Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Səfir:“İsrail-Azərbaycan münasibətləri çox sınaqlardan keçib”

Corc Dik

 

“Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı tədbirlər silsiləsinin başlanğıcındayıq. 1991-ci ildə dekabr ayında İsrail Azərbaycanın müstəqilliyini tanıyıb”.

Yenixeber.org:  Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İsrail-Azərbaycan münasibətləri 30 ildən artıq bir irsə əsaslanır.

Diplomat bildirib ki, Azərbaycan 57 müsəlman ölkəsi arasında ən böyük yəhudi icmasına ev sahibliyi edir.

“İsraildə də azərbaycanlı yəhudi icması var. Onlar Azərbaycanla sıx əlaqələr saxlayaraq ölkələrimiz arasında körpü yaradırlar. Bu körpü yüz illər öncə qurulub. Biz 30 il ərzində İsrail və Azərbaycan arasında strateji əməkdaşlıq qura bilmişik və bunu yüksək dəyərləndiririk. Bizim münasibətlərimiz çox sınaqlardan keçib, xüsusən də son iki il ərzində...”, - səfir vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam