Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

“Beynəlxalq qurumlar Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməsinə ciddi reaksiya verməlidir”-RƏY

“Beynəlxalq qurumlar Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməsinə ciddi reaksiya verməlidir”- RƏY

“İyulun 3-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Cəbrayıl rayonu ərazisində keçmiş silah-sursat anbarının təmizlənməsi əməliyyatları zamanı 157 ədəd partlamamış hərbi sursat (PHS), 1 185 ədəd müxtəlif çaplı patronlar, 5 kq partlayıcı (TNT) və 17 ədəd ağ fosfor tərkibli 82 mm-lik minaatan mərmiləri aşkar edilib. Bu bir daha Ermənistanın müharibə zamanı qadağan olunmuş silahlardan istifadə etdiyini sübuta yetirir".

Yenixeber.org: Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O xatırladıb ki, Ermənistan silahlı qüvvələri ağ fosfor tərkibli sursatlardan mülki əhaliyə və yaşayış məntəqələrinə qarşı 2016-cı ilin Aprel döyüşləri zamanı da istifadə etmişdi: "Aşkar olunan 17 ədəd ağ fosfor tərkibli minaatan mərmiləri Ermənistanın dinc əhaliyə qarşı düşmənçilik niyyətini bir daha təsdiq edir".

C.Məmmədov bildirib ki, beynəlxalq humanitar hüquqa əsasən, mülki əhali və yaxud mülki obyektlərə, meşələrə və ya digər əkin sahələrinə qarşı ağ fosforlu silahlardan atəş açmaq BMT-nin 1980-ci il "Adi silahların konkret növləri haqqında konvensiya"nın Alışdırıcı Silahların İstifadəsi haqqında Qadağalar və ya Məhdudiyyətlərə dair III Protokolu ilə qadağandır: "Bu bir daha təsdiq edir ki, Ermənistan Azərbaycanın mülki obyektlərini qəsdən hədəf alaraq yüksək partlayıcı gücə malik ağ fosfor maddəsi istifadə etməklə, 1949-cu il Cenevrə Konvensiyalarını, xüsusilə Dördüncü Cenevrə Konvensiyasında təsbit olunan beynəlxalq humanitar və insan haqları hüququ üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur".

"Onu da qeyd edək ki, ağ fosfor silahının xüsusiyyəti ondan ibarətdir ki, hava ilə təmas edən zaman öz-özünə alışır, maye halında olduğu üçün istənilən səthə asanlıqla yapışa və yanğın törədə bilər. Yanma temperaturu 1200 C°-ni ötür ki, bu da dərin, ağır, gec sağalan ciddi yaralara səbəb olur. Bu silahın tüstüsü nəfəs yollarını qıcıqlandırır. Bağlı məkanda bu tüstünün çox miqdarda udulması ağır zəhərlənməyə və ölümə gətirib çıxara bilər.

Bu bir daha Ermənistanın Azərbaycanın mülki əhalisinin kütləvi qətlində maraqlı olduğunu, bunun üçün hətta qadağan olunmuş silahlardan istifadə elədiyini göstərir. Ermənistan açıq-aydan beynəlxalq hüququn normalarını pozur. Beynəlxalq qurumlar bu məsələyə ciddi reaksiya verməli, qətiyyətlə pisləməlidirlər", - deputat vurğulayıb.

Qeyd edək ki, 2016-cı ilin Aprel döyüşləri zamanı da Ermənistan silahlı qüvvələri qəsdən və intensiv olaraq, Azərbaycanın mülki əhalisini və mülki obyektlərini ağır artilleriya və iri çaplı silahlardan atəşə tutmaqla bərabər, ağ fosfor kimi kimyəvi tərkibə malik olan mərmilərdən də istifadə etmişdi. Bundan dərhal sonra isə Azərbaycan dünya ictimaiyyətinə müraciət edərək beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistanı qınamağa çağırmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam