AZƏRBAYCANLI NAZİR VƏ SƏFİR İSRAİLDƏKİ TOPLANTIDA: "Münasibətləri gizlətməyə heç bir səbəb yoxdur"
Benyamin Vayntal
“The Jerusalem Post”, 02.03.2020
Yenixeber.org: Bazar günü şiə ölkəsinin ilk yüksək mənsəbli rəsmisi olmaqla və AIPAC-ın (American Israel Public Affairs Committe) illik siyasi toplantısında çıxış etməklə, Azərbaycanın maliyyə naziri Samir Şərifov dövləti üçün tarixi ana imza atıb. O bildirib: “İsraillə əməkdaşlıq yalnız neft tədarükü ilə məhdudlaşmır, biz müdafiə və texnologiyanın ötürülməsi sahəsində də əməkdaşlığı genişləndirməkdə maraqlıyıq”.
Şərifov qeyd edib ki, İsrail “silaha ehtiyacı olan Azərbaycana dəstək verən az sayda dövlətlərdən biridir”.
Müasir tarixinin ikinci aktını vurğulayan Şərifov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sözlərini xatırladıb: “Sevindirici haldır ki, hazırda ABŞ-da və İsraildə yaşayan keçmiş yəhudi soydaşlarımızın Azərbaycanla sıx əlaqələri var və bu ölkələrlə münasibətlərimizin möhkəmlənməsinə öz töhfələrini verirlər. Biz onlara çox minnətdarıq”.
Mehriban Əliyeva Azərbaycandakı yəhudilərin tarixinə nəzər salıb və qeyd edib: “İkinci Dünya müharibəsi illərində Azərbaycan nasist zülmündən qurtulmağa çalışan minlərlə yəhudiyə qucaq açıb və onlar üçün ikinci ev olub”.
Yazılı tarix göstərir ki, yəhudilər Azərbaycanda 2600 ildir məskən salıblar. Hazırda Azərbaycanda, təxminən, 30 min yəhudi yaşayır.
Xanım Əliyeva deyib: “Müsəlman dünyasında ilk parlament demokratiyası olan 1918-1920-ci illərin Azərbaycan Xalq Cümhuriyyəti dövründə yəhudi icması ölkənin inkişafına fəal töhfə verib”.
Samir Şərifovun sözlərinə görə, 1991-ci ildə müstəqilliyini əldə edən Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə çatıb.
Aşkarlıq, yaxud ərəb xalqları və İsrail arasında münasibətlərin açılması – Azərbaycanın xarici siyasətinin tərkib hissəsi olaraq qalır.
Nazir bildirib: “Azərbaycan ərəb dövlətləri və İsrail arasındakı münasibətlərdəki son tendensiya baxımından çox vacibdir”.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “The Jerusalem Post”-a açıqlamasında deyib: “Nazirlər Kabineti üzvünün yəhudi icması ilə ünsiyyəti çox əhəmiyyətlidir. Bu, yəhudi xalqı ilə tərəfdaşlığımızın səviyyəsini göstərir”.
O qeyd edib: “AIPAC və İsraillə münasibətləri gizlətməyə heç bir səbəb yoxdur. Münasibətlərimiz həmişə şəffaf, pozitiv olub və qarşılıqlı maraqlara söykənir. Heç vaxt heç kimə qarşı deyil”.
Səfirlə geniş müsahibədə Süleymanov bildirib: “Həm Türkiyə, həm də İsrail bölgədə bir-birinə ehtiyac duyur”.
Azərbaycan Türkiyə, Rusiya və İran İslam Respublikası ilə həmsərhəddir. Türkiyə ilə İsrail soyuq münasibətlər saxlayır. İran rejimi İsrailin ən böyük təhlükəsizlik təhdidi hesab olunur.
Elin Süleymanov qeyd edib ki, “Azərbaycanın İsraillə münasibətləri nümunəsi ərəb ölkələri ilə İsrail arasındakı münasibətləri buzları qırır”.
Süleymanov üçün ümumən istənilən cəmiyyət üçün münasibətlərdə “iki lakmus testi” mövcuddur: “Radikalizm antisemitizmdən başlayır, çünki yəhudilər üçün pis olan şey başqalarına da şamildir. Azərbaycan fəxr edir ki, tariximizdə heç vaxt antisemitizm olmayıb”.
“Qadınların rolu” və onunla necə davranma məsələsi. Məhz buna görə Azərbaycan qadınların rolunu vurğulayır və qadınlara ABŞ-dan əvvəl, 1918-ci ildə seçki hüququ verib.
AIPAC ilə əlaqəli Türkiyə və İranın neqativ təpkisinin mümkünlüyü ilə bağlı bir “The Jerusalem Post”-un sualına cavab olaraq səfir deyib: “Biz açıq hərəkət edirik. Əks-təpki olmamalıdır. Azərbaycanın xarici siyasəti heç kimə qarşı yönəlməyib. Türkiyə ilə qardaşlıq münasibətlərimiz var, İranla qonşuyuq”.
Nikbin əhval-ruhiyyəli səfir deyib: “Azərbaycan ərəb ölkələri ilə İsrail arasındakı münasibətlərin buzlağın qırılnasında rol oynayıb”.
AIPAC tvitinə cavab olaraq İsrailin Azərbaycandakı səfiri Corc Dik tvitlə cavab yazıb: “İsraillə Azərbaycan arasındakı dostluq getdikcə daha da möhkəmlənir, dərinləşir və daha da şəffaflaşır. Strateji münasibətlərimizdə qarşılıqlı bağlılığı nümayiş etdirdiyiniz üçün maliyyə naziri Şərifova təşəkkür edirəm”.
AIPAC-ın tvitində qeyd olunub: “Azərbaycanın maliyyə naziri Samir Şərifovu bu gün günortadan sonra AIPAC 2020-də salamlamağa şadıq. Azərbaycan – ABŞ və İsraillə sıx əlaqəsi olan müsəlman-şiə ölkəsidir”.
Azərbaycan və Xəzər bölgəsi üzrə beynəlxalq ekspert, doktor Brenda Şaffer “Post”-a açıqlamasında bildirib ki, “Azərbaycanın İsraillə açıq əlaqələri və AIPAC-da iştirakı qapını açır və İsrailin digər müsəlman ölkələri ilə açıq əlaqələrinin mövcudluğuna kömək edir”.
Doktor Avinoam İdan, Hayfa Universitetinin Çaykin Geostrategiya İnstitutu və Dənizçilik Strategiyası Tədqiqat Mərkəzinin baş elmi işçisi “Post”-a açıqlamasında deyib ki, nazirin AIPAC-da iştirakı “çox əhəmiyyətli”dir. O əlavə edib ki, “bu, Azərbaycan xalqının yəhudi dünyası və İsrail barədə fikirlərinin başqa bir ifadəsidir”.
Azərbaycan üzrə ekspert olan İdan bildirib ki, bu ölkən “İran və Rusiya arasında problemli bir məkanda yerləşir”.
O deyib: “Bu, hamıya göstərir ki, azərbaycanlılar İsraillə Azərbaycan arasındakı xüsusi münasibətləri gizlətmirlər”.
İdan deyib: “Azərbaycan riskə gedir, qonşularının təzyiqinə məruz qalmamaq üçün istənilən qiyməti ödəməyə hazırdırlar. Əminəm ki, bu barədə çox düşünüblər. Əminəm ki, bu prezidentin [İlham Əliyevin] qərarı idi”.
Tərcümə: Strateq.az