Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

BMqT 123 Azərbaycan vətəndaşının Ukraynadan çıxarılmasına kömək edib

 

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi Rusiya ilə münaqişə başladıqdan sonra 123 Azərbaycan vətəndaşının Ukraynadan çıxarılmasında hökumətə kömək edib.

Yenixeber.org: Bu barədə saytımıza  BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev bildirib.

Onun sözlərinə görə, təşkilat ümumilikdə 200 vətəndaşın qayıtmasına yardım göstərməlidir: “BMqT-nin dəstəyi ilə 200 nəfər Vətənə qayıtmalı idi. Dəqiqləşdirə bildik ki, onlardan 123 nəfəri Polşanın Krakov şəhərini tərk edərək Rumıniyanın Buxarest şəhərinə yollanırlar. Oradan Azərbaycan hökuməti onların Vətənə daşınmasını təmin edəcək. Bəzən ən həssas şəxslərin qayıtması prioritet hesab olunur, amma son nəticədə, hər kəsin evə qayıtmaq hüququ var".

O, təşkilatın münaqişədən əziyyət çəkmiş Azərbaycan vətəndaşlarına sürətli dəstək göstərməyə hazır olduğunu əlavə edib: "Azərbaycan vətəndaşlarının Ukraynadan qaytarılması üzrə işlər bir sıra hökumət qurumları və BMqT missiyalarının birgə fəaliyyəti nəticəsində həyata keçirilir. Hazırkı vəziyyət səbəbindən Ukraynanı tərk edən Azərbaycan vətəndaşlarına məhz bu yolla kömək etməyə çalışırıq... Birgə fəaliyyətin məqsədi Azərbaycan vətəndaşlarını özlərini təhlükəsizlikdə hiss edəcəkləri evlərinə ən qısa müddətdə və ən uyğun vasitə ilə qaytarmaqdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam