Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Rusiya Ukraynanı raketlərlə bombalayır - Britaniya kəşfiyyatı

Rusiya Ukraynanı raketlərlə bombalayır -    Britaniya kəşfiyyatı

      Rusiya öz təyyarələrini təhlükəyə atmamaq üçün Ukraynanı uzaqdan raketlərlə bombalayır.
Yenixeber.org: Bu barədə Böyük Britaniyanın hərbi kəşfiyyatı məlumat yayıb. Bildirilib ki, Ukrayna hava hücumundan müdafiə qüvvələrinin Rusiya təyyarələrini vurma ehtimalını azaltmaq üçün Rusiya hava məkanından atılan uzaqmənzilli raketlərə və ya bombalara arxalanmağa davam edir.
"ABŞ-ın bu silahların 60%-ə qədər uğursuzluq nisbəti ilə bağlı hesabatları Rusiyanın getdikcə məhdud ehtiyatlar problemini daha da gücləndirəcək, onu daha az mürəkkəb raketlərə qayıtmağa və ya təyyarələrini daha böyük risk altına qoymağa məcbur edəcək"- deyə məlumatda qeyd edilir.
Kəşfiyyat rəsmiləri qeyd edir ki, Rusiya hava-raket qüvvələri Ukraynadakı bütün hədəflərə, o cümlədən əhalinin sıx məskunlaşdığı mülki ərazilərdəki bir çox hədəflərə zərbələr endirməkdə davam edir.
Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski öz tərəfdaşlarına bir daha qeyd edib ki, Ukrayna Rusiya raketlərini ov tüfəngindən, pulemyotlardan vura bilməz.
Ukraynanın təyyarələrə və digər müdafiə vasitələrinə ehtiyacı var. Kifayət qədər sayda tank, digər zirehli texnika və əlbəttə ki, təyyarələr olmadan Mariupolun blokunu açmaq mümkün deyil.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam