Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Eks-baş nazir Putini “vurdu”

 

 

   “O, Ukraynanı özünə tabe etdirmək istəyir”

     "Xeberinfo.com": Rusiyanın keçmiş baş naziri, müxalifətçi və Xalq Azadlığı Partiyasının həmsədri Mixail Kasyanovun fikrincə, Donbas prezident Vladimir Putinin Ukraynanın Şərqindəki “münaqişənin həlli üçün” başlıca hədəfi deyil: “Putin çalışır ki, Qərb əvvəlcə Krımı, sonra bütün Ukraynanı Rusiyanın ərazisi kimi tanısın. Açıq-aşkar görünür ki, rus dili və federallaşma Putini narahat etmir. Krımla yanaşı ona mərkəzi hakimiyyətin zəifliyi lazımdır ki, ticarət əlaqələri – qazın qiymətini, böyük hissəsi Rusiya oliqarxlarına məxsus olan sənayenin kooperativləşdirilməsini, beləliklə də Ukraynanı özünə tabe etdirsin.

     Modern.az bildirir ki, keçmiş baş nazir bu haqda “Fokus” jurnalına müsahibəsində deyib.

    Onun sözlərinə görə, Putin Ukraynanın müstəqilliyi ilə barışmaq istəmir: “O, indi sülhməramlı imici, Ukrayna hakimiyyəti və terrorçular arasında danışıqlarda vasitəçi mövqeyini tutmaqla həyasızcasına özünü xeyirxah kimi təqdim etməyə cəhd edir. Mən Kiyevi buna razılaşmamağı məsləhət görərdim. Putin özünü nə qədər mövqesiz kimi aparsa da, o-münaqişənin tərəfidir”.

    Kasyanov hesab edir ki, Ukrayna hakimiyyəti indi düzgün hərəkət edir: “Çünki terrorçularla danışa getmək olmaz”.

    Keçmiş baş nazir əmindir ki, Rusiya Krımı dünya səviyyəli kurort yerinə çevirə bilməyəcək. Kasyanovun fikrincə, bəziləri Putinə yaxın olan rusiyalı oliqarxlar da yarımadaya vəsait qoymayacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam