Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“ELMƏ, TƏHSİLƏ BAXIŞI DƏYİŞDİRMƏLİ, KÖHNƏ STREOTİPLƏRİ DAĞITMALIYIQ!” –Professor Zahid Məmmədovdan sensasiyalı açıqlamalar

“Azərbaycanı yalnız nefti ilə deyil, həm də elmi ilə dünyada tanıtmalıyıq”

6za

“UNEC-də dünya standartlarına uyğun təmamilə yeni bir model qururlur”

“Elmi adların verilməsində bu gün də davam etdirilən kəmiyyət ölçüləri ləğv olunmalıdır”

“Niyə bizim mili valyuta dəyərdən düşməlidir? İqtisadiyyatın gücü ilə milli valyutanın gücü vəhdətdir”

Yenixeber.org: Son illər Azərbaycanda biliklərə, elmi naliyyətlərə söykənən iqtisadiyyatın qurulması ən çox müzakirə olunan mövzulardan biridir. Bunun üçün universitetlərdə, elmi-tədqiqat mərkəzlərində köklü dəyişiklərin aparılmasının zəruriliyi vurğulanır. Bəs bu sahədə hansı problemlər var, nələrin dəyişməsi lazımdır? Universitetlərimizdə hansı işlər həyata keçirilir və nələr planlaşdıtrılır? Bu və digər suallara cavab almaq üçün tanınmış iqtisadçı alım, iqtisad elmləri doktoru, professor Zahid Məmmədovdan geniş müsahibə götürmüşük. Professor Zahid Məmmədovun “AzPolitika.info”ya müsahibəsini təqdim edirik.

-Zahid müəllim, Siz bu yaxınlarda Polşada İqtisadi Forumda iştirak etmisiniz. İlk növbədə forumla bağlı məlumat vermənizi istərdik. Forum nə ilə bağlı idi, hansı məsələlər müzakirə olunurdu?
– Bəli, Təşkilat Komitəsinin dəvəti ilə “Polşa 28” İqtisadi Forumunda iştirak etmişəm. Foruma 4000-dən çox nümayəndə qatılmışdı. Onların arasında ali dövlət orqanlarının nümayəndələri, o cümlədən Polşanın və Litvanın baş nazirləri, eləcə də bir sıra başqa ölkələrin baş nazir müavinləri, xarici işlər nazirləri iştirak edirdilər. Mövzu da çox maraqlı idi – “Avropa dəyərləri, yoxsa Avropa maraqları”. Çox vacib və aktual bir mövzudur. Avropa dəyərləri və ya Avropa maraqları, hansını seçməli? Çünki artıq Avropada da bu sorğulanmağa başlayıb. Bir ölkə Avropa dəyərlərinə uyğun olaraq yoxlanılaraq? Avropa Birliyinə üzv alınır. Ancaq sonra Avropa Birliyinə üzv olan bəzi ölkələr Avropa dəyərlərini pozmağa başlayırlar. Eyni zamanda Avropa dövlətləri müxtəlif ölkələrlə dostluq və əməkdaşlıq edir. Bu zaman öz maraqları uyğun gəldikdə həmin ölkələrlə əməkdaşlıqda Avropa dəyərlərini ikinci plana atırlar. O zaman biz hansı Avropa dəyərlərindən danışa bilərik? Hansı ki, bu dəyərlərə ilk növbədə insan haqları, demokratiya, qanunun aliliyi, korrupsiyaya qarşı mübarizə, ictimai nəzarətin gücləndirilməsi kimi məsələlər daxildir. Bu Avropa dəyərləri Avropa Birliyinin Konstitusiyasında da öz əksini tapmışdır. Amma buna baxmayaraq görürük, bəzi hallarda müəyyən ölkələrə münasibətdə çox təəsüff ki, maraqlar dəyərləri üstələyir. Biz bu ətrafda müzakirələr apardıq. Məın Forum çərçivəsində “Şərqi Tərəfdaşlıq Proqramı böhrandamı? Avropa birliyi bu ölkələrə nə təklif edə bilər?” adlı paneldə məruzə ilə çıxış etdim. Bizim panelin moderatoru Polşanın xarici işlər naziri, Şərq Tərəfdaşlıq Proqramının direktoru Jan Hofmokl idi.

Müzakirələr sırasında mən ona söylədim ki, baxın qarşımda Ermənistanın nümayəndəsi oturub.Orada Ermənistandan bu ölkənin Strateji Mərkəzinin direktoru iştirak edirdi.Dedim ki, Avropaya 500 mindən çox miqrant gəlib deyə bunu problem olaraq gündəmə gətirirsiniz, insan haqlarından danışırsınız. Ancaq Ermənistanın təcavüzü nəticəsində 25 ildən çoxdur ki, Azərbaycan torpaqları işğal altındadır, ərazi bütövlüyümüz pozulub, ölkədə 1 milyondan yuxarı qaçqın var və bu insanların haqları kobud şəkildə tapdanır, Siz bunlara təpki göstərmirsiniz. Və Ermənistan da eyni zamanda Şərq Tərəfdaşlıq Proqramının üzvüdür. Bu necə ola bilər ki, bir ölkə partnyor ölkənin torpaqlarını işğal edir, Avropa dəyərlərini heçə sayır, ancaq ona qarşı heç bir etiraz bildirilmir? Bu nə dərəcədə doğrudur?

Mən hələ o vaxt yazılarımda demişdim ki, Ermənistan uçan bir təyyarəyə bənzəyir. Hansı ki, o təyyarəni piratlar ələ keçirib, içərisindəkiləri də girov götürüb. Yəni, Sarkisyan kimi, Köçəryan kimi piratlar, terroristlər Ermənistanda hakimiyyəti ələ alıblar, erməni xalqı da onların girovuna çevrilib. Bunu Paşinyan da indi ifadə edir. Ermənistanda açılan faktlar göstərir ki, bunlar terroristlər olublar. Onlar nəinki Aərbaycanda terror əməliyyatları həyata keçiriblər, eyni zamanda, öz xalqına qarşı da oxşar əməlləri törədiblər. Ancaq çox təəsüf ki, biz indiyə gədər Avropa Birliyindən bunlara qarşı sərt mövqeni görə bilmirik. Terroristlər Avropa dövlətlərinin rəhbərləri ilə eyni masada otururlar. Budurmu Avropa dəyərləri? Bu cür məsələr ətrafında müzakirələrimiz oldu.

7za
- Professor, Forumda iqtisadi sahədə hansı məsələlər müzakirə olundu? Azərbaycanın Avropa iqtisadiyyastına inteqrasiyası ilə bağlı məsələlərə toxunuldumu?

– Əlbəttə, iqtisadi sahədə də bir çox məsələlər müzakirə olundu. Forumda 4 istiqamətdə müzakirələr aparıldı: birincisi, dövlət idarəetmə sistemi; ikincisici, iqtisadi inteqrasiya və azad iqtisadi zona; üçüncüsü, enerji təhlükəsiliyi; dördüncüsü,insanlar arasındaki münasibətlər. Bu 4 mövzuda geniş müzakirələr apardıq. Təbii ki, həm ümumilikdə, həm də hər bir istiqamət üzrə ayrılıqda Azərbaycanla bağlı da müzakirələrimiz oldu. Baxdığımızda Azərbaycan hazırda dövlət strukturunda aparılan islahatlara görə, Qafqazda birinci sıradadır. Müxtəlif sahələrdə bu islashatlar həyata keçirilir və mən bu haqda Forum iştirakçılarını məlumatlandırdım.

Eyni zamanda ikinci istiqamət üzrə müzakirələrdə bildirdim ki, Azərbaycan Avropa Birliyinə daxil olan ölkələrlə çox sıx əməkdaşlıq edir, Avropa iqtisadiyyatına inteqrasiyamız getdikcə dərinləşir. Bu zaman mənə sual verildi ki, niyə Azərbaycan Avropa-Şərq Tərəfdaşlığı Proqramı Çərçivəsində Azad İqtisadi Zonanın üzvü deyil? Mən də bu suala polşalı nazirdən sitat gətirərək cavab verdim. Belə ki, Forum zamanı polşalılar nazirə sual verdilər ki, belə bir toplantını təşkil etməyiniz nə ilə bağlıdır, probleminiz nədir? O, problemin Polşa brendini hələ dünyaya yaxşı yaya bilmədikləri olduğunu dedi. Bildirdi ki, biz istəyirik Almaniya kimi, Koreya kimi brendlərimizi dünyada tanıdaq. Mən də bunu sitat gətirərək, dedim ki, baxın, siz bunun sıxıntısın bu gün yaşayırsız. Biz isə artıq “made in Azerbaijan” brendi yaratmışıq və bunu bütün dünyada tanıtmağa çalışırıq. İstəyirik ki, Azərbaycanın özünün brend məhsulları olsun, dünya bazarında rəqabətə davam gətirsin. Buna görə də yerli istehsalı qorumaq, gücləndirmək istəyirik. Təbii ki, bu fikirlərimi çox bəyəndilər. Bizi Ümumdünya Ticarət Təşkilatına dəvət etdilər. Mən bildirdim ki, biz ora güclü olaraq daxil olmaq arzusundayıq və bu sahədə ciddi çalışmalar həyata keçirilir. Onlar bunu çox müsbət qarşıladılar.

Ücüncü istiqamət, yəni enerji təhlükəsizliyi sahəsində müzakirələrdə də Azərbaycana diqqət böyükdür. Çünki enerji təhlükəsizliyində Azərbaycan Avropanın ən yaxın partnyorudur. Mən də çıxışımda bu barədə çox geniş məlumat verdim. Bildirdim ki, Azərbaycan Avropanın enerji təhlükəsizlik prosesində yaxından iştirak edir. Hazırda həyata keçirilən bir çox enerji və nəqliyyat layihələri, o cümlədə TAP, TANAP, Bakı-Tbilisi-Qars buna örnəkdir.

Dördüncü istiqamət üzrə – insanlar arasındakı əlaqələrə dair müzakirələrdə bildirdim ki, bu gün istənilən Azərbaycan vətəndaşı Avropaya sərbəst şəkildə səfər edə bilir. Avropada çoxlu azərbaycanlı tələbələr oxuyur. Mən dedim, baxın, görün nə gədər azərbaycanlı tələbələr burda iştirak edir. Orda Harvard Universitetinin məzunları vardı, çox savadlı gənclər idi. Onlar dedilər ki, biz bu cür tanınmış universitetlərin məzunu oluruq, amma ölkəmizdə iş tapa bilmirik. Biri Ukraynadan idi, biri isə Moldovadan. Mən onlara dedim ki, Harvard və ya Oksfordda təhsil almış gənclərə UNEC-də böyük imkanlar yaradılır. Qloballaşmış dünyada, qloballaşmanın özəlliyi artıq insan kapitalının sərbəst gedib-gəlməsidir. Siz məhz işləmək istəyirsinizsə, Azərbaycanda bunu üçün bütün imkanlar var, gəlib UNEC-də işləyə bilərsiz. Hazırda bir neçə gənc artıq Azərbaycanda işləmək istəklərini bildirmişlər. Bundan əlavə qeyd edim ki, oktyabr ayında Şərq Tərəfdaşlıq Proqramın Polşa üzrə xarici işlər departamentinin direktoru, həmçinin Estoniya üzrə Şərq Tərəfdaşlığı Proqramının koordinatoru, Xarici İşlər Nazirliyinin məsul şəxsi Bakıya səfərə gələcək. Və biz UNEC-də böyük bir toplantı keçirəcəyik.

Bundan əlavə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində burada bir Şərgi Avropa Araşdırma Mərkəzi adlı akademik mərkəzi qurmaq niyyətindəyik. Bu sahədə çalışmalar gedir və biz də bu işə öz tövhəmizi vermək istəyirik. Mən Forumda məsələ qaldırdım ki, Şərq Tərəfdaşlıq Proqramına üzv olan ölkələr haqqında heç bir tədqiqat, məlumat kitabçası yoxdur. 6 ölkə – Ukrayna, Moldova, Belarus, Azərbaycan, Ermənistan, Gürcüstan bu Proqramın üzvüdür. Ancaq bu 6 ölkənin iqtisadiyyatı haqqında, geniş məlumat yoxdur. Mən təklif etdim ki, gəlin elə burda hər ölkənin öz iqtisadiyyatı haqqında məlumat hazırlamasını qərara alaq. Biz gələn il növbəti foruma kitabla gələk. Çünki bir var ölkə haqqında fikir söyləyəsən, bir var rəsmi yayımlanmış əsərlər olsun. Bu təklifim bəyənildi. Polşa İqtisadi Araşdırma İnstitutunun Qafqaz reqionu üzrə direktoru, hörmətli Mikolaj bu barədə işlər aparılacağını bildirdi. Yaxın müddətdə artıq bu 6 ölkənin iqtisadiyyatı haqqında 3 dildə-polyak, ingilis və rus dilində böyük bir kitab yayımlanacaqdır.

3 za
-Zahid müəllim, Siz eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in Elmi fəaliyyətinin təşkili və idarə olunması Departamentinin rəhbərisiz. Bununla bağlı bəzi suallarımız olacaq. İlk növbədə, bilirik ki, Siz dünyanın bir çox ölkələrinin elmi mərkəzlərində, universitetlərində olmusuz, elmi seminarlarda mühazirələr oxumusuz. Azərbaycan elminin dünya elmi arasında yerini harda görürsünüz? Elmimizin bugünki səviyyəsini, bugunki durumunu qənaətbəxş hesab etmək olarmı?

– Bilirsiz, elm daim inkişaf edən, inkişaf tələb edən bir sahədir. Azərbaycanda da bu sahədə ciddi işlər həyata keçirilir. Bir neçə il əvvəl “Elm haqqında” qanun gəbul olundu. Bu sahəyə dövlət səviyyəsində diqqət artırılıb. Ancaq problemlər də var. Baxın, bizim nazirliklər, komitələr, hətta sıradan idarələr belə “elmi konfrans”, “elmi seminar” adı ilə nə gədər tədbirlər keçirir. Amma bu konfrasların nəticəsi necədir? Hanı nəticə, bunula maraqlanan varmı? Halbuki, əsas nəticə olmalıdır. Elmi konfransın da, tədqiqat fəaliyyətinin da nəticəsi olmalıdır. Bilirsiniz, sovet dönəmində biz özümüz yazırdıq, özümüz oxuyurduq. Və düşünürdük ki, böyük elmi işlə məşğuluq, yetərincə əsərlərimiz var və sair. Bu gün də eyni düşəncəni davam etdirmək istəyənlər var.

Amma artıq dünya dəyişib. Sizin elmi-tədqiqatın nəticələri kommersiallaşmalıdır, yəni eyni zamanda bir dəyər qazanmalıdır, gəlir qətirməlidir. Bu yoxdursa, deməli elmi-tədqiqatınız heç bir əhəmiyyət daşımır. Biz də elmi fəaliyyətin nəticəli olmasına çalışmalıyıq. Əlbəttə, burada tarixi ənənələrin də rolu var. 100 milyonlarla ölçülən nüfuzu olan ölkələr var ki, onlarda elmi-tədqiqat işləri yox səviyyəsindədir. Ancaq nüfuz sayı elə də çox olmayan ölkələr var ki, elmi tədqiqatlarının, patentlərinin sayına görə ön sıralardadır. Məsələn, Niderland. Fransızlar Niderlandı işğal edəndə bu ölkə əhalisinin Napoleondan ilk istəyi şəhərdə bir universitet qurulması olub. Türkiyədə bütün seçkilərdə seçimə girən adaylar regionlarda əhali ilə görüşərkən ilk növbədə həmin şəhərdə universitet açacaqlarını vəd edirdilər. Bu gün Türkiyənin bütün şəhər və illərində universitetlər var. Bu cox önəmlidir. Universitet beyin mərkəzidir, fikir polisidir. Ancaq təbii ki, Universitet də günün tələblərilə cavab verməlidir. Bu gün biz universitetlərə, elmə, təhsilə köhnə baxışı dəyişdirilməliyik.

Bu kontekstdə İqtisad Universitetində dünya standartlarına uyğun təmamilə yeni bir model qururlur. Artıq müəyyən uğurlar da əldə edilib. UNEC liberal bir universitetdir, azad düşüncəyə, demokratik dəyərlərə önəm verən, ictimaiyyətə açıq bir elmi- təhsil müəssəsidir. İqtisad Universiteti ictimaiyyətin bütün nümayəndələrinə qapılarını açıb. Universitetdə keçirilən elmi tədbirlərdə hər kəs yaxından iştirak edə bilər. UNEC cəmiyyətimiz üçün güclü ekspertlər yetişdirir. Bu gün televiziyalara, KİV-lərə baxsaq, artıq UNEC ekspertlərinin fikir olaraq proseslərlə iştirak etdiyini görərik. Strateji Yol Xəritəsinin müxtəlif istiqamətlərinin müzakirəsində da alimlərimiz yaxından iştirak edir.

Yeri gəlmişkən, noyabr ayında Strateji Yol Xəritəsinin əlalqədar UNEC-də böyük tədbir keçiriləcəkdir. Bu tədbirdə professor-müəllim heyəti Strateji Yol Xəritəsində nəzərdə tutulan məsələlərin icrasıyla əlagədar həyata keçirdikləri elmi-tədqiqat işlərinin nəticələri haqqında öz hesabatlarını verəcəklər. Yəni, hesab edirəm ki, ölkədə elmi inkişaf gedir. Ancaq sadəcə bir qədər düşüncəni dəyişmək gərəkdir. Ən böyük problemlərimiz hələ də köhnə streotiplərdən qurtara bilməməyimizdir. Sovetdən qalan bəzi anlayışlar dəyişməlidir, köhnə streotipləri dağıtmalıyıq. Əvvəllər sovet dönəmində insanlar kitab yazırdı və bu kitablardan professor elmi adı alması üçün istifadə edirdilər. Kitablarda da heç bir elmi yenilik olmurdu. Hələ də bunu davam etdirirlər.

Ancaq gəlin sual verək, bu gün o yazılmış dərslikləri, dərs vəsaitlərini oxuyan varmı? Əgər bunun oxucusu yoxdursa, o kitabların yazılmasının nə mənası var? Bu gün kitablar elmi-tədqiqatın nəticələrinə görə yazılmalıdır. Təəsüflər olsun, bizdə elmi adların və elmi dərəcələrin verilməsində hələ də köhnə qaydalar hökm sürür. Sovet dövrümdən qalan əsasnaməyə uyğun olaraq elmi adlar verilir. Ordada tələb qoyulur ki, bu qədər tədris vəsaitləri, bu qədər məqaləsi və sair olmalıdır. Bu çox üzücü bir haldır. Dünyada artıq belə şeylər yoxdur.

İnsanın 1 məqaləsi ola bilər, amma onun elmi dəyəri çox yüksək olar, ona edilən istinadlar minlərlə ola bilər. Ancaq 10 dənə kitabı, 50 dənə məqaləsi olan alimlər var ki, əsərlərinin heç bir elmi əhəmiyyəti yoxdur. Bu gün kəmiyyət yox, keyfiyyət önəmlidir. Ona görə də elmi adların verilməsində bu gün də davam etdirilən kəmiyyət ölçüləri – 20 dənə məqalən olmalıdır, 3-4 dənə dərs vəsaitin və sair kimi tələblər ləğv olunmalıdır. Elmi adların verilməsində də, tədris yüklərin bölgüsündə də universitetlərə müstəqilik verilməlidir. Sovet dönəmindəən qalan başqa bir problemə də diqqəti cəlb etmək istəyirəm. Tədris yüklərin bölgüsü haqqında bir təlimat var. Burda deyilir ki, ali məktəb müəllimlərinin toplam dərs yükünün 60% aktiv dərs yükü olmalıdır, yəni auditoriyaya girməlidir. Sual verilir, doktorantla işləmək, elmi-pedaqoji kadr hazırlamaq aktiv yük deyilmi? Professor elmi-pedaqoji kadr hazırlamalıdır, yoxsa gedib dərsdə oturmalıdır? Axı hər kəsin funksional vəzifəsi var. Və bu funksional vəzifələri dəyişmək gərəkdir. Bu rektorun səlahiyyəti çərçivəsində olması gərəkdir. Hər bir ali məktəbin öz şeçimi olmalıdır. Rektorun, universitet rəhbərliyi özü müəyyənləşdirməlidir ki, hansı müəllim tədqiqat aparacq, hansı müəllim tədrislə məşqul olacaq. Təbii ki, bu kimi məsələlər bəzi hallarda elmi-tədris fəaliyyətinə problemlər yaradır.

4za

- Həqiqətən dediyiniz məsələlər cox ciddi problemdir. Elmi adların verilməsinin bu qədərə kəmiyyət göstəricilərinə bağlanması Azərbaycan elminin inkişafını ləngidən bəlkə də ən ciddi problemlərdən biridir. Eyni zamanda aktiv dərs yükünün cox olması alimlərimizi elmi tədqiqat aparmaq imkanından məhrum edir. Habuki universitet yalnılz tədris ocağı deyil, həm də Elmi-tədqiqat Mərkəzi olmalıdır. Bilirik ki, professor Ədalət Muradov rektor təyin olunduqdan sonra İqtisad Universitetinin tədqiqat universitetinə çevrilməsi istiqamətində işlər gedir. Burda hansı məqsəd güdülür? Hədəfiniz nədir?

– Bizim hədəfimiz aydındır. Hörmətli rektorumuz, professor Ədalət müəllimin yaxşı bir sözü var: “Tədqiqat aparmayan universitet universitet deyil, texniki-peşə məktəbi ola bilər”. Bizim də hədəfimiz dünyada elmi tədqiqatları ilə tanınan bir univeritet yaratmaqdır. İkincisi, biz diplomların sayı çox olan deyil, diplomları dünyada tanınan bir universitet qurmaq istəyirik. Biz görürük ki, bəzi rektorlar rəhbərlik etdiyi universitetin 35 min, 40 min, 50 min tələbəsi olması ilə fəxr edir. Bu gülüncdür. Tələbə diplomunun sayının çoxluğu hələ həmin universitetin yaxşı olması demək deyil. Sizin universitetin elmi-tədqiqatlarının keyfiyyəti necədir, cəmiyyətin inkişafında rolu nə qədərdir?

Bizim məqsədimiz məhz elmi-tədqiqatı cəmiyyətin, dövlətin inkişafına xeyir verən, elmi-tədqiqatları ilə dünya elminə töhfələr verən bir universitet yaratmaqdır. Məqsədimiz professor-müəllim heyətinin apardığı elmi-tədqiqat işlərinə şirkətlərin, real sektorun, dövlətin maraq göstərməsini təmin etməkdir. Qrantlar hesabına aparılan elmi-tədqiqat işlərinin sayını artırmaqdır. Bununla bağlı hazırda bizdə 40-a yaxın elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. Hətta Ermənistan Araşdırma Mərkəzi də var bizdə. Biz artıq bilavasitə Ermənistanın erməni dilində olan qaynaqlarını, mənbələrini araşdırır, Ermənistan haqqında bilgiləri birinci əldən əldə edə bilirik. Ermənistanla bağlı real iqtisadi təhliləri xarici ölkələrə də sata bilərik.

Yəni, artıq dünya dəyişib, tələblər dəyişib. Biz də əgər bu tələblərə cavab vermək istəyiriksə, elmi fəaliyyətimizi gücləndirməliyik. O zaman dünyadakı beyin mərkəzlərindən UNEC-ə sifarişlər veriləcəkdir. Onu da qeyd edim ki, hazırda yeni bir jurnal təsis edirik – “Экономика стран прикаспийского региона” adında. Yəni, “Xəzəryani ölkələrin iqtisadiyyatı”. Bu da rektorumuz Ədalət müəllimin təşəbbüsüdü. Azərbaycanda Xəzəryani ölkələr arasında imzalanan müqavilədən sonra biz belə qərara gəldik ki, bu ölkələrin özünün bir elmi-tədqiqat jurnalı olsun.Bunu bizdən “Thomson Reuters” agentliyi də xahiş edib. Onlar dedilər ki, Xəzəryanı ölkələrin iqtisadiyyatları haqqında bilgilər azdır. Hazırda bizə Qazaxıstandan, Türkmənistandan, Rusiyadan müraciətlər daxil olur, bu jurnalın təsisatı prosesi gedir. İnanıram ki, bizim jurnal beynəlxalq elmi bazaya da daxil ediləcəkdir.

2za

- Zahid müəllim elmi işlərin müdafiə olunmasında da ciddi bürokratik maneələr, üzücü prosedurlar var. Bəzən bir elmi işi yazıb müdafiə edənə qədər illər keçir, həmin işin aktuallığı da itir. Bu uzun, üzücü prosedurlara görə, bir çox insan elmi fəaliyyətdən qaçır. Bu sahədə hansı dəyişikliklərin edilməsini zəruri sayırsınız?

– Burda da ciddi dəyişiklik etmək lazımdır. Problemin həlli üçün bütün səlahiyyətlər universitetlərə verilməlidir. Elmi adların verilməsi də universitetlərdə olmalıdır. Dissertasiyasa müdafiə prosesi cox yorucudur, kafedrada müzakirə olunur, sonra gedir seminara, sonra Müdafiə Şurasına. Beləcə illər keçir. Bəzən, gənc alim elmi işi hazır olduqdan sonra 2-3 il prosedurlara vaxt sərf edir… Bu nəyə lazımdır?Dünyada olduğu kimi universitetlərin nəzdində jurilər olmalıdır, özləri qərar verməlidirlər. Bu zaman universitetlərin də markası olacaq. Elmi adın hansı universitetdə alınması önəm daşıyacaq. Qoy özəl universitetlər də kimə istəyir elmi ad vesin. Amma o markanı əmək bazarı qəbul edəcəkmi? Kiməsə elmlər doktoru adı verilməsindən qorxmaq lazım deyil. O əgər həqiqi alim deyilsə, adı heç kimə lazım olmayacaq.

Artıq sürətli bir dünya gəlir, ona görə sürətlənmiş dünyada elmi-tədqiqat işləri də çox qısa müddətdə dəyərləndirilməlidir.Yoxsa Sizin dediyiniz kimi, adam tədqiqat aparıb, gözəl nəticələr əldə edir. Amma prosedurlar o qədər vaxt aparır və o gədər sürətlə iqtisadi dəyişikliklır gedir ki, müdafiəyə çıxanda deyirlər rəqəmlərin köhnədir. Tədqiqat ona görə köhnəlir ki, vaxtında dəyərləndirilmir. Ona görə Azərbaycanda da dünya universitetlərinin təcrübələri tətbiq edilməlidir. UNEC bu sahədə də yeniliklər etməyə hazırdır. Hazlrda 40 mərkəzimiz var, hansı ki, sirf tədqiqat işləriylə məşqul olacaq. Müəllimlər qarşısında 2 seçənək olacaq: ya tədqiqat mərkəzlərində işləmək ya da tədris fəaliyyətilə məşğul olmaq. Bəziləri hələ də bunu qəbul etmək istəmir. Amma bu, zamanın tələbidir. Kafedralarımız var ki, ordakı professorlar yaşlanıb, böyük bir məktəb keçib, özündən sonra həmin elmi məktəbi davam etdirəcək adamlar yoxdur. Bax bu çox vacib problemdi. Biz elmi məktəblər yaratmalıyıq. Əgər sənin məktəbin yoxdursa, vizit kartına professor ünvanını yazmağa nə mənası var? Yəni, çox şeyi dəyişmək lazımdır.

-Professor, ictimaiyyəti narahat edən məsələlərdən biri də, bizim universitetlərdə verilən tədrisin daha çox praktikliyinin çatışmamasıdır. Məsələn tələbə universitetdə mühasibat uçotu üzrə təhsil alır, ancaq işə girmək üçün kursa getməli olur. Bu problemin həlli üçün hansı işlər görülür?

– Bizi də bu problem çox düşündürür. Doğurdan da inanılmaz bir haldır ki, tələbə bilgisayar mühəndisliyində oxuyur, sonra da hansısa proqramları öyrənmək üçün “podvala” düşür . Həmin “podvalda” da elmi adı, elmi dərəcəsi olmayan bir adam ona kurs keçir. Və ya dediyiniz kimi cox üzücü bir məsələdir ki, ingilis dilinə biz bu qədər pul ayırırıq, təhsil haqqı hesabına böyük bir ingilis dili müəllimi ordusunun saxlanmasına pul ayırırıq, nəticəsi görünmür. Tələbə, əgər kursa gedəcəksə, universitetdə bu dərs niyə verilirr? Buna görə UNEC-də tədrisdə kökündən dəyişiklik edilir. Hazırda sırf beynəlxalq attestasiya proqramlarını, sertifikasion proqramları keçmiş insanlar tədris prosesinə cəlb olunur.

Ayrıca olaraq bu gün İqtisad Universitetində Biznez Əməkdaşlıq Şurası fəaliyyəti göstərir. Bizim Azərbaycan Sahibkarlar Konfederasiyasıyla müqaviləmiz var. Memorandum imzalamışıq. Ona uyğun Ədalət müəllimin təşəbbüsü ilə tələbələrin praktikasına rəhbərlik şirkətlərin, dövlət təşkilatlarının təyin etdiyi şəxslərə verildi. Bəlli müddət keçdi, tələbələrin çoxu praktikadan əla qiymət aldılar. Bununla belə həmin şirkətlərə rəhbərlik edənlər bəzi hallarda deyirlər ki, savadlı kadr problemi var. Sual olunur, onda niyə onlara beş yazırsınız?. Sizə etibar etdiyimiz tələbələrə “5” yazırsızsa, sonra savadlı kadr problemi olduğunu demək, nə qədər doğrudur? Ona görə bu gün həm tədrisdə, həm praktikada ciddi dönüş yaradılıb. Artıq praktikanın nəticələrini və yekun qiymətləri UNEC–də Biznes Əməkdaşlıq Şurasiyla birlikdə yarıdılan komissiya verir. Bilavasitə artıq praktikanın real sektorda keçilməsi üçün bütün imkanlar yaradılmışdır. Ədalət müəllim həmçinin bildirib ki, tələbələri göndərdiyimiz iş yerləri desələr ki, bizə uyğun deyil, onları yenidən hazırlmalıyıq. Biz tələbələrimizi yenidən sizin tələblərə uyğun hazırlamağa hazırıq. Çox maraqlı bir layihədir. Təcrübə göstərir ki, UNEC-in tələbələri əmək bazarında işlə təmin olunur və böyük bir tələbat var. UNEC-in diplomu bu gün artıq bir brend halına gəlmişdir. Biz özümüzü dünya standartlarına uyğun hazırlıyırıq. Əsas məqsədimiz artıq beynəlxalq əmək bazarının tələblərinə uyğun kadr hazırlamaqdır.

zahid 1
- Zahid müəllim, bəs şirkətlərin, dövlət təşkilatlarının özlərinin universitetlərdə aparılan elmi tədqiqatlara maraqları necədir? Dünyanın bir çox ölkələrində elmi tədqiqatları böyük ölçüdə iş dünyası, şirkərtlər maliyyələşdirir. Bizdə tədqiqatların maliyyələşməsində şirkətlər, dövlət təşkilatları iştirak edirlərmi? Hansısa sahədə tədqiqat aparılması üçün sifarişlər verirlərmi?

– Çox təəsüf ki, dediyiniz məsələ biizdə hələlik problem kimi qalır. Bilirsiz ən böyük problem nədir? Sovetdən qalma bir sistem var- bütün nazirliklərin, komitələrin, birliklərin özünün Elmi Tədqiqat İnstitutları var. Dünyada belə şey yoxdu. İstənilən nazirlik özünə bir Elmi Tədqiqat İnistitutu, Universitet açır. Buna nə ehtuyac var? Mən anlamıram, sizin funksional vəzifəniz nədir? Məyər sizin vəzifəniz kadr hazırlamaqdır? Siz bu kadrları universitetlərdən ala bilərsiniz. O universitetlərin, elmi-tədqiqat mərkəzlərinin yaradılmasına, saxlanmasına ayırdığınız pulu bizə verin, Sizə lazım olan tədqiqatları aparaq. Yəni, qrant müsabiqəsi elan edin, biz gələk, başqası gəlsin, siz də dəyərləndirib, seçin. Belə olmalıdır. Yoxsa sən özün struktur yarat, ona hər ay pul ayırır və ortada heç bir səmərə də olmasın. Ehtiyac varmı? Mən hesab edirəm, Maliyyə Nazirliyi bu məsələni diqqətə almalıdır. Artıq Azərbaycanda bu prosses yenidən baxılmalıdır. Bunun üçün universitetlər var. Biz universitetlərin güclənməsin istəyirik, burda da tədqiqat olmasını istəyirik. Amma o tədqiqatlara təlabat da olmalıdır. Buna görə də nazirliklər, şirkətlər universitetlərə sifariş verməlidir. Mən anlamıram, nazirlik niyə elmi-tədqiqatla məşqul olmalıdır? Bütün tədqiqatları universitetlərə qaytarmaq lazımdır. O ayrılan vəsaitlər də universitetlərə yönəldilməlidir.

-Özəl şirkətlərin necə, elmi tədqiqatlara marağı varmı?

– Artıq iş adamları tədqiqatılara maraq göstərməyə başlayıb. Məsələn, Azərbaycan Banklar Birliyinin sədri hörmətli Zakir müəllim Nuriyev kredit borclanması haqqında güclü tədqiqat işinin lazım olduğunu bildirib. Buna görə, vəsait ödəməyə hazırdılar. Azərbaycan Sığortaçılar Assosiasiyasının prezidenti hörmətli Mustafa Abbasbəyli ilə bərabər bizim universitetdə UNEC Sığorta Məktəbi açdıq. Biz artıq onlarla bərabər sığortaşılar hazırlayacağıq. Baki Fond Birjasi bizdə laboratoriya açır. Burda fond bazarı və sərmayə-kapital bazarı mövzusunda çox ciddi təlimlər nəzərdeə tutulub. Yəni, artıq belə tələblər yaranır, biz hazır olmalıyıq. Bu sahədə də işlər davam edir, təlimlərə başlamışıq. Sadəcə, işi genişləndirmək gərəkdir. Bizim qarşımızda böyük hədəflər var və bu hədəfləri reallaşdırmaq üçün fəaliyyətimizi davam etdirəcəyik.

-Zahid müəllim, Siz həm də bank sahəsi üzrə tanınmış mütəxəssisisiz, maliyyə sahəsində tədqiqatlarınız, kitablarınız var. Bu gün Azərbaycanda bankların bir sıra istiqamətdə ciddi problemlərlə qarşılaşdığı bildirilir. Siz necə bilirsiz, bu problemləri necə həll etmək olar?

-Mən dəfələrlə demişəm, bankların sağlamlaşdırılması üzrə proqram hazırlanmalıdır. Çox adi bir şeydir. Sağlamlaşdırma üçün hansı addımların atılmalı olduğu müəyyənləşdirilməlidir. Birincisi, “xəstə” banklar müəyyən olunmalı, “xəstəliyinin” müalicəsi artıq mümkün olmayan banklar bağlanmalıdır, bütünlüklə yox olmalıdır.İkincisi, bank “xəstədir”, ancaq müalicəsi mümkündür, biz onun sağlamlaşdırması üçün addımlar atmalıyıq. Üçüncüsü, güclü banklar, sağlam sistemli bankların daha da güclənməsi, daha da formalaşması, inkişafı üçün müvafiq addımlar atılmalıdır. Bu 3 çərçivədə qarşımıza qoyduğumuz istəlinən məsələni həll etmək olar. Məsələn, bu gün Rusya “xəstə” universitetləri ya bağladı, ya sağlama birləşdirdi. Bu sistemi uyqulayaraq, təhsili gücləndirdi. Mən hesab edirəm bankaçılığa da bu sistemi gətirmək lazımdır.

Mən bu barədə dəfələrlə yamışam, demiişəm, ancaq diqqətə alınmır. Hörmətli İsmayıl müəllim, bilirsiz, problem nədir? Mən Türkiyədə bir məqalə yazdım, 1996-cı ildə “Kapital” dərgisində yayımlandı. Mən orda Orta Asiyanın bankaçılıq sistemindən yazmışdım. Mənə qısa müddətdə 32 bankdan məktub gəldi. Mənimlə görüşmək, fikirlərimi öyrənmək istəyirdilər. Bütün banklar məndən Orta Asiyanın bank açmaq üçün analizlər istəyirdilər. Hətta mənə maliyyə ayıraraq, Orta Asiya ezamiyyətə göndərdiləır ki, onlar üçün lazımı məlumatları hazırlayım. Eynilə Rusiyada dərc olunan məqalələrimə də 10 dəqiqədən sonra reaksiya alıram. Ancaq burda nə deyirsən, nə yazırsan, heç bir reaksiya görmürsən. Hətta Azərbaycanda dərc olunan yazılarımıza da, Türkiyə şirkətləri reaksiya verir. Mən bankçılıqla əlaqədar kitablar yazdım, nə gədər məqalələrim dərc olunub, heç bir reaksiya yoxdur. Bu o deməkdir ki, bankların problemi yoxdur. Problem varsa, problem sahibi deməlidi axı… Hörmətli İsmayıl müəllim, Siz deyirsiz bankçılıqda problemlər var. Mən inanmıram problem olduğuna. Problem olsa deyərdilər. Mən problemi onda görürəm ki, elmi tədqiqatlara diqqət zəifdir. Problemi onda görürəm ki, bu sahəylə əlaqədar mütəxəsislərin fikirlərindən az istifadə olunmur.

1za

- Manatın sabitliyinin qorunması, yoxsa sərbəst buraxılması ilə bağlı müxtəlif fikirlər mövcuddur. Siz hansı mövqeyi müdafiə edirsiniz? Dollar kreditləri ilə bağlı problemin həlli istiqaməıtində düşüncələriniz necədir?

– Dollar kredirtləri ilə bağlı cox danışılıb, mən təkrarlamaq istəmirəm. Düşünürəm ki, belə problemlərin yaranmamsı üçün maliyyə maarifləndirilməsi aparılmalıdır. Necə olur ki Rusiyada maliyə maarifləndirməsi həyata keçirilir, hər gün buna telekanallarda onlarıa proqram həsr olunur, bizdə yox?! Mən banklara müraciət etdim ki, gəlin maliyyə maarifləndirməsi haqqında bir kitab yazaq, cavab indiyədək almadıq.Cəmiyyətimizdə də maariflənməyə meyl aşağıdır. Gəlin televiziyada maliyyə maarifləndirməsi haqda proqram açaq, bir də axşam bir müğənninin gecə həyat tərzini verək. Layk kimdə çox olacaqdır? Amma İingirtərədə səhər tezdən insanlar “Fayneyşl Tims”ı oxuyur. Hər kəs baxır ki, “Fayneyşl Tims” nə yazır. Biz neyniyrik? Nə vaxta gədər bu mətbəx verilişləri, şou proqramlarla vaxtımızı boşuna keçirəcəyik? Bir az özümüzü dəyişməliyik, şuurlu inkişaf etməliyik, maliyyə maarifləndirilməsini gücləndirməliyik. UNEC –də İqtisadi Klinika Mərkəzi açılıb, buyursunlar, müraciət etsinlər, biz orda ciddi təlimlər kecəcək.

Sualınızın birinci hissısinə gəldikdə isə, mən hesab edirəm ki, manatın sabitliyini qorunması qanunda öz təsbitini tapıb. Ümumiyyətlə əgər biz enerji təhlükəsizliyindən danışırıqsa, maliyyə təhlükəsizliyindən, iqtisadi təhlükəzizlikdən, hərbi təhlükəsizlikdən danışırıqsa, milli valtyutanın da qorumalıyıq. Mən anlamıram bəzi hallarda belə ifadələr səslənir ki, manat “üzməlidir”, dəyərdən düşə bilər və sair. Bu nə deməkdir? Mən buna qatılmıram. Niyə bizim mili valyuta dəyərdən düşməlidir?Niyə elə olmalıdır, səbəbi nədir? Bunun sorumluluğunu kim daşıyır? Hesab edirəm ki, manatın sabitliyi qorunmalıdır.

Ümumiyyətlə pul mövzusunda diletantların danışması qəbul edilməzdir. İqtisadiyyatın gücü ilə milli valyutanın gücü vəhdətdir, düz mütənasibdir. Ola bilməz ki, iqtisadiyyatın güclü, pul vahidi zəif olsun. Biz güclü iqtisadiyyat qururuq, təbii ki manatımız da güclü olmalıdır. Hər sahədə güclü olmalıyıq. Ətrafımızda 100 milyon əhalisi olan İran bazarı var, 80 milyondan çox əhalisi olan Türkiyə bazarı var. Biz bu bazarlara çıxış etməliyik. Biz elmi-tədqiqat işlərimizi da elə yazmalıyıq ki, o bazarda bizim 80 milyon, 100 milyon alıcımız olsun. Bilirsiz nə deməkdir bu? Bizim kitablar niyə o bazara girmir? Niyə o bazarlarda satış görmür? Biz bunu eləməliyik, addımlar atmalıyıq. Bu sahədə böyük işlər görülür, nəticəsi olacaq.
İnşaAllah yaxın müdəətddə iqtisadiyyatın inkişafına parallel olaraq, elmimiz də inkişaf edəcək. İqtisadiyyatı güclü olan ölkənin təbii ki, elmi də güclü olmalıdır. Azərbaycan iqtisadiyyatıda sürətlə inkişaf edir. Elmimiz də buna uyğun inkişaf etməli, yeni tələbləri qarşlıamalıdır. Qarşımıza cox ciddi tələblər qoyulub. Ona görə biz həm bu tələbləri qarşılayan, əmək bazarınını tələblərinə uyğun kadr yetişdirməliyik, həm də elmi fəaliyyətinmizi gücləndirməliyik. Azərbaycanı yalnız nefti ilə deyil, həm də elmi ilə, elmi naliyyərtlərilə dünyada tanıtmalıyıq.
Qeyd olunan məqsəd Prezident İlham Əliyevin bu fikirlərində daha mükəmməl şəkildə öz əksini tapmışdır: “Mən Azərbaycanda, rəsmi tədbirlərdə dəfələrlə demişəm və indi də demək istəyirəm ki, ölkənin uğurunu müəyyən edən enerji ehtiyatları deyil, onun intellektual potensialıdır. Ölkəni tərəqqiyə doğru aparan kadrların, mütəxəssislərin hazırlanması, təhsilin, elmin inkişafıdır”.

İsmayıl İsmayılbəyli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam