Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Səfir:"Qarabağda "Bayraktar"a "şeytan" deyənlər indi onu Ukraynanın "xilaskar mələyi" adlandırırlar"

 

"Bayraktar" pilotsuz uçuş aparatları (PUA) Qarabağ müharibəsində tətbiq olunanda bəzi qüvvələr ona "şeytan" deyirdilər. Ancaq indi həmin qüvvələr "Bayraktar"ı Ukraynanın "xilaskar mələyi" adlandırırlar. Təbii ki, bu cür fikirlər ikili standartların təzahürüdür".

Yenixeber.org: Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrlə görüşdə deyib.

O söyləyib ki, ümummilli lider Heydər Əliyevin Qarabağla bağlı vəsiyyəti yerinə yetirilib: "Türkiyə və Azərbaycanın regional və beynəlxalq müstəvidəki rolu artmaqdadır. Bunun əsasında isə möhkəm əlaqələrin olması dayanır. Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya çatdırılması gündəmin əsas məsələsidir. Sabah bu məsələ ilə bağlı Aşqabadda görüş olacaq".

Səfir həmçinin bildirib ki, ortaq türk əlifbasının yaradılması da müzakirə olunan məsələlərdəndir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam