Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Hacıqabul sakinlərində -narkotik aşkarlandı

Hacıqabul sakinlərində narkotik aşkarlandı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı Hacıqabul rayon sakini Rövşən Bağırov saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı oradan sellofan bükümlərdə olan narkotik maddə heroin və marixuana, eləcə də həyətyanı sahədən 4 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolu aşkar edilərək götürülüb.

Dindirilmə zamanı R.Bagirov evindən aşkarlanan narkotik maddə heroini tanışı Həsən adlı şəxsdən aldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakini, əvvəllər məhkum olunmuş Həsən Axundov da saxlanılaraq istintaqa təqdim olunub.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Hüseyn Osmanov və Bəxtiyar Mikayılov saxlanılıblar. Onların üzərinə keçirilən baxış zamanı isə hər birindən narkotik maddə - heroin aşkarlanıb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam