
İranın Xorasan Rezəvi əyalətinin Rəştxar şəhərində səhər saatlarında 5 bal gücündə zəlzələ olub.
Yenixeber.org: Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar qonşu Xaf və Turbat Heydəri şəhərlərində də hiss edilib.
Xəsarət alan və ölən olmayıb.