Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Sovxoz sədrliyindən prezidentliyə…-ARAŞDIRMA

 

                                           

                                     Bir postsovet liderinin hekayəti...

Yenixeber.org: Belarusda keçirilən 9 avqust seçkilərindən sonra xalq kütləvi şəkildə meydanlardadır. Ümummilli tətil elan edilib, əsas şərt isə Aleksandr Lukaşenkonun istefasıdır. “Əbədi” prezident üçün yolun sonu, deyəsən, artıq görünməkdədir.

Xatırlatmaqda fayda var ki, Lukaşenko özü xalqın bu gün tələb etdiyi kimi, dəyişiklik istəyi və tələbləri dalğasında hakimiyyətə gəlmişdi. Bu yazıda onun necə populyarlaşmasından və hakimiyyətə yiyələnməsindən bəhs edirik.

                                             Bir liderin doğuluşu

26 illik prezident təcrübəsi olan Belarus dövlət başçısının Qorbaçovun “Perestroykası”ndan əvvəlki əmək fəaliyyətinə diqqət yetirsək, məlum olar ki, əslində o, sovet fəhlə-kəndli sinfinin elit nomenklaturaya daxil ola bilməyən, amma enerjili və iddialı tipik məmurlarından biri olub. Hərbidə, sənayedə, kolxozda, istehsalatda, kombinatda və digər bir çox sahələrdə bəxtini sınayır, uğura nail olmaq üçün əlindən gələni əsirgəmir, amma mövcud sistemdə heç bir yüksəlişə nail olmayaraq hara gedirsə, ən yaxşı halda direktor köməkçisi olur.

Lukaşenkonun ulduzu Qorbaçovun “Perestroyka”sından sonra parıldayır. “Perestroyka”nın başlaması Lukaşenkonun ilk dəfə sovxoz sədri olmasıyla üst-üstə düşür. Yeni qurulmuş sistemin imkanlarından yararlanmağı hədəfləyən Lukaşenko çökməkdə olan “Qorodeç” (Moqilev əyalətində) sovxozuna sədr təyin olunmasından maksimum istifadə edə bilir. 1988-ci ilin yanvarından etibarən sovxozda ilk dəfə icarə müqaviləsindən istifadə etməklə məhsuldarlıqda ciddi irəliləyişə nail olur. Cəmi iki il ərzində “Qorodeç” sovxozunun məhsuldarlığı 2 dəfədən çox artır, rentabellik 50%-ə yaxın olur, maşın parkı yenilənir, yollar təmir olunur, asfalt və kərpic zavodu fəaliyyətə başlayır. Sovxozun uğurları tezliklə Lukaşenkonun şəkillərinin yerli qəzetlərdə çap olunmasına, haqqında reportajlar hazırlanmasına səbəb olur. Onun fəaliyyəti digər sovxozlara örnək kimi təqdim edilir. Gənc sədr televiziyaya qonaq kimi çağrılır, fəaliyyətindən bəhs edilir, eləcə də digər partiya tədbirlərində tribunaya dəvət olunur. Beləcə, SSRİ-nin son illərində baş verən demokratikləşmə Lukaşenkonu hələlik əyalət səviyyəsində populyaşdırır, onun gələcəkə siyasi karyerasının formalaşmasında mühüm rol oynayır.

1989-cu ildə SSRİ-də ilk dəfə müstəqil xalq deputatları seçkiləri keçirilir. Sürpriz nəticələrdən sığortalanmaq üçün partnomenklatura mənsubları paytaxtdan uzaqlara gedib, gözdən-könüldən uzaq əyalətlərdə namizədliklərini irəli sürmək qərarına gəlirlər. Lukaşenkonun sovxoz sədri olduğu Moqilev əyalətinin Şklov rayonuna isə əyalət rəhbərliyinin məsləhəti ilə heç bir ciddi müqavimətlə üzləşməyəcəyindən əmin olan, BSSR Nazirlər Sovetinin və Respublika Plan Komitəsinin (Qosplan) sədri Vyaçeslav Kebiç təşrif buyurur. Amma Lukaşenko bütün nomenklaturanın kabusuna çevrilir, “Qorodeç” sovxozunda seçki qərargahını quraraq öz namizədliyini irəli sürür. Hiddətlənmiş əyalət və rayon rəhbərliyi bütün ənənəvi metodlardan istifadə edərək ondan namizədliyini geri götürməsini tələb edir, sovxoz sədrliyindən istefa verməsini tələb edir, Lukaşenko isə geri çəkilmir. Əyalətdə namizədlərin təşviqat kampaniyasında Kebiçə hər yerdə yaşıl işıq yandırılsa da, Lukaşenkonun seçicilərlə görüşünə ciddi maneələr törədilir. Onunla görüşə gələn seçiciləri müxtəlif bəhanələrlə işdən azad edir, hədə-qorxu gəlməyə başlayırlar. Şəninə təriflər yağdıran qəzetlər indi onun haqqında qarayaxma kampaniyası aparır, şər-böhtan dolu yazılarla nüfuzdan salmağa səy göstərirlər. Seçkiləri Kebiç 51%, Lukaşenko isə 47%-lə başa vurur. Seçkilərdəki inanılmaz performansı artıq onun həyatında məmurluqdan siyasətçiyə gedən yolun başlanğıc nöqtəsi olur və 1990-cı il seçkilərində deputat seçilməsini təmin edir.

Aleksandr Qriqoryeviç seçki öncəsi platformasında liberal iqtisadiyyatın ölkədə bərqərar olmasını hədəf kimi seçir. Bütün baş verənlərdə yarıtmaz partiya nomenklaturasını, məmurları günahlandırır, özünü korrupsiyanın düşməni elan edir. Təmsil olunduğu parlamentin tribunasından alovlu çıxışlar edərək, ölkəyə indiyə qədər yad olan çağırışlar edir, Nazirlər Şurasının islahatlara əngəl törətdiyini, bütün inkişafın qarşısını aldığını vurğulayır, insanlara seçim şansı tanınmamasından gileylənir. Biraz da irəli gedərək, Belarus Xalq Cəbhəsinin rəmzi olan ağ-qırmızı bayrağı parlamentə gətirir. Bununla da BXC tərəfdarlarının da rəğbətini qazanır.

Lukaşenko parlamentdə özəlləşdirməyə tərəfdar olur, dövlət tərəfindən idarə edilən qurumların effektiv olmamasıyla bağlı çıxışlar edir, bütün yerli qəzetlərə ard-arda müsahibə verir. 1991-ci ildə SSRİ-nin dağılmasıyla Belarusun da öz müstəqilliyinə qovuşmasından sonra dövlət müəssisələrinin özəlləşdirilməsi zərurəti yarandığı dövrdə isə illərdir tərəfdarı olduğu ideyasının əleyhinə çıxır və özəlləşdirmə zamanı digər ittifaq respublikalarında olduğu kimi, iri dövlət müəssisələrinin məmurlara qismət olacağından ehtiyatlanır, bundan sonrakı parlament fəaliyyətini də məhz hökümətlə konfrontasiyada (bəzən əksinə) qurur. Deputat fəaliyyəti boyu o, xalqın müxtəlif təbəqələri arasında xeyli populyarlıq qazanır və onu bu ağır vəziyyətdən çıxaracaq yeganə lider olduğu fikri formalaşdırır.

Lukaşenkonun həyatındakı ən önəmli dönüş nöqtəsi isə parlamentdə qurulmuş korrupsiyaya qarşı mübarizə komissiyasına rəhbər təyin edilməsi ilə başlayır. 1993-cü ilin iyun ayında parlamentdə təsis edilmiş komissiyaya Lukaşenko rəhərlik etdikdən sonra, yenə də ard-arda mətbuata müsahibələr verərək, sensasion faktları aşkar etdiyini, iri məmurların dövlət büdəcisini necə taladığını nəzərə çatdırır, təhdidlərə məruz qaldığını, lakin bundan qorxmadığını, cəmiyyəti silkələyəcək məlumatlar açıqlayacağını vurğulayır. Nəhayət, həmin ilin soyuq dekabr günlərinin birində Ali Sovet Korrupsiyaya qarşı mübarizə komissiyasının səs-küylü hesabatını dinləməyə çıxarır. Lukaşenkonun tələbi ilə iclas ölkə televiziyasında canlı yayımlanır, zala isə onlarla jurnalist dəvət edilir. Lukaşenko pafoslu çıxış edir, lakin faktiki olaraq, heç bir ciddi sübut ortaya qoymadan bütün partiya mənsublarının korrupsiya əməllərində əli olduğunu, 3 ay müddətində komissiyanın yalnız aysberqin görünən tərəfini kəşf etməyə müvəffəq olduğunu deyir. Ən önəmlisi, Ali Sovetdən tələb edir ki, bütün hüquq-mühafizə orqanlarının fəaliyyətinin yoxlanılmasına icazə verilsin. Bununla da, Lukaşenko Prokurorluq, DİN və KQB üzərində nüfuzunun artırılmasını hədəfləyir. Uzun-uzadı müzakirələrdən sonra, 1994-cü ilin yanvar ayında Ali Sovetin sədri Stanislav Şuşkeviç gizli səsvermə ilə postundan uzaqlaşdırılır. Nazirlər Sovetinin sədri Vyaçeslav Kebiç isə bu dəfə mübarizədən salamat çıxaraq, postunu qorumağa müvəffəq olur.

Məruzədən sonra Lukaşenkonun xalq arasında populyarlığı yenidən artır, digər tərəfdən isə partiya rəhbərliyi ilə münasibətlərini korlayır. O, regionlara ard-arda səfərlər edir, yerlərdə əhali ilə görüşür, ölkədə korrupsiyaya son qoyacağını vətəndaşlara şəxsən çatdırır. Elə həmin ilin mart ayında ölkədə prezidentlik institutu təsis edən Konstitusiya qəbul olunur. Bu dəfə prezidentlik uğrunda yarışa şübhəsiz ki, Lukaşenko da qatılır. Rəqiblərindən fərqlənmək üçün illərlə tərəfdarı olduğu ideyalara qarşı çıxsa da, yaratdığı ciddi fiqurlardan ibarət seçki qərargahı, resurslardan düzgün istifadə etməsi ona amansız keçən prezidentlik yarışının ikinci turunda qələbə qazandırır. Demokratiya carçısı, korrupsiyanın amansız düşməni, söz-ifadə azadlığı tərəfdarı, xalqın sevimlisi Aleksandr Qriqoryeviç Lukaşenko 56% səs alaraq 1994-cü ilin iyul ayında ölkənin sükanı arxasına keçir.

                          “Mənim Saşam heç yerdə iki ildən artıq qalmır”

Prezidentlikdən öncə çalışdığı heç bir sahədə iki ildən artıq fəaliyyət göstərməməsi Lukaşenkonun ölkənin prezidenti kimi fəaliyyətinin qısamüddətli olacağına əminlik yaradırdı. Seçkidən sonra həyat yoldaşını özü ilə yaşadığı Şklov rayonundan Minskə  aparmaması barədə isə Belarusda lətifə də qoşmuşdular. Guya həyat yoldaşı həmkəndlilərinin “Saşa səni niyə Minskə aparmadı?” sualına cavab vermişdi ki, “mənim Saşam iki ildən artıq heç yerdə qalmır, qayıdıb gələcək”. Bu dəfə isə Saşa nəinki qayıtmır, əksinə, SSRİ dövründəki sələflərindən qalma “Hakimiyyət – Qəbir evi marşrutu” sindromuna yoluxur.

Hakimiyyətin möhkəmləndirilməsi

Bu gün təsəvvür edilməsi belə çətin olsa da, 1994-cü ildə prezident nəinki hakimləri təyin edir və parlamenti buraxa bilirdi, heç rayon icra hakimiyyəti başçısının da təyin edilməsində rol oynamırdı. Elə buna görə də hakimiyyətə gəldiyi ilk gündən Lukaşenko yerli orqanları özünə tabe etmək cəhdlərinə başlayır. 1995-ci ildə o, Ali Sovetin səlahiyyətlərini əlindən alaraq höküməti özünə tabe etdirir. Konstitusiya Məhkəməsi prezidentin bu sərəncamını qanunsuz sayır. Həmin ildə prezidentin təşəbbüsü ilə keçirilməsi planlaşdırılan referenduma qarşı çıxan bir qrup müxalif deputat parlamentdə oturaq aksiyaya başlayır. Lukaşenko isə onları OMON-un gücünə parlamentdən kənarlaşdırır, vaxtilə özünün təşəbbüsü ilə parlament iclaslarının televiziyalarda canlı yayımlanmasını qadağan edir. 1996-cı ildə ölkədə Konstitusiya böhranı yaşanır. Belə ki, Lukaşenkonun Konstitusiyanı yenidən dəyişdirməyə cəhd etməsi bu dəfə MSK sədri Viktor Qonçarla onu üz-üzə qoyur. Qonçar hazırlanan referendumdan narazılığını bildirir, prezident isə hüquqi əsası olmadığı halda onu vəzifəsindən azad edir. Dövrəyə yenə də OMON girir və Qonçarı iş yerinə buraxmır.

Beləliklə, 1996-cı ilin səs-küylü Konstitusiya dəyişikliyi Lukaşenkonun bütün hakimiyyət qollarına nəzarət etməsinə zəmin yaradır. Hətta Konstitusiyaya görə, onun sərəncamları hüquqi əhəmiyyətinə görə qanundan yüksəkdə dayanır. Lukaşenko bu dəyişiklikləri onunla əsaslandırır ki, əgər əvvəlki qaydada davam edilsəydi, ölkədə heç vaxt siyasi stabillik olmayacaq və bunun da nəticəsində iqtisadi xaos hökm sürəcəkdi.

Prezident olmadan öncə mətbuatın azad fəaliyyət göstərməli olduğu fikrini dəstəkləyən Lukaşenko elə hakimiyyətinin ilk ilindəcə söz azadlığını boğur, jurnalistlərə ya hakimiyyətə loyal olmağı, ya da fəaliyyət göstərməməyi məsləhət bilir.

Ən önəmli məsələlərdən biri isə vaxtilə özünün rəhbərlik etdiyi parlamentin Korrupsiyaya qarşı mübarizə komissiyasının hesabatının mətbuatda dərc olunmasına qadağa qoyması olur. Bundan sonra qəzetlər ağ səhifələrlə dərc olunur, Komissiya sədri istefa verir. Sonrakı illərdə hakimiyyət müxtəlif bəhanələrlə müxalif qəzetləri ya bağlayır, ya da fəaliyyətinə məhdudiyyətlər qoyur. Etirazlara isə daha sərt reaksiyası ilə yadda qalır. Məsələn, 1995-ci ildə avtobus, trolleybus sürücülərinin və metro işçilərinin dinc tətili zamanı Lukaşenko milisi yumşaq davranmaqda qınayır. Tezliklə tətilin bütün liderləri həbs edilir, qalanları isə kütləvi surətdə işdən uzaqlaşdırılır. Növbəti illərdə imzaladığı sərəncamlarla Lukaşenko ölkədə etiraz aksiyasının keçirilməsini ümumiyyətlə, müşkül məsələyə çevirir. Aksiya keçirildiyi gün növbədənkənar fəaliyyət göstərəcək milisə, tibbi personala və digər kommunal xidmət işçilərinə əlavə ödənişin təmin edilməsi üçün aksiya keçirilənlərin müəyyən məbləğ ödəməsi ölkə qanunvericiliyində öz əksini tapır.

                                               Növbəti seçkilər

Əslində növbəti seçkilər 1999-cu ildə keçirilməli olsa da, 96-cı ilin redaktə olunmuş Konstitusiyasını rəhbər tutan Lukaşenko seçkiləri 2001-ci ildə keçirir. Dönəmin MSK sədri Viktor Qonçarın seçkilərin 1999-cu ildə keçirilməsinin tərəfdarı olması Lukaşenko ilə MSK sədri arasında konfliktə səbəb olur. Ölkənin bir sıra tanınmış müxalifətçiləri, jurnalistəri, o cümlədən 1994-cü ildə Lukaşenkonun seçki qərargahında aktiv rol oynamış, ölkənin daxili işlər naziri olmuş, daha sonra istefaya göndərilmiş Yuri Zaxarenko da MSK sədrinin tərəfini tutur. Elə həmin il Qonçar, Zaxarenko və daha bir neçə nəfər müəmmalı şəkildə yoxa çıxır. Onların öldürüldüyünə dair bir çox iddialar səslənsə də, rəsmi olaraq hamısı itkin sayılır və 20 ildir barələrində heç bir məlumat yoxdur.

2001 seçkiləri

Seçkilərə bir ay qalmış Lukaşenko dövlət televiziyası vasitəsilə xalqa müraciət edərək, ölkədə hakimiyyətin güc yolu ilə ələ keçirilməsinə cəhddən danışır. Baş verənlərdə müxalifəti günahlandırır, bundan başqa, xarici kəşfiyyat orqanlarının da bunda maraqlı olduğunu iddia edir.

Nəticədə müxalifətin seçki qərargahında axtarışlar aparılır, bütün mal varlıqlarına əl qoyulur. Müxalifət seçki öncəsi tam neytrallaşdırılır. Seçkilərdə Lukaşenko 76%-ə yaxın səslə qalib gəlir. ABŞ və Aİ seçkilərin demokratik keçirilmədiyini vurğulayır. Bir müddət sonra həbs edilənlər azad edilir.

Seçkiöncəsi verilmiş vədlərdən isə heç biri növbəti seçkilərə qədər həllini tapmır.

                                                  2006 seçkiləri

Lukaşenkonun budəfəki platforması digərlərindən fərqli olur. Platformada iki əsas prinsip yer alır; bürokratiyadan azad olmaq üçün bir pəncərə sisteminin tətbiq edilməsi və ölkə əhalisinin kütləvi şəkildə evlə təmin edilməsi.

Prezident söz verir ki, 2010-cu ildə bütün belaruslar minimum 25 kvadratmetr yaşayış yeri ilə təmin olunacaq, gənc ailələrin 3 il müddətində güzəştli şərtlərlə mənzillər alınmasına şərait yaradılacaq. Bundan başqa, demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün Lukaşenko daha unikal vədlər verir – 5 uşaqlı ailələr 100%, 4 uşaqlı ailələr 50%, 3 uşaqlı ailələr isə 30% hissəsi dövlət tərəfindən qarşılanmaqla mənzillərlə təmin edilməlidir. Dövlət başçısı maaş və təqaüdlərin 2 dəfə artırılacağının da anonsunu verir.

Seçkilərə bir ay qalmış rəsmi orqanlar yenə də hakimiyyətin güc yolu ilə ələ keçirilməsinə cəhd barədə bəyanatlar verir. Bu dəfə də müxalifət günahlandırılır, bir neçə nəfər həbs edilir. Həbs edilənlər isə Gürcüstan və Ukraynada (hər ikisində artıq rejim dəyişmişdi) “hazırlıq” keçdiklərini, seçkilərdən sonra iğtişaşlar törətmək, xalqı küçələrə tökmək, sonra da kütləvi terror törətmək planlarından bəhs edirlər.

Seçkilərdə Lukaşenko 82,6% səs toplayaraq növbəti müddətə Belarus prezidenti seçilir. Həbs edilənlər bir müddət sonra azad edilirlər.

Verilən vədlərdən isə bütün belarusların evlə təmin olunması məsələsi yalnız 2011-ci ildə rəsmi səviyyədə həllini tapmış sayılır. Tikinti materialları qiymətlərinin sürətli bahalaşması fonunda güzəştli əsaslarla mənzillərin tikintisində hökümət ciddi problemlərlə üzləşir və vədlər bir çox hallarda yerinə yetiriıməmiş qalır. 2006-cı ildə ölkədə orta aylıq əməkhaqqı 260 dollar olsa da, növbəti dönəmin sonunda Lukaşenkonun vəd etdiyi kimi ikiqat artmır, yalnız 370 dollar olur. 2010-cu ilin sonunda baş vermiş devalvasiya isə bu göstəriciləri 2006-cı il səviyyəsindən də aşağı salır.

                                                  2010 seçkiləri

2010-cu ildə Moskva ilə yaranan konfliktlərə görə Lukaşenkonun budəfəki seçki platforması əvvəlkilərdən fərqli olaraq, Rusiya Federasiyası ilə dərin inteqrasiyanı prioritet kimi ehtiva etmir. Bu dəfə Belarus Qərblə olan münasibətlərinə də yenidən baxmağı hədəfləyir və istər RF, istərsə də Aİ ilə balanslaşdırılmış münasibətlər quracağını bəyan edir. Əhalinin maddi rifahının artırılması yönündə də cazibədar vədlər verilir. Maaş səviyyəsinin qonşu Aİ ölkələri ilə bərabərləşdirilməsi, çoxuşaqlı ailələrə dövlət vəsaiti hesabına mənzillərin verilməsi, təqaüdlərin artırılması və s. ənənəvi vədlər də seçki platformasında qeyd edilir.

Seçki günü isə saxtakarlığa etiraz edən minlərlə insan küçələrdə etiraz aksiyası keçirir. Lukaşenko yenə də dövlət çevrilişinə cəhd bəhanəsi ilə bütün namizədləri həbs etdirir. Lukaşenko budəfəki seçkiləri də 79,7% səslə tamamlayaraq növbəti müddətə ölkənin prezidenti seçilir. Həbs edilənlərin əksəriyyəti 2012-ci ildə azad edilir. Ənənəvi olaraq ABŞ və Aİ seçkilərin demokratik keçirilmədiyi bəyanatını səsləndirir.

Seçkiöncəsi verilən vədlərdən heç birini yerini yetirmək mümkün olmur.

                                                        2015 seçkiləri

Budəfəki seçki platformasında Lukaşenko daha konkret vədlər səsləndirməyərək, ixracata xüsusi diqqət, məşğulluq səviyyəsinin artırılması və investisiyalar kimi ümumi prioritetlərin elan edilməsi ilə kifayətlənir. Xarici borcun azaldılması da qarşıya qoyulan əsas tapşırıqlardan olur.

Seçkilərə bir gün qalmış isə Belarus xüsusi xidmət orqanları Ukrayna ilə sərhəddə bir qrup gəncin seçkilərdən sonra iğtişaşlar törətmək üçün ölkəyə keçməyə cəhd göstərdiyini “aşkar edir” və onları həbs edir. Hakimiyyət yenə də xarici xüsusi xidmət orqanlarının ölkədə destabillizasiya yaratmaqda maraqlı olduğu barədə təbliğata başlayır.

2015 seçkilərində Lukaşenko seçicilərin 83.5% səsini qazanaraq növbəti dəfə prezidentliyini elan edir. Həbs edilən ukraynalılar geri göndəririlir. ABŞ və Aİ həbs edilənlərin olmamasını əsas götürərək Belarus seçkilərini bu dəfə legitim sayır.

Seçki dönəminin sonunda öncədən verilmiş vədləri yenə də yerinə yetirmək mümkün olmur. Dövlət borcu isə 2015-ci ildəki 12 milyard dollardan 2020-ci ildə 18 milyard dollara çatır.

                                                                 2020 seçkiləri

Budəfəki seçkilərə isə ölkə kifayət qədər xarici borcla və pandemiyanın da ciddi təsir etdiyi ağır iqtisadi durumda gedir. Lukaşenko seçkiöncəsi platformasında ənənəvi vədlərini təkrarlamaqdan yorulmur – maaşların, təqaüdlərin ikiqat artırılması, həyat səviyyəsinin qonşu Aİ ölkələrindəki həyat səviyyəsinə çatdırılması, ölkənin enerji asılılığından xilas olması və s.

Seçkilərə bir neçə gün qalmış yenə də Minskdə əməliyyat keçirilir, “ölkəni qana boyamaq istəyənlər” həbs edilir.

Bu dəfə də Lukaşenko 80% səs “qazanır”, Belarus xalqı isə seçki gecəsi küçələrə tökülür, hər şeyin yalan olduğunu deyir. 2020 seçkiləri BATKA üçün sonun başlanğıcı olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam