Heydər Əliyev və həmkarlar təşkilatlarının sosial mexanizm kimi formalaşması -ŞƏRH
Yenixeber.org: Xalqımızın tarixi köklərinə xas xüsusiyyəti olan yardımlaşmaq, dəstək olmaq, kömək göstərmək kimi müsbət keyfiyyəti təkmilləşərək gələcəyə doğru yol alıb. Artıq Azərbaycan xalqının sosial düşüncəsinin əsasını təşkil edən həmkarlıq dəyəri təkcə fərdlərin könüllülük prinsipinə bağlı deyil, onun konkret idarəetmə sistemi var və həmin mexanizm 1993-cü ildən başlayaraq, özünün işlək vəziyyətini müasir standartlara uyğun formalaşdırmaq xətti tutub.
1993-cü il... Bu dövrün adı gələndə hər kəsin gözləri qarşısında fenomen ictimi-siyasi xadim, əməlləri ilə Azərbaycan xalqının ulu öndərinə çevrilən Heydər Əliyev dühası bərq vumağa başlayır. Məhz 1993-cü ildən həmkar üzvlərinin sosial, iqtisadi və mədəni həyatında, rifah hallarının yaxşılaşdırılmasında, işçi hüquqlarının qorunmasında yeni səhifə açıldı. Possovet məkanında ilk dəfə - "1994-cü ildə Həmkarlar İttifaqları Haqqında" Qanun qəbul olundu. Həmkarlar İttifaqlarının fəaliyyətinə güclü təkan verən sənəd xalqın milli xarakterinə hopmuş həmfikir olmaq bacarığının hüquqi bazasını yaratdı. Sovet dövründə bir qədər formal xarakter daşıyan həmkarlar ittifaqları dövrün tələbinə uyğun olaraq bütün sahələr üzrə islahatlara başladı.
O dövrdə qəbul olunan qanunun 3-cü maddəsinə əsasən, işçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. 7-ci maddəyə görə, həmkarlar ittifaqlarında üzvlüyə görə vətəndaşlar barəsində ayrı-seçkilik qadağan edilir.
Həmkarlar ittifaqlarına şamil edilən hüquqlar 1995-ci ildə qəbul edilən və baş müəllifi ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyası ilə də təsbit edildi. Konstitusiyanın "Birləşmək hüququ" adlanan 58-ci maddəsinin ikinci bəndində göstərilir ki, hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Əmək Məcəlləsinin 19-cu maddəsi də həmkarlar ittifaqlarından bəhs edir. "Fərdi əmək müqavilələri (kontraktları) haqqında", "Fərdi əmək mübahisələrinin həlli qaydası haqqında", "Kollektiv müqavilələr və sazişlər haqqında", "Məzuniyyətlər haqqında", "Əməyin mühafizəsi haqqında" qanunlar həmkarlar ittifaqlarının hüquqi bazasını xeyli genişləndirib.
Artıq müstəqil dövlətin sahibiyik və ölkənin rəhbəri bütün varlığı ilə azərbaycançılıq məfkurəsini özünə meyar seçən Heydər Əliyevdir. Ulu öndərin prezidentliyi dövründə həmkarların müstəqil olması, müəssisə daxilində qanunlar çərçivəsində söz sahibinə çevrilməsi demokrtaiyanın inkişafında danılmaz rol oynadı. Heydər Əliyev hər bir isanın haqqının, hüquqnun qorunması, sosial rifahının yaxşılaşdırılmasını meyar seçərək, həmkarlar ittifaqlarını bu işlərin avanqrdı kimi təqdim edirdi. Proses şaxələnərək bütün qurumlara yeni abu-hava gətirdi.
1998-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birinci qurultayı keçirildi. Prezident Heydər Əliyevin qurultay iştirakçılarına müraciəti oxundu. Ölkə rəhbərinin "Əmin olduğumu bildirmək istəyirəm ki, həmkarlar təşkilatları öz işini yeniləşən cəmiyyətimizin tələblərinə uyğun quracaq, Azərbaycanda müstəqil, demokratik, dünyəvi dövlət quruculuğunda yaxından iştirak edəcəkdir" fikri həmkarlar ittifaqlarının strategiyasına çevrildi.
1999-cu ildə yaradılan Əmək Məcəlləsində Həmkarlar İttifaqları Konfederasiyasının120-dən çox təklifinin nəzərə alınması Səttar Möhbalıyevin sədrliyi ilə qəbul edilən qərarların bilavəsitə təsiri ilə baş verdi. Bununla Həmkarlar İttifaqları Konfederasiyasının cəmiyyətdə rolu və statusu yüksəldi. İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklər isə Konfederasiyasının maliyyə dayaqlarının möhkəmlənməsinə geniş imkanlar açdı.
1993-2003-cü il ərazində Həmkarlar İttifaqları Konfederasiyası 50-dək normativ aktların hazırlanması və ekspertizadan keçirilməsi prosesində əsas qüvvələrdən biri kimi irəli çıxdı.
Heydər Əliyevin yaratmaq istədiyi sağlam mühit hər kəsin ürəyindən xəbər verirdi. Ulu öndər görülən işlərə qiymət verərkən bildirmişdi: "Azərbacan Həmkarlar İttifaqları Konfederasiyası böyük nüfuza, dəstəyə geniş şəbəkəyə malikdir".
Həmkarlar ittifqları ilə dövlət başçısı arasında olan qarşılıqlı hörmət, səviyyəli münasibət nümunəvi müstəvidə böyük nəticələrə səbəb olurdu.
Ümumiyyətlə, həmkarlar ittifaqları hər zaman ümummilli liderin qayğısını öz üzərində hiss edib. Azərbaycan həmkarlar ittifaqları ümummilli lider Heydər Əliyevin diqqət və qayğısını hımişə yüksək qiymətləndirib. Məhz həmkarlar ittifaqları qurultaylarında Heydər Əliyevin prezidentliyə namizədliyini ilk dəfə irəli sürürdü. Bu hadisə cəmiyyət tərəfindən alqışılarla qarşılanırdı.
"Vətəndaşlarımızın ən böyük ictimai təşkilatı olan həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda yaxından iştirak etməli, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynamalıdırlar". – Bu fikirlər də Heydər Əliyevə məxsusdur. Ulu öndərin Həmkarlar İttifaqları Konfederasiyasının ikinci qurultayına ünvanladığı müraciətdə əksini tapan bu fikirlər nəinki həmkarların, eyni zamanda, hökumət və təsərrüfat orqanlarının əbədi yanan məşəli olub.
Heydər Əliyevin Həmkarlar İttifaqları Konfederasiyasının qurultaylarında iştirak edən xarici nümayəndələri qəbul etməsi ənənəyə çevrilmişdi. Görüşlərdə Azərbaycan həmkarlarının gördüyü işlər qonaqlara nümunə kimi göstərilir, qarşılıqlı fikir mübadiləsi aparılmasının müsbət təsirlərinin genişləndirilməsi yolları müzakirə edilirdi.
Həmkarlar ittifaqları üzvləri arasında fəallığı ilə seçilən insanları Ulu öndərin rəğbətləndirməsi effektivliyin artırılmasında mühim əhəmiyətə malikdir. Təsadüfi deyil ki, müxtəlif dövlət təltiflərinə layiq görülən həmkarlar ittifaqlarının üzvlərinin sayı başqa müəssisə və təşkilatlarda mükafat alanlardan həmişə çox olub.
Hazırda həmkarlar ittifaqları əmək prosesinə cəlb olunan vətəndaşlarımızın hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən əksər müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli şirkətlərdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərməyə çalışır, sosial siyasətin həyata keçirilməsinə önəmli dəstək verirlər.
Azərbaycanda bərqərar olan uğurlu sosial siyasət həmişə davamlılığı ilə fərqlənib. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev həmkarlar ittifaqlarını vacib sosial tərəfdaş kimi qiymətləndirir, imzaladığı fərman və sərəncamlarda, qərarlarda bu həqiqəti əsas götürür.
Prezidentin həmkarlar ittifaqlarının Azərbaycanda əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində mühüm rola malik olduğunu əks etdirən fikirlərindən birinə diqqət çəkək: "Əminəm ki, həmkarlar ittifaqları cəmiyyətdə əməkdaşlıq ruhunun bərqərar olması, sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində çox işlər görə bilər".
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) üzvü kimi respublikamızın dünyada nüfuzunun yüksəlməsində də fəal iştirak edir, vətəndaş cəmiyyəti quruculuğuna, demokratiyanın dərinləşməsinə və inkişafına öz töhfələrini verir. BHİK-in vitse-prezidenti seçilən Səttar Möhbalıyevin rəhbərliyi ilə AHİK nümayəndə heyəti müxtəlif beynəlxalq tədbirlərdə - konfrans və qurultaylarda müntəzəm olaraq Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə diqqətinə çatdırır.
Həqiqətən həmkarlar sferasında dəyərli işlər görülüb. Rəhbərlik etdiyim sahə həmkarlar ittifaqı daim həmkar üzvlərin qayğısına qalır. Onlara təmənnasız hüquqi məsləhət verir, işçinin əmək hüquqlarının pozulmasına qarşı çıxır, hüquqi yardım göstərir, əməyin mühafizəsinin təşkil edir, sanitar-məişət şəraitinin, tibbi xidmətinin yaxşılaşdırılması sahəsində dəstək göstərir, sağlamlığın bərpası və istirahətin təşkili üçün yollayışlar verir, ehtiyac yarandıqda maddi yardım ayırır, həmkarlar ittifaqları kitabxanalarının, mədəniyyət və idman obyektlərinin xidmətlərindən yararlanmağa şərait yaradır, iş yerində əmək münasibətlərində yaranan problemlərlə bağlı araşdırma aparılmasını tələb edir.
Ən böyük ictimai təşkilat olan həmkarlar itiifaqları Ulu öndər Heydər Əliyevin titanik əməyi sayəsində yaradılan, Prezidenet İlham Əliyevin dəstəi ilə daha da inkişaf etdirilən, Birınci-vıtse prezident Mehriban xanım Əliyevanın hümanist siyasəti nəticəsində əsası qoyulan sosial siyasətə daimi töhvəsini verir.
Fuad Məmmədov:
Aqrar Sahə İşçilərinin
Həmkarlar İttifaqı Birliyinin sədri