Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Son sutkada nəşi tapılan şəhidlərimiz -SİYAHI

Son sutkada nəşi tapılan şəhidlərimiz - SİYAHI
 Elvin Mustafayev, Eldəniz Verdiyev və Orxan Yusubov

 

Yenixeber.org: Son sutka ərzində Azərbaycan Odusunun Vətən müharibəsində itkin düşən üç hərbçisinin nəşi tapılıb.

Kəlbəcər rayonunun Seyidlər kənd sakini Eldəniz Verdiyev və Gəncə şəhər sakinləri - Elvin Mustafayevlə Orxan Yusubovun şəhid olduğu məlum olub.

E.Verdiyev Göygöl rayon Şəhidlər xiyabanında, digər iki şəhidimiz isə Gəncə şəhərində dəfn ediləcək.

Qeyd edək ki, Kəlbəcər rayonunun Seyidlər kənd sakini Verdiyev Eldəniz Rabil oğlu 1999-cu ilin oktyabr ayının 4-də anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər kimi xidmət etmiş şəhidimiz Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Mustafayev Elvin Fəxrəddin oğlu 1992-ci ilin mart ayının 14-də anadan olub. O, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər kimi xidmət edib.

Ailəli idi, 3 övladı var.

Yusubov Orxan Allahverdi oğlu isə 1992-ci ilin yanvar ayının 19-da Gəncə şəhərində dünyaya gəlib. Azərbaycan Ordusunun əsgəri olan O.Yusubov 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Döyüşlərin ilk günlərində ailəsi ilə əlaqə saxlayıb. Sonrakı müddətdə onunla əlaqə saxlamaq mümkün olmayıb. O.Yusubov Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşmüşdü.

Xatırladaq ki, Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin yeni siyahısını yayıb. İyunun 2-dək itkin düşmüş hesab olunan 14 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Hazırda Vətən müharibəsində 11 hərbi qulluqçu itkin düşmüş sayılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam