Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Britaniya XİN başçısı:​​​​​​​​​​“Putin Donbasda qalib gəlsə Ukraynadan əl çəkməyəcək”

​​​​​“Donbas uğrunda döyüşlər qızışır. Rusiya Prezidenti Vladimir Putin qalib gəlsə, gözlərini Ukraynanın daha böyük ərazilərinə dikəcək. Beləliklə, bütün ölkə Putinin nəzarəti altında keçənədək o, əl çəkməyəcək”.
Yenixeber.org: Bu fikirlər Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın “Express” qəzetində dərc olunan “Putinə silahla bağlı xəbərdarlığı: “İndiyə qədər Rusiyanın səhv olduğunu sübut etdik” sərlövhəli məqaləsində əksini tapıb.
“İndi aydın olur ki, Putin Ukraynanı sındıra, bu dövləti özünə tabe edə bilməz. Bu, olmayacaq. Ancaq biz daha da irəli getməliyik. Bizim hamımız üçün strateji və mənəvi məqsəd Ukraynanın qalib gəlməsidir. Mən müttəfiqlərimizi Ukraynaya daha çox hərbi dəstək göndərməyə çağırıram. Ukrayna üçün ən yaxşı təhlükəsizlik onun özünü müdafiə bacarığından asılıdır.
Buna görə də Böyük Britaniya Ukraynanı NATO standartlarına uyğun silahlarla təchiz etmək məsələsi üzərində işləyir. Biz, həmçinin Kremlı qarşı sanksiyaları davam etdiririk”, - nazir bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam