Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olanlar saxlanıldı-FOTOLAR

 Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 3 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Əflatun Əkbərov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilib. Dindirilmə zamanı Ə.Əkbərov narkotik maddəni tanışı Seymur adlı şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Seymur Mehdiyev, həmçinin Seymura satış üçün bu maddələrin verən İntiqam Cabbarov da saxlanılıblar. Həmin şəxslərdən isə sellofan bükümlərdə “şüşə” adlanan psixotrop maddə metamfetamin və heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam