Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Boric Conson Rusiyanı hədələdi – “Bir çox rus analarının oğulları vətənə qayıda bilməyəcəklər”

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı növbəti dəfə xəbərdarlıq edib. 

Yenixeber.org: O bildirib ki, Putin qan tökmək yolunu seçsə, ukraynalılar şiddətlə müqavimət göstərəcəklər. 

“Tarix bunu göstərir ki, 2014-cü ildə öz ölkələrini müdafiə etməyə çalışan ukraynalılar indi daha güclü döyüş imkanları ilə vuruşmaq əzmində olacaqlar. Rusiya bu yolu seçsə, bir çox rus analarının oğulları vətənə qayıda bilməyəcəklər" – Conson vurğulayıb.

Baş naziri parlamentdəki çıxışında Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə İngiltərənin NATO-ya əsgər göndərməyə hazır olduğunu bildib. B.Conson, Estoniyadakı NATO qoşunlarına Böyük Britaniyanın rəhbərlik etdiyini xatırladıb. O əlavə edib ki, Britaniya ordusu 2015-ci ildən bəri 21 min Ukrayna əsgərinə təlim keçib: "Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə baş verəcək faciə haqqında düşünəndə ürpəşirəm. Ukraynalıların öz ölkələrini müdafiə etmək üçün qanuni hüquqları var. Onların müqaviməti Çeçenistanda, Bosniyada və ya Avropanın 1945-ci ildən bəri dözdüyü istənilən münaqişəyə bənzəyir".

Conson həmçinin vurğulayıb ki, Britaniya və müttəfiqləri Rusiyaya qarşı ağır iqtisadi sanksiyalarla cavab verəcəklər. 

O qeyd edib ki, Böyük Britaniya aylardır ABŞ və onun avropalı müttəfiqləri ilə çəkindirmə vasitələrindən istifadə edərək müharibənin qarşısını almağa çalışırlar: “İngiltərə, ABŞ, Fransa, Almaniya, İtaliya, Polşa və Aİ liderləri Rusiyaya qarşı əvvəlki sanksiyalardan daha sərt, əlaqələndirilmiş iqtisadi sanksiyalar tətbiq edəcəkləri barədə razılığa gəliblər”.

Conson Berlin divarının yıxılmasından sonra Avropada əldə edilən azadlıqların qorunub saxlanılmasının vacib olduğunu qeyd edib və böhranın hələ də diplomatik həllin mümkün olduğuna inandığını bildirib.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam