Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Lukaşenko Rusiyaya yola düşüb

 

Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvaya yola düşüb.

Yenixeber.org: Bu barədə “Pul Pervoqo” teleqram kanalı məlumat yayıb.

“Birinci (Lukaşenko - red.) Moskvaya uçub. Bu gün Belarus prezidentinin Moskva ətrafındakı Ulduzlar şəhərciyində olması gözlənilir. Lukaşenko kosmonavtların təlim mərkəzinə baş çəkəcək”, - məlumatda deyilir.

Daha əvvəl Lukaşenkonun Rusiyaya işgüzar səfəri çərçivəsində Qaqarin adına kosmonavtların hazırlanması üzrə elmi-tədqiqat mərkəzinə baş çəkəcəyi məlum olmuşdu. Ulduzlar şəhərciyində Belarusdan kosmosa uçuş üçün namizədlərin seçimi həyata keçirilir. Belarus prezidenti mərkəzin işi, kosmonavtların seçilməsi və hazırlanması sistemi ilə tanış olacaq, kosmos sahəsində Belarus-Rusiya əməkdaşlığının perspektivlərini müzakirə edəcək.

Dekabrın 26-27-də isə Belarus prezidenti Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam