Redaktor seçimi
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
Günün xəbəri

Fərhad Həsənov “Neyrocərrahiyyə”ni gestapoya çevirib



Respublika Neyrocərrahiyyə Xəstəxanasının TƏBİB-in idarəçiliyinə verilməsi necə mənfi effekt vermişdisə, Fərhad Həsənovun bu müəssisəyə  direktor təyin olunması ikiqat daha artıq ziyan vurdu desək, yanılmarıq.

Yenixeber.org: Bu təyinatdan sonra, yəni, 2020-ci ilin avqust ayından bəri xəstəxanada sözün həqiqi mənasında özbaşınalıq hökm sürür. Doğrudur, həmin ilin payız və qış aylarında respublikanın bütün başqa iri tibb müəssisələri kimi Neyrocərrahiyyə Xəstəxanası da Vətən müharibəsinin sınağını yaşadı, yaralı qazilərimizi qarşıladı. Təbii ki, bu qəbildən olan xəstələrdən rüşvət almaq mümkün deyildi. Amma sonrakı dövrdə bu “çatışmazlığın” yerini doldurmaq üçün Fərhad Həsənov sanki özünə söz veribmiş ki, heç bir qayda - qanun gözləməyəcək, insaf nədir bilməyəcək.
Xəstəxanada sözün həqiqi və hərfi mənasında özbaşınalıq hökm sürür. Təsəvvür edin, pasientlər sadəcə adlarına açılan bir tibbi kartanı götürmək üçün uzun növbə gözləməli olurlar. Biz müşahidə apardığımız günün səhər saatlarında növbədə iyirmi nəfərə yaxın adam dayanmışdı. Hər bir pasientin kartı götürməsi prosedurunun təxminən beş - on dəqiqə çəkdiyini nəzərə alsaq, belə çıxır ki, iyirminci xəstə öz növbəsinin çatması üçün iki saatdan çox gözləməlidir. Hərgah bu və kart götürəndən sonra onu qarşılayan sonrakı sürprizlərdən təngə gələn xəstə şikayətini demək üçün direktorun qəbuluna düşmək istəsə, əsl gestapo rejimi ilə, direktorun yaratdığı özəl qeyri-humanist qaydalarla üzləşəcək. Heç kəsi dinləmək istəməyən Fərhad Həsənovun "şəxsi mühafizəçiləri" hər vəchlə buna mane olacaq, hətta kobud güc tətbiq edəcəklər.  
Bütün məsələləri öz əlində cəmləyən Fərhad Həsənov müəssisəni sanki öz şəxsi obyekti kimi idarə edir, vətəndaşlara tibbi xidmət göstərmək əvəzinə, qoçuluq edir. Müəssisə sanki nasist Almaniyasının bəzədilmiş əsir düşərgəsidir: Üzdə görünən səliqə - sahman, yüksək xidmət şəraitini, təbliğat stendləri sanki konslagerdə divarlara yazılmış “Hərənin öz sabunu, diş məcunu və s. olmalıdır” sözlərinə bənzəyir. Yuyunmağa aparıldıqlarını düşünən zolaqlı pijamalı əsirləri isə əslində qaz kamerası gözləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam