Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Qəhrəman şəhidə məxsus materiallar Vətən müharibəsi fonduna təhvil verildi -FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi Ruslan Mehman oğlu Qəhrəmanova məxsus materiallar Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib. 

Yenixeber.org: Bu barədə Milli Azərbaycan Tarixi Muzeyi məlumat yayıb.

Bildirilib ki, Ruslan Qəhrəmanov 1988-ci il oktyabrın 6-da Şəmkir rayonunun Keçili kəndində anadan olub.

Azərbaycan ordusunun kapitanı olan Ruslan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib.

Ruslan Qəhrəmanov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Keçili kəndində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Ruslan Qəhrəmanov ölümündən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.

Şəhidimiz ailəli idi. Ölümündən sonra iki qızı və bir oğlu yadigar qalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam