Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azərbaycan və İsrail arasında birbaşa uçuşların sayı artacaq” –Corc Dik

 

“Azərbaycan-İsrail münasibətlərinin əsasını iki sahə – energetika və təhlükəsizlik təşkil edir”.

Yenixeber.org: Bunu İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Dik mətbuat konfransında deyib.

“İsrail neft idxalının böyük hissəsini Azərbaycandan edir. Bundan əlavə, terrorizmlə mübarizə sahəsində yaxından əməkdaşlıq edirik”, – o bildirib.

Səfirin sözlərinə görə, tərəflər ölkələr arasındakı dostluq və strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində daha çox səy göstərməlidir.

“Həmçinin ölkələrimiz, xalqlarımız və işgüzar dairələr arasındakı əlaqələr də dərinləşir, inkişaf edir. Turizm ikitərəfli əlaqələrin inkişafında yeni və perspektivli istiqamətdir. 2016-cı ildə Azərbaycana 10 min turist gəlmişdisə, 2019-cu ildə bu rəqəm 60 min olub”, – diplomat vurğulayıb.

Səfir qeyd edib ki, iki ölkə arasında aviasiya sahəsində əldə olunan saziş bu gün hər iki istiqamətdə həftədə beş birbaşa uçuş həyata keçirilməsinə imkan verir.

“Yaxın vaxtlarda bu rəqəmi yeddiyə çatdırmaq niyyətindəyik. İsraillilər Azərbaycana çox sayda səfər edirlər. Onları mədəniyyət, mətbəx və insanların istiliyi cəlb edir”, – C.Dik deyib.

Diplomat həmçinin tərəflərin Azərbaycan vətəndaşları üçün viza alınması prosedurlarının sadələşdirilməsi istiqamətində çalışdıqlarını bildirib: “Bu mövzuda Azərbaycan Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edirik. Bundan əlavə, bu prosesin rəqəmsallaşdırılması barədə düşünürük”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam