Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avropadan Azərbaycana könüllü qayıdan şəxslərə -bahalı hədiyyə verilib

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Niderlanddan könüllü olaraq Azərbaycana qayıdan şəxslərə gəlir gətirən fəaliyyət sahəsinin qurulmasına dəstək verib.

Yenixeber.org: Qurumun Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində Niderlandan könüllü mənşə ölkəsinə qayıdan şəxslər reinteqrasiya yardımı ilə təmin edilib.

Layihə çərçivəsində könüllü qayıdan şəxslər BMqT-nin dəstəyi ilə gəlir gətirən fəaliyyət növü kimi taksi xidmətinin göstərilməsi məqsədi ilə müvafiq avtomobilləri satın alıblar.

BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda İsveçrə, Belçika, Almaniya, Macarıstan, İtaliya, Hollandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir. Ayrılmış reinteqrasiya yardımı kiçik biznesin qurulması, mövcud biznesə sərmayə qoyulması, təhsilin artırılması, habelə müvəqqəti mənzil təminatı üçün istifadə edilə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam