Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Türk PUA-larının yüksəlişi və hədəfləri – TƏHLİL

Türk PUA-larının yüksəlişi və hədəfləri –    TƏHLİL

                         Müharibənin qaydalarını dəyişən ölkə niyə məhz Türkiyə oldu?!

Əlbəttə, bəşəriyyətin “Necə edək, müharibə olmasın?” sualının üzərində düşünməsi daha yaxşı olardı. Amma fakt budur ki, “gələcəyin müharibələri necə olacaq” sualı daha aktualdır. Bu suala düzgün cavabın verilməsi ölüm-qalım məsələsi olduğundan, müxtəlif ölkələrdəki beyin mərkəzləri ona cavablar axtarırlar.
Yenixeber.org: Hazırda əsas yanaşma budur ki, gələcəyin döyüş meydanlarında əsas trend insansız vasitələrin qarşıdurması olacaq. Bu fikir İkinci Qarabağ Müharibəsindən sonra daha da möhkəmləndi. Amma bu zaman ortaya maraqlı bir sual çıxır: Niyə məhz İkinci Qarabağ Müharibəsi? Axı ona qədər də PUA-ların ən azı 70 illik tətbiqi təcrübəsi var idi. Azərbaycanın gətirdiyi yenilik nə oldu ki, müxtəlif ölkələri öz təhlükəsizlik konsepsiyalarına yenidən baxmağa məcbur etdi?!
                                      “Yeni ulduz”
2014-cü ildə yüksək texnologiyalı silah bazarına girən Türkiyə orada əsl zəlzələ yaradaraq, ənənəvi oyunçuları sıxışdırdı. Türkiyənin müdafiə və aerokosmik ixracatı son on ildə azı dörd dəfə artıb. Bu gün Türkiyə - adı pilotsuz uçuş aparatları ilə assosiasiya olunan ilk ölkədir. Onun pilotsuz uçuş aparatları, dronları və digər məhsullar qlobal brendə çevrilib.
2030-ci ilə qədər 100 milyard dollara qədər artacağı ehtimal olunan qlobal PUA bazarında ilk yerləri son vaxtlara qədər ABŞ, İsrail, Çin və Türkiyə tuturdular. Amma Türkiyənin “Bayraktar”la endirdiyi zərbə Çinin dron bazarındakı yerini sarsıtdı. Pekin iddia edirdi ki, onun “Wing Loong II” PUA-larının istismar xərci bir uçuş saatına görə təxminən 120 dollardır. Reallıqda isə bu rəqəm 1000 dollar, qəzaların orta sıxlığı hər 15000 saata 1 oldu. Halbuki, “Bayraktar”da anoloji göstəricilər 166 dollar və 30.000 saata 1 qəzadır. Bu zaman “Bayraktar”ın özü “Wing Loong II”dən azı 3 dəfə ucuzdur. Təbii ki, bu qədər ciddi fərqlər olan yerdə Çin PUA bazarında Türkiyə ilə rəqabət apara bilməyəcəkdi.


Ona görə, təəccüblü deyil ki, “Baykar” şirkətinin məlumatına görə, “Bayraktar TB2” PUA-larını alan ölkələrin sayı 13-ə çatıb. Artıq Ukrayna, Polşa, Türkmənistan, Qırğızstan, Qətər, Liviya, Mərakeş bu dronlardan istifadə edirlər. Tunis, Səudiyyə Ərəbistanı, İraq, Litva, Latviya, Albaniya, Pakistan, Efiopiya, Oman, Nigeriya, Macarıstan, Bosniya və Herseqovina, Albaniya, Serbiya isə danışıqlar aparır.


“Akıncı”nın havaya qalxması ilə vəziyyət bir qədər də dəyişdi. Bu PUA yüksək hündürlükdə həm hava, həm də quru hədəflərini effektiv məhv etmək qabiliyyəti ilə diqqəti cəlb edir. Onu silahlanmaya qəbul etməklə Türkiyə bütün hündürlüklərdə fəaliyyət imkanlarına malik pilotsuz aviasiya ilə təchizatını tamamladı. Bundan əlavə, “Akıncı”nın qeyri-adi qabiliyyəti də var: O, 10 ədəd “Alpagu” kamikadze-dronlarından ibarət sürü buraxa bilir. Bu, xüsusilə vacib məsələdir, çünki proqnozlara görə, dron sürüləri yaxın gələcəkdə təmassız müharibənin yeni trendinə çevriləcək.
                                 “Güc birlikdədir”
...2018-ci ilin yanvarında axşam saatlarında Rusiyanın Suriyanın qərbindəki Hmeymim aviabazası 13-ə qədər dronun sürü şəklində hücumuna məruz qaldı. Müdafiə sahəsində araşdırmalar aparan ekspert Paul Şarre qeyd edir ki, bu, PUA-lardan kütləvi şəkildə (sürü halında) istifadə etmənin ilk nümunəsi idi. 2019-cu ilin sentyabrında iyirmiyə qədər dron Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin neft obyektlərindən birinə hücum etdilər. Beləcə, aydın oldu ki, artıq dron sürülərinin tətbiqi reallığa çevrilir.


Bu sürünün ayrı-ayrı “fərdləri” – məsələn, Türkiyə istehsalı olan "Kargu" kamikadze dronları,- ilk baxışda qeyri-ciddi, hətta məzəli görünürlər. Lakin gələcəyin müharibələrində əsas qüvvələrdən biri məhz onlar olacaq. Sürü halında hərəkət edərək, bir bütöv kimi fəaliyyət göstərə bilən PUA-lar hələ təkamüllərinin başlanğıc mərhələsindədirlər, lakin artıq bütün dünyada silahlı qüvvələr bu sahənin inkişafına milyonlarla dollar yatırırlar.
Analitiklərin fikrincə, gələcəyin PUA sürüləri hədəfləri qiymətləndirmək, tapşırıqları öz aralarında bölmək və insanın məhdud müdaxiləsi ilə onları icra etmək gücünə sahib olacaqlar. Bunun üçün PUA-ların süni intellektlə təchiz olunması lazımdır. Çünki insan eyni vaxtda onlarla qurğunun fəaliyyətini koordinasiya edə bilməz, amma onlar süni intellektlə təchiz olunsalar, bunu bacararlar. O halda insana ancaq sürüyə komanda vermək qalacaq.
Mikrodronlar hazırda əsasən ABŞ, Çin, İngiltərə, Yaponiya və Cənubi Koreyada istehsal olunurlar. Lakin “Akıncı”nın dronlardan ibarət sürü buraxmaq qabiliyyəti Türkiyənin bu istiqamətdə də iri addımla önə çıxması deməkdir.
                               Türk PUA-sının üstünlüyü
12 km. yüksəklikdə fəaliyyət göstərən “Akıncı”nın özü də süni intellekt, radioelektron mübarizə və digər üstün sistemlərlə təchiz olunub. Bu sistemlərin sayəsində PUA hədəfləri müstəqil şəkildə aşkarlayır, izləyir və məhv edərək, avtonom şəkildə bazaya dönə bilir. “Akıncı” hətta yerüstü idarəetmə sistemləri olmayan aerodroma da enməyi bacarır.
“Akıncı” PUA-sının istehsalı ilə Türkiyə müasir PUA bazarında üçüncü ölkə oldu. Dünyada PUA sahəsində heç bir dövlət layihədən seriya istehsalına qədər olan uzun məsafəni belə qısa müddətdə qət etməyib.
Türkiyə ağır və yüngül PUA-larını paralel inkişaf etdirir. Faydalı yüklə birlikdə 6 ton kütləyə malik agır “Akıncı” ilə yanaşı, 650 kq-lıq yüngül “Bayraktar TB2”nin arasında yer tutan “Bayraktar TB3” də bu il havaya qalxacaq. Aviadaşıyıcı gəmilərə şaquli şəkildə enib-qalxa biləcək “TB3”ün dünyada bənzəri yoxdur.


Vacib məqamlardan biri odur ki, Türkiyə PUA-ları getdikcə daha çox yerli komponentlərdən yığılırlar. Bu, dünyada onların satışını sərbəst şəkildə həyata keçirməyə imkan verir. Məsələn, “Bayraktar TB2”də əvvəllər Kanada istehsalı olan WESCAM optik kameraları quraşdırılmışdı. Qarabağda müharibə zamanı Kanada hökuməti həmin kameralarla təchiz olunmuş PUA-ların Azərbaycana satılmasına etiraz edəndə “Baykar” WESCAM kameralarından imtina edərək, onu ASELSAN şirkətinin yerli istehsalı olan CATS ilə əvəzlədi. PUA mühərrikləri məsələsində asılılığı aradan qaldırmaq üçün Ukrayna ilə ortaq şirkət qurulur, amma tezliklə Türkiyənin özü də mühərrik istehsalına başlayacaq. Yaxın gələcək üçün əsas məqsəd bütün PUA-ların sırf yerli komponentlərdən yığılmasıdır. Artıq “Anka” dronlarında buna nail olunub.
“Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktarın verdiyi bəyanata əsasən, Azərbaycan “Akınçı” HALE tipli zərbə PUA-sının istehsalında mühüm rol oynayan yeganə xarici ölkə olacaq. Bu tipə aid olan və yüksək hündürlükdə uçan PUA-ların istehsalı xüsusi sənaye potensialı tələb edir. Azərbaycanda bu istehsalın qurulması ölkəmizin də dünya silah bazarındakı mövqelərinə əhəmiyyətli şəkildə təsir edəcək.
Türkiyə dünya silah istehsalında müasir dalğanı tutub və fürsəti əldən buraxmaq niyyətində deyil. “Hürkuş” təyyarəsi, ATAK helikopteri, “Bayraktar”, “Kargu” və ANKA PUA ailərlərini inkişaf etdirməklə, dəniz və yerüstü vasitələrlə PUA-ların inteqrasiyasını həyata keçirməklə Türkiyə dünya hərbi sənayesində aparıcı ölkəyə çevrilmək iddiasındadır.
Bu gün qiymət/effektivlik nisbətini nəzərə alanda dünyada Türkiyənin rəqibi yoxdur. Məsələ ondadır ki, PUA – döyüş meydanında güdaza verilə bilən sərfiyyat materialıdır; 20-50 milyon dollara “sərfiyyat materialı” isə məntiqsiz görünür. 20 milyon dollara “MQ-9 Reaper” alıb, güdaza verməkə taktika qurula bilməz. Məhz buna görə Türkiyə dünyada ilk PUA istehsalçısı olmasa da, müharibənin xarakterini dəyişən ölkə məhz o oldu. Təkcə müharibənin də yox: Bu gün Türk PUA-ları həm də siyasi və diplomatik faktora çevriliblər. Türkiyə hansısa ölkəyə sadəcə PUA satmaqla regiondakı vəziyyətə təsir göstərməyə qadirdir.(AzVision.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam