəmizə dəvət olunmuş, onunla iş birliyi aparılmış, paylar müəyyən edilmiş,iri həcmli tender müqavilələri bağlanmış, “Lotos” şirkəti “Hidro Lotos” adlandırılaraq birgə müəssisyə çevrilib.

“BALIQ BAŞDAN İYLƏNİR”

Politika.Az-a bildirilib ki, Qorxmaz Hüseynovun qaynı Natiq bəy də şirkətdə pay sahibi olub. “Lotos” şirkətinin nəzdində bir neçə müəssisə yaradılmış və ən böyük layihə, yəni Ceyranbatan tənzimləyici qurğusu ilə bağlı işlər müəssisələrə tapşırılıb. İlkin smeta dəyəri 180 milyon manat olsa da, sonradan bu məbləğ artırılaraq 250 milyon manata çatdırılıb. Əslində isə qurğuya cəmi 80 milyon manat xərclənibmiş. Qalan çirkli pullar Türkiyə şirkəti olan “Hidro Lotos”a göndərilib, orada yuyulub. Hətda Q. Hüseynovun qardaşı Faiq Hüseynov tərəfindən şərti adı T.C.F.Q. olan,dəyəri 25 milyona yaxın kater də hədiyyə verilib”.

Yay vaxtı əhaliyə verilən içməli suyun günlərlə yoxa çıxması (Əhmədli qəsəbəsinin müəyyən hissəsi)  adət halını alıb. Gərəg Qorxmaz Hüsenynovun idarə etdiyi“Azərsu”ASÇ və onun filialı olan Xətati rayon Sukanal İdarəsini qaynar xətləri vasitəsilə (955-1 və 371.65.36-1)“tərifləyəsən”, yaxud yalvarıb xahiş edəsən ki,su verilə. Nə vaxta kimihər il yay sezonunda su təchizatındayaramazlıqlar davam edəcək?Beləliklə tam əsasla demək mümkündür ki, yay sezonunda kimlərəsə su pekəş edilir.

Araşdırmalar onu göstərir ki, respublikanın xaricindəki düşmənlər bir yana qalsın, daxilində müstəqilliyimizi təhdid edən ali hakimiyyət orqanlarına soxulmuş keçmiş milli təhlükə nazirliyi ilə yanaşı xarici kəşfiyyatın Fətullah Gülənçi kimiyaramazları da kifayət qədərdir. Nə vaxta kimi dünya siyasətində sözü keçən ali şəxslər tərəfindən müstəqilliyimizi təhdid edənlər haqqında bizim alilərə xəbərdarlıqlarediləcək? Bəs bizim hüquq mühafizə orqanları, onun agenturası nəylə məşğuldurlar? Müstəqilliyimizi hörmətdən, gözdən salan, gözləri dollarla da doymayan dövlət məmurlarını həbs etmək yox, yerli dibli ətrafları ilə bərəbər layiq olduqları “cənnət”ə-qızıl mədənlərində işləyən fəhlələrin sıralarına qatmaq lazımdırki, bəlkə var yığmaqdan doydular.  Müstəqil olduğumuz bir dönəmdə onlar o qədər varidat mənimsəyiblər ki, həbs olunanda  həbsxana onlar üçün sanatoriyaya çevrilir. Həbsxana da onlara halal-haqqyeri deyil, ona görə ki, yaşamaq üçün haramlıqla yığdıqlarından xərcə düşə bilərlər.

                                  ***

Səlahiyyətli dövlət məmurlarına  və bu kimilərə arxa duranlara bir atalar məsəlini xatırlatmaq istəyirəm. Atalar deyiblər: “Çaxçağın çaqqıldadığı özünə qalır, dəyirman daşı öz bildiyini tutur”. Belələri dədüşünürlər  ki, tənqid edənlərin yazdıqları özlərinə qalır,  bunlar da istədikləri həcmdə maliyyə fırıldaqları ilə məşğul ola bilərlər.

Törənəcək hadisənin ikinci tərəfini isə görmürlər. Bir də görürsən dənin yaş olması səbəbindən  dəyirman daşı xəmirləyir, çaxçaq işləmiır və daş üyütmə fəaliyyətini dayandırır. Bu vaxt dəyirmançı həmin daşı dəyirmandakı xüsusi qurğunun  köməkliyi ilə arxası üstə çevirib polad kərki ilə daşı yonur, xəmirdən azad edir və dəyirman daşını da, çaxçağı da yenidən faydalı məqsəd üçünişə salır.

                                            ***

Gizlin deyil və sübut edilmişdir ki, dövləti idarə olunmasındabir-birinə sırınıb sığınanların, bir-birinə əbədi qaynaq edilənlərin və iri çinli kreslo sahiblərinin əksəriyyəti  mənsəbgüdmə mərəzinə tutularaq genləri manqurtlaşıbdır. Ali hakimiyyətin bir gün boğaza yığılıb  insanpərvər-yumşaqxarakterini dəyişərək, bütünlüklə səbri tükənəndən sonra qanunun gücündən istifadə edərəkmilləti həmin manqurtlaşmış kəllələrdən təmizləmək və iqtisadi böhrandan çıxarmaq üçün kərkilənməni işə salarsa onlar bu formada təmizlənməyə davam gətirəcəklərmi? Bunlar çovdarovların gizlin quyruqlarıdırlar.

Mənsəbgüdənlər, daxildəki inhisarçılarla yanaşı xaricdən məhsul idxalını monopoliyaya(inhisar) alıb satış qiymətlərini artıran səlahiyyətli dəllallar, dövlət vəsaitini talayanlarkeçmiş mtn manqurtlarının talehlərini unutmamalıdırlar.

Qan bahasına qazandığmız Azadlıq-Müstəqillik səlahiyyətli moşenniklərə və onların əməllərinə qurban verilməməli və deyilənlər qulaqardına vurulmamalıdır. Əks təqdirdə yeni bir çovdarovlar dəstəsi meydana gələ bilər, necəki gəlmişdilər. Qaranlıq dünyada qızıl diş axtaranlar işıqlı dünyada nə cür iş desən yaradarlar.

 

Quliyev Elxan Sarı o.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam