Belarus rəhbərliyi Rusiya Prezidenti Vladimir Putinlə nüvə silahlarının Belarusa qaytarılması ilə bağlı danışıqları intensivləşdirib.
Yenixeber.org: Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko xalqa və parlamentinə müraciətində deyib.
“Mövcud şəraitdə və ölkəmiz ətrafında yaranmış hərbi-siyasi vəziyyətdə mən Rusiya Prezidenti Putinlə nüvə silahlarının Belarusa qaytarılması ilə bağlı danışıqları intensivləşdirdim”, - deyə Lukaşenko bildirib.
Xatırladaq ki, Putin bir neçə gün əvvəl Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb.