Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Türkiyədə zəlzələnin 6-cı günü:Fəsadlar aradan qalxmamış növbəti güclü zəlzələ proqnozu

 

Ekoloq-seysmoloq: “Əgər zəlzələ olmasa, onu deyəni tutub asmaq lazımdır, çünki...”

Yenixeber.org: Qardaş məmləkətdəki zəlzələ zonasında həyat uğrunda mübarizə 5 gündür gecə-gündüz davam edir. Eyni zamanda, zəlzələnin avterşokları bitmək bilmir. Ancaq artıq əhali də, xilasedicilər də, demək olar, buna öyrəşib. Hərçənd bəzi qorxulu proqnozlar da səslənməkdədir.

Məsələn, episentri Kahramanmaraş olan və böyük dağıntılara səbəb olan zəlzələni 3 gün əvvəl sosial media hesabında paylaşan “zəlzələ peyğəmbəri” ləqəbli məşhur mütəxəssis Frank Hoogerbeets yeni müraciət yayıb. Qarşıdakı günlərdə güclü seysmik aktivlik olacağını deyən Hoogerbeets bildirmişdi ki, 6 bal gücündə təkana səbəb olacaq seysmik aktivlik fevralın 8-nə gözlənilir. “Türkiyədə 5-6 bal gücündə təkanlar davam edəcək. 10 fevralda seysmik dalğalar gözləyirəm. Amma şiddətli olmayacağını təxmin edirəm. Ayın həndəsəsinin fevral ayının 13-14-də formalaşdığını görürük. Bu bir az kritik ola bilər”, - deyə o qeyd edib.

Hoogerbeets buna qədər fevralın 3-dəki paylaşımında bildirmişdi ki, Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 bal gücündə zəlzələ olacaq. Fevralın 8-də Türkiyədə həqiqətən 6 olmasa da, 5.1 gücündə növbəti zəlzələ oldu. Bəs “fevralın 13-14-ü daha kritik ola bilər” nə demək? Türkiyədə yeraltı təkanlar nə vaxt bitəcək?

Qeyd edək ki, qəzet çapa hazılanarkən Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatmışdı. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb. Zəlzələdən sonra bölgədə 1509 afterşok qeydə alınıb.

Azərbaycanda 9 ballıq zəlzələ ola bilər - Ekspertdən xəbərdarlıq

Ekoloq-seysmoloq Ənvər Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Türkiyənin yerləşdiyi ərazi, torpaq altında olan proseslər bu cür açıqlamalar verməyə imkan verir: “Azərbaycanda da olacaq demək olar. Amma zəlzələni bir gün əvvəldən deyən varmı? Mən bir mütəxəssis kimi o sözü eşidəndə təəccübləndim. Görüm o desin, Moskvada da olacaq, deyə bilərmi?! Axı Türkiyədə həmin yerin özü zəlzələ yönümlüdür. Bu yer zəlzələ üzərində yaranıb, düz İndoneziyaya qədər uzanan bir zolaqdır. Bura seysmik zona sayılır. Adicə yaşadığımız paytaxt Bakıda  belə yer 2.7 santimetr qalxır. Bunu yerin altındakı qüvvə qaldırır. Mən də deyə bilərəm olacaq. Həmin o ekspert desin ki, filan gün, saat neçədə olacaq. Elə o həmin o ”zəlzələ peyğəmbər"i İstanbulda da güclü zəlzələ olacağını demişdi, bəs niyə olmadı?! Bunu dəqiq söyləmək mümkün deyil. Yəni ərazi olaraq nə vaxtsa zəlzələ olacağını demək mümkündür. Amma nə vaxt? Yer kürəsinin mahiyyətindən irəli gələrək demək olar ki, bu zonada zəlzələ ola bilər. Rusiya düzənliyində zəlzələ olacaq deyə bilməzlər, çünki həmin ərazi seysmik zona deyil. Həmin o mütəxəssislər saat neçədə olacaqsa, onu desinlər ki, camaat evindən çıxsın. Məsələ bundadır. İndi ayın 13-14-nə deyibsə, zəlzələ olmasa, onu tutub asmaq lazımdır. Çünki yüzlərlə insan qorxu hissi keçirir, təlaş içində. Bilirsiniz, bu söz nə qədər məsuliyyət istəyir adamdan. Özünə hörmət edən tədqiqatçı bunu heç vaxt deməz. Azərbaycanda ondan da güclü seysmoloqlarımız var, görün onlar onu deyərlərmi? Əgər belə öncəgörəndilərsə, Amerikada olanları desinlər də". 

Ötən gün Azərbaycan məscidlərində Türkiyədəki zəlzələdə ölənlər üçün cənazə namazı qılınıb. Zəlzələ qurbanları üçün Quran oxunub, meyit namazları qılınıb. “Azərbaycan da yas tutur. Kimsənin kefi yoxdur”, deyə Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Hüseyn Altınalan öz tviter hesabında yazıb. O bildirib ki, Azərbaycan ictimaiyyətinin hər təbəqəsi zəlzələnin ağrısını ürəyində hiss edir: “Bakıdakı məscidlərdə imamlar dualarının böyük hissəsini ölkəmizdə zəlzələdən zərərçəkənlərə həsr ediblər. O dualara ”amin" deyərkən səslərin çox möhkəm çıxması təsiredici idi. Yaşasın qardaşlığımız".

Bu arada, Azərbaycandan Türkiyəyə edilən yardımların ardı-arası kəsilmir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı ötən gün təyyarə ilə qardaş ölkəyə yola salınıb. FHN-dən verilən məlumata görə, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib. 200 ədəd çadır və 183 ədəd qızdırıcıdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib. Azərbaycan Qızıl Aypara Cəmiyyəti isə Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmiş şəxslərə dəstək məqsədilə 4 günə ümumilikdə 1 milyon 554 min 558 lirə (140 105 min manat) vəsait göndərib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, növbəti humanitar yardım Türkiyəyə çatıb. Yardımlara 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlardan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

Yada salaq ki, zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib. Bunlardan əlavə, mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət, insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb. Daha sonra yardım məqsədilə 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi də Türkiyə yola salınıb. Eyni zamanda, birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Bakıda, Gəncədə, Naxçıvanda Türkiyəyə yardım məqsədilə toplama məntəqələri yaradılıb. Azərbaycan vətəndaşları könüllü şəkildə bu yardım məntəqələrinə gələrək yardımlarını edirlər. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar da “Qardaş Köməyi” platforması vasitəsilə öz yardımlarını Türkiyəyə çatdırırlar.

Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Türkiyəyə ezam olunmuş azərbaycanlı jurnalistlərə açıqlamasında deyib ki, bu gün Azərbaycan FHN-in Türkiyəyə göndərdiyi humanitar yardım avtomobilləri qardaş ölkənin Kahramanmaraş şəhərinə artıq çatıb: “Avtomobillərin içində çadırlar, çarpayılar, generator və digər ləvazimatlar mövcuddur. Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 725 nəfərdən ibarət xilasediciləri Kahranmaraş şəhərində fəaliyyət göstərirlər. Artıq 5-ci gündür ki, axtarış-xilasetmə işləri həyata keçirilir. İndiyədək xilasedicilərimiz tərəfindın 290-dan artıq meyit, 46 nəfər sağ olaraq dağıntılar altından çıxarılıb”, - nazir müavini vurğulayıb.

Türkiyədə zəlzələdə ölənlərin sayı 6 957 nəfərə çatıb, 38 224 nəfər  yaralanıb

Yeri gəlmişkən, Dünya Bankı Türkiyə üçün 1 milyard 780 milyon dollarlıq yardım ayıracağını bəyan edib. Artıq fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün təxmini dəyərləndirilmə işlərinə də başlanılıb. Dünya Bankı həmçinin, zəlzələdən zərər görmüş insanlara dəstək olmaq üçün 1 milyard dollarlıq yardımın hazırlandığı da bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə zəlzələnin fəsadları ilə mübarizə işində Türkiyə və Suriyaya dəstək olmaq üçün Fövqəladə Hallar üzrə ehtiyat fondundan 3 milyon dollar ayırıb.

Bu arada, Türkiyənin zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşlarını təxliyə edən növbəti avtobus Bakı beynəlxalq avtovağzalına çatıb. 20 nəfərin olduğu avtobus iki gün yol gəlib. Bu dəfə təxliyə olunanlar əsasən Elbistan və Kahramanmaraş bölgəsində yaşayanlarıdır. Onların arasında həm Azərbaycan, həm də Türkiyə vətəndaşları var. Qeyd edək ki, fevralın 10-da Bakıya çatan təxliyə avtobusu sayca səkkizincidir.

Yada salaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. “Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam