Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

İsrail şirkətləri Qarabağın bərpasında iştirak etmək istəyir

              İsrail şirkətləri azad olunmuş ərazilərimizin bərpasında iştirak etməkdə maraqlıdır.
Yenixeber.org: İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazir Mikayıl Cabbarov İsrailin Xarici İşlər Nazirliyinin MDB və Asiya ölkələri üzrə iqtisadiyyat departamentinin direktoru Mixael Lotemlə görüşüb. M.Cabbarov Azərbaycan-İsrail siyasi və iqtisadi münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın haqq işinə göstərdiyi dəstəyə, humanitar səylərə görə təşəkkürünü bildirib. Görüşdə Azərbaycan-İsrail uğurlu iqtisadi əməkdaşlığı, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində İsrail şirkətlərinin fəaliyyəti vurğulanıb.

Qeyd edilib ki, iqtisadi əlaqələrin inkişafında Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının fəaliyyəti önəmlidir.

İqtisadiyyat naziri Azərbaycanla İsrail arasında işğaldan azad olunmuş ərazilərimizin bərpası, enerji, səhiyyə, rəqəmsallaşma, investisiya, innovasiyalar, İKT, kənd təsərrüfatı, su sektorunun idarə edilməsi, turizm və sair sahələrdə əməkdaşlıq üçün böyük potensialı vurğulayıb.

İsrailin Xarici İşlər Nazirliyinin MDB və Asiya ölkələri üzrə iqtisadiyyat departamentinin direktoru M.Lotem ölkələrimiz arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini qeyd edib, İsrail şirkətlərinin azad olunmuş ərazilərimizin bərpasında iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

İsrailin Azərbaycandakı səfiri Corc Dikin də iştirak etdiyi görüşdə ikitərəfli iqtisadi tərəfdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirələr aparılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam