Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

“Nar” və “Breyn Rinq” tərəfdaşlığı davam edir

“Nar” 2022-ci ildə də ölkənin nüfuzlu bilik yarışı “Breyn Rinq”lə əməkdaşlığını davam etdirir.

Yenixeber.org: Artıq 19-cu mövsümə start vermiş intellekt müsabiqəsində Azərbaycanın 9 bölgəsini və 8 universitetini təmsil edən 20 komanda yarışır. 19-cu mövsümdə komandalar 3 divizionda, Bakı, regional və tələbə divizionlarında mübarizə aparır. Bakı divizionunda 4, region və tələbə divizionlarının hər birində 8 komanda iştirak edir. Divizionların qalibləri və reytinq əsasında seçilən bir komanda mövsüm finalında görüşəcəklər. Hər cümə saat 22:00-da İctimai TV-də komandalar arasındakı kəskin bilik mübarizəsini izləmək mümkündür.

Qeyd edək ki, müsabiqəni efirdən izləyən “Breyn Rinq” tamaşaçıları da suallara cavab vermək və “Nar”dan hədiyyə qazanmaq imkanına sahidirlər. Bunun üçün efirdə səslənən xüsusi suala “Nar”ın “Twitter” səhifəsindən cavab vermək lazımdır.

Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində davamlı layihələri ilə seçilən mobil operator “Nar” uzun illər ərzində “Breyn Rinq” layihəsi ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq da “Nar”ın təhsilə və maariflənməyə dəstək KSM strategiyası çərçivəsində həyata keçirilir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam