Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Ukraynaya daha 6 min raket göndəriləcək-Boris Consondan AÇIQLAMA

Böyük Britaniyanın baş naziri Boris Conson bugünkü NATO sammiti və G7 toplantısından sonra mətbuat konfransı keçirib. Conson bildirib ki, Böyük Britaniya Ukraynaya yardımı artırmaq üçün müttəfiqləri ilə işləyəcək.

Yenixeber.org: Baş nazir bildirib ki, Britaniya Ukraynaya göstərdiyi yardımı ikiqat artıracaq. O, həmçinin Ukraynaya əlavə 6 min raketin göndəriləcəyini deyib.

“Biz uzunmüddətli perspektivdə azad və demokratik Ukraynanı dəstəkləməliyik”,- deyə Boris Conson açıqlamasında bildirib.

O, qeyd edib ki, Ukrayna tək deyil və Britaniya Kiyev, Mariupol, Lvov və Donetsk sakinlərinin yanındadır.

Böyük Britaniyanın baş naziri Ukraynanın hava məkanının bağlanmasının mümkün olmayacağını deyib.

Baş nazir bildirib ki, bu Hərbi Hava Qüvvələrinin Rusiyanın sürətli təyyarələrini vurması deməkdir. O, NATO-da heç bir ölkənin bunu etməyəcəyini bildirib.

Boris Conson qeyd edib ki, NATO Ukraynanı havadan müdafiə etmək üçün raketlərlə təmin etmək fikrindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam