Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Niyə hər gün ağ çörək yemək təhlükəlidir?

Alimlərin fikrinə görə, hər gün ağ çörək və ağ undan hazırlanmış qidaların istehlakı təhlükəlidir və infarktın riskini artırır.

Yenixeber.org:  Hər gün çoxlu miqdarda çörək,  makaron və s. un məmulatlarının qəbulu insanlarda ürək patologiyalarının və o cümlədən infarkt riskinin artması ilə sıx əlaqəlidir.

Alimlər bildirirlər ki, “hər gün ağ undan hazırlanmış 350 qr məhsulun qəbulu vaxtından tez ölümün riskini 27% artırır”.

Araşdırma zamanı 21 ölkədən olan 150 min insanın 10 ilə yaxın müddət ərzində sağlamlıq və qidalanma haqqında məlumatları təhlil olunub.

Mütəxəssislər aşkar ediblər ki, ağ undan hazırlanan məhsulların istehlakı arterial təzyiqin qalxmasına səbəb olur və həmçinin qanda şəkərin kəskin qalxmasına gətirib çıxardır. Yüksək şəkər qanı qatılaşdırır, damarlarda iltihab yaradır ki, bu da damarları zədələnmə və aterosklerozun inkişafına meylli edir.

Bunları nəzərə alaraq mütəxəssislər ağ undan hazırlanmış məhsulların istehlakını gün ərzində 50 qr qədər azaltmağı tövsiyə edirlər. Onların əvəzinə tərəvəz, göyərti və tamdənli taxılların istehlakını artırmağa çağırırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam