Nürəngiz Bəşirova iclasda bəzi həkim və tibb işçilərinin hədələyərək açıq şəkildə deyib ki, onun arxasında TƏBİB sədri Ramin Bayramlı dayanır və bu üzdən də xanım baş həkim heç kəsdən qorxmur…
Yenixeber.org: Nürəngiz Bəşirovanın Beyləqan səhiyyəsinə gətirdiyi “yeniliklər” rayon vətəndaşları arasında ciddi narazılıq yaradıb.
Bir müddət əvvəl Beyləqan rayon Mərkəzi Xəstəxanasının direktoru təyine dilən Nürəngiz Bəşirova ilə bağlı yeni məlumat var.
Facebook sosial şəbəkəsinin “Beyləqan Xəbərləri” səhifəsində Nürəngiz Bəşirovanın idarəetmə sistemi rayon vətəndaşları arasında narazılıq yaratması barədə məlumat yayımlanıb. Həmin məlumatda qeyd edilir ki, Nürəngiz Bəşirova Beyləqan Mərkəzi Xəstəxanasının direktoru təyin edildikdən sonra xəstəxanada həkimlərə qarşı ciddi intizam yaradıbmış. Yəni ilk həftələr heç bir həkim vətəndaşdan müayinə üçün ödəniş tələb etməyirmiş. Lakin bir müddət sonra hər şey tərsinə dönüb və rüşvətlə bağlı vəziyyət daha da pisləşib.
Səhifənin yazdığına görə indi Beyləqan xəstəxanasında vəziyyət daha acınacaqlı durumdadır. TƏBİB və Səhiyyə Nazirliyi rəsmiləri qəfil Beyləqan Mərkəzi Xəstəxanasına gəlsələr, o zaman özləri hər şeyin şahidi olarlar.
Belə ki, hazırda Beyləqan Mərkəzi Xəstəxanasında xaos hökm sürür. Çünki Nürəngiz Bəşirova və “yeni komandası” Mərkəzi Xəstəxanada elə bir sistem yaradıblar ki, həkim otaqlarından tutmuş bütün müayinnə otaqlarına qədər hər yerdə bilinməyən səbəblərdən kor təbii növbələr yaranır. Vətəndaşlar bir sənəd üçün yaxud kiçik bir müayinnə üçün saatlarla gözləməli olur. Bu isə əhali arasında ciddi şəkildə narazılığa səbəb olur.
Nürəngiz Bəşirovanın başı isə “kadr islahatları”na qarışıb. Bu “islahatlar” isə daha çox kənd tibb məntəqələrinin yoxlanılması və hər məntəqədə üzə çıxarılan nöqsanlardır. Deyilənə görə Nürəngiz Bəşirova kənd tibb mənətəqlərində üzə çıxarılan nöqsanlara görə məntəqə müdirlərini ciddi şəkildə sıxma-boğmaya salıb.
Bundan başqa xanım direktorun xəstəxanada adı olub özü olmayanı bir xeyli işçini işdən çıxardaraq onların yerinə yeni “ölü canları” təyin edib. Səhifənin yazdığına görə isə xəstəxanadakı iş yerlərinin qiyməti 2500-4500 manat arasında dəyişir. Yeni işə təyin edilənlərdən hesabı isə Nürəngiz Bəşirovanın Xocavənddən özü ilə gətirdiyi baş mühasib əvəzinın aldığı qey olunur.
Beyləqan xəbərlərinə verilən məlumata görə Nürəngiz Bəşirova ötən gün xəstəxanada keçirilən iclasda bəzi həkim və tibb işçilərinin hədələyərək onlara açıq şəkildə deyib ki, onun arxasında TƏBİB sədri Ramin Bayramlı dayanır və heç kəsdən qorxmur.
Qeyd edək ki, korrupsiya ittihamı ilə bir neçə dəfə işdən çıxarılan Xocavənd Mərkəzi Xəstəxanasının baş həkimi Nürəngiz Bəşirovanın Beyləqan Mərkəzi Xəstəxanasına baş həkim təyin edilməsi müəmmalı hadisə kimi qarşılanmışdı. İddiaya görə Nürəngiz Bəşirovanın qardaşı TƏBİB sədri Ramin Bayramlının yaxın adamıdır. Baş həkimin Xocavənddən Beyləqana “transfer” edilməsi üçün 60 min manat xərc çəkdiyi deyilir.
Xatıqladaq ki, bu gün Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin apardığı əməliyyat tədbirləri nəticəsində bir neçə baş həkim həbs olunması barədə rəsmi məlumat yayılıb. Onların arasında FHN-in Modul Tipli Hospitalının baş həkimi də var. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin səhiyyə sistemi ilə bağlı antikorrupsiya əməliyyatlarının davam edəcəyi bildirilir.(pia.az)